Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-47/2025 21.01.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1976-cı ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə Saatlı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 04 yanvar 2025-ci il tarixli İXP ******* saylı protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs 04 yanvar 2025ci il tarixdə saat 14:55 radələrində özünə məxsus bir baş inəyi nəzarətsiz qoymuş, nəticədə həmin heyvan Saatlı şəhəri M.F.Axundov küçəsi ərazisində yolun hərəkət hissəsinə çıxaraq həmin yolda hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi «Mercedes- Benz C200 minik» markalı **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə avtomobilə ziyan dəymişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, şəxsi təsərrüfatında iri buynuzlu heyvan saxlayır. 04 yanvar 2025-ci il tarixdə saat 14:54 radələrində yaşadığı Saatlı şəhəri H.Z.Tağıyev küçəsində evinin qarşısında olan otluq sahəyə otarmağa çıxarmışdır. Bir müddət sonra Sabirabad rayonunda işi çıxdığı üçün heyvanları orada qoyaraq getmişdir. Qayıdanda bilmişdir ki, saat təxminən 14:54 radələrində Hacıqabul-Horadiz magistral yolunun 50 km-də həmin heyvanlar qəfil asfalt örtüklü yola çıxaraq yolda hərəkətdə olan «Mercedes-Benz E270 CDİ minik» markalı **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyərək həmin avtomobilə maddi ziyan vurmuşlar. Maddi imkanı olmadığından dəymiş ziyanı ödəyə bilməmişdir. Sonda məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat təxminən 1454 radələrində etibarnamə ilə idarə etdiyi “Mersedes Benz C200 minik” markalı **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul-Horadiz yolunun 50 kmdə (Saatlı şəhəri M.F.Axundov küçəsində) saatda təxminən 40-50 km sürətlə hərəkətdə olan zaman anidən yolun sağ tərəfində otlayan 3 baş iri buynuzlu heyvan hürkərək yola qaçmış, o, ayağını ǝyləcə basmış, lakin hadisənin qarşısını ala bilməmişdir. Həmin heyvanın ikisi onun avtomobilinin sağ hissəsinə dəyərək avtomobilinin sağ qabaq qanadın sağ qabaq qapısın, sağ arxa qapısın qapı şüşələrin, ön şüşəni, qabaq kapotu, qabaq bamper və qabaq faranı sındıraraq maddi ziyan vurmaqla yol-nəqliyyat hadisəsi törətmişdir. O, dərhal nəqliyyat vasitəsini saxlayaraq RPŞ-yə hadisə barədə məlumat vermişdir. Hadisə yerinə YPX əməkdaşları gələrək həmin hadisə yerini müayinə edərək hadisəni sənədləşdirdilər. Hazırda ona dəymiş maddi ziyan Şəxs tərəfindən ödənilməyib və bu səbəbdən də Şəxs şikayətçidir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında iş üzrə materialda olan sübutları tədqiq edib və inzibati xəta haqqında işə obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 39-cu (Malqara ötürənlərin vəzifələri) maddəsinə əsasən, mal-qara ötürənlər: 1) mal-qaranı asfalt və sement-beton örtüklü yollarla ötürməməlidirlər; 2) sutkanın qaranlıq vaxtında və məhdudiyyətli görünmə şəraitində, dəmir yollarından, yolların, küçələrin, meydanların və bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən, habelə yolun hərəkət hissəsindən mal-qaranı ötürməməlidirlər. Azərbaycan Respublikası İXM-nin: 338.5. At arabalarını (kirşəni) idarə edən və mal-qara ötürən tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni: 338.5.1. mal-qaranın yolda nəzarətsiz qoyulmasına; 338.5.2. mal-qaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsinə; 338.5.3. işıq əks etdirən qurğularla təchiz edilməmiş at arabalarının (kirşənin) sürülməsinə; 338.5.4. at arabalarını (kirşəni) idarə edərkən svetoforun və ya nizamlayıcının işarələrinə, yaxud yol nişanlarına və ya yol nişanlanması tələblərinə riayət edilməməsinə; 338.5.5. mal-qaranı və at arabasını (kirşəni) sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində dəmir yollarından, yolların bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən keçirilməsinə görə-qırx manat məbləğində cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinə əsasən bu Məcəllənin 338.4- 338.6-cı maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərərçəkmiş şəxsə maddi zərər vurulmasına görə- yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alıb barəsində inzibati cərimə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinərək 100 (bir yüz) manat cərimə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(055)-47/2025
Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-47/2025
21.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver