Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-475/2024 01.10.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxxx 1992-ci il tarixdə Saatlı rayonu Fətəlikənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Saatlı rayonu Fətəlikənd kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Saatlı Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 01 oktyabr 2024-cü il tarixli MN ******* nömrəli protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 may 2016-cı il tarixli 2(004)-5316/2016 saylı icra sənədinə əsasən 7254 manat aliment borcunu ödəməkdən yayınaraq icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərinə əməl etməmişdir. Bundan başqa, Şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli 2(011)-5550/2023 saylı icra sənədinə əsasən 3080 manat aliment borcunu ödəməkdən yayınaraq icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərinə əməl etməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, Bakı şəhərində kirayədə yaşayır. Son iki ilə qədər işləmiş və əmək haqqı almış, aldığı əmək haqqı ilə də Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 may 2016-cı il tarixli 2(004)-5316/2016 saylı icra sənədi üzrə aliment borcundan ödənişlər etmişdir. Lakin iki ildən artıqdır ki, xəstəliyi ilə bağlı işləyə bilmədiyi üçün barəsində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 may 2016-cı il tarixli 2(004)-5316/2016 saylı icra sənədi üzrə 7254 manat aliment borcunu və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli 2(011)-5550/2023 saylı icra sənədi üzrə 3080 manat aliment borcunu ödəyə bilməmişdir. Hazırda onun ödəniş etməyə imkanı da yoxdur. Amma ona beş gün möhlət verilərsə icra sənədləri üzrə borcundan ödəniş edə bilər. Ona görə də göstərdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 may 2016-cı il tarixli 2(004)-5316/2016 saylı icra vərəqəsinin surətindən görünür ki, Şəxs birgə nikahdan olan xx.xx.2013-cü il təvəllüdlü Fatimənin və xx.xx.2015-ci il təvəllüdlü Svetlananın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 117 manat, cəmi 234 manat sabit məbləğdə aliment alınaraq X3 ödənilməlidir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli 2(011)-5550/2023 saylı icra vərəqəsinin surətindən görünür ki, Şəxs xx.xx.2019-cu il təvəllüdlü Qumrunun yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 220 manat sabit məbləğdə aliment alınaraq X1 ödənilməlidir. İş materiallarında olan 31 may 2024-cü il tarixli aktdan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli 2(011)-5550/2023 saylı icra vərəqəsinin icrası ilə bağlı borclu Şəxs qeydiyyatda olduğu Saatlı rayonu Fətəlikənd kəndindəki fərdi yaşayış evində yaşamaması və tələbin yönəldilə biləcəyi borcluya məxsus hər hansı əmlak aşkar olunmamışdır. İş materiallarında olan Saatlı rayon polis şöbəsinin 20 iyul 2024-cü il tarixli 102/2- 12951 nömrəli məktubundan görünür ki, Şəxs barəsində Saatlı RPŞ tərəfindən xx.xx.2024-cü ildə 700488 nömrəli axtarış işi açılmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 may 2016-cı il tarixli 2(004)-5316/2016 saylı icra sənədinə əsasən 7254 manat aliment borcunu və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli 2(011)-5550/2023 saylı icra sənədinə əsasən 3080 manat aliment borcunu iki ildən artıqdır ödəməkdən yayınaraq icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərinə əməl etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına görə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibi yaranır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanı törətməsi özünün etirafı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alıb ona cərimə cəzasının tətbiqini kifayət saymayaraq barəsində müəyyən müddətə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təyin ediləcək inzibati həbs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan, yəni bir ayadək müddətə inzibati həbsin dörddə birindən az olmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli bu gündən, yəni 01 oktyabr 2024-cü il tarixdən saat 12:00 dəqiqədən hesablansın. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №3(055)-475/2024
Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-475/2024
01.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver