Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-476/2023 18.04.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxx 1936-cı ildə Saatlı rayonunun Qırağlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Saatlı rayonunun Mustafabəyli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə Saatlı rayon Polis Şöbəsindən daxil olmuş materiala, Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M ü ə y y ə n e t d i: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 18 aprel 2023-cü il tarixli İXP ******* nömrəli protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs 15 mart 2023-cü il tarixdə nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun Saatlı rayonunun Qırağlı kəndi ərazisindən keçən hissəsində idarə etdiyi «VAZ 2121» markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən yol hərəkət qaydalarını pozaraq X3 məxsus “DAF Yük” markalı ** GB *** dövlət nömrə nişanlı avtomobili əzmiş və sonuncunun avtomobilinə maddi ziyan dəymişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, o, 15 mart 2023-cü il tarixdə nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan Saatlı rayonu Mustafabəyli kəndi ərazisində idarə etdiyi özünə məxsus «VAZ 2121» markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən yol hərəkət qaydalarını pozaraq X3 məxsus “DAF Yük” markalı ** GB *** dövlət nömrə nişanlı avtomobili əzmiş və nəticədə sonuncunun avtomobilinə maddi ziyan dəymişdir. Bu səbəbdən də onun barəsində protokol tərtib olunmuşdur. Sonda ona köməklik olunmasını xahiş etdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş Saatlı RPŞ-nin TB-nin təhqiqatçısı, polis polkovnik-leytenantı X1 05 aprel 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” qərardan görünür ki, Şəxs 15 mart 2023-cü il tarixdə nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun Saatlı rayonunun Qırağlı kəndi ərazisindən keçən hissəsində idarə etdiyi «VAZ 2121» markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən yol hərəkət qaydalarını pozaraq törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində X3 məxsus “DAF Yük” markalı ** GB *** dövlət nömrə nişanlı avtomobili əzmiş və nəticədə sonuncunun avtomobilinə maddi ziyan dəymişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanı törətməsində təqsiri inzibati xəta törətmiş şəxsin etirafedici izahatı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq İXM-in 332.4-cü maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdırıan və yüngülləşdirən hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alıb barəsində inzibati cərimə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Mirlətif Sadıqov
Məhkəmə qərarları › İş №3(055)-476/2023
Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-476/2023
18.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver