Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-477/2023 19.04.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Əliguşad oğlunun və onun müdafiəçisi Saatlı rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx xxxxxxx 1979-cu ildə Saatlı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Saatlı şəhəri M.Əliyev küçəsi ev 17-də yaşayan Şəxs Əliguşad oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Saatlı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 18 aprel 2023-cü il tarixli MN ******* saylı protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs Əliguşad oğlu 18 aprel 2023-cü il tarixdə Saatlı rayon Polis Şöbəsinin inzibati binasının qarşısında sərxoş halda ünvansız nalayiq söyüşlər söyərək polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Əliguşad oğlu özünü təqsirli bilərək izahatında göstərdi ki, o, 18 aprel 2023-cü il tarixdə Saatlı rayon Polis Şöbəsinin inzibati binasının qarşısında sərxoş halda ünvansız nalayiq söyüşlər söyərək polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Hal-hazırda əməlindən peşmandır və polis əməkdaşlarından üzr istəyir. Ona görə də, göstərdiklərinin nəzərə alınaraq ona köməklik olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Saatlı rayon X4 təhlükəsizlik bölməsinin sahə polis nəfəri, polis serjantı X5 izahatında göstərdi ki, Şəxs Əliguşad oğlu 18 aprel 2023-cü il tarixdə Saatlı rayon Polis Şöbəsinin inzibati binasının qarşısında sərxoş halda ünvansız nalayiq söyüşlər söyərək polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Ona görə də, Şəxs Əliguşad oğlu 18 aprel 2023-cü il tarixdə axşam saatlarında inzibati qaydada tutulmuş, bu gün yəni, 19 aprel 2023-cü il tarixdə onun barəsində inzibati xəta haqaında protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Saatlı rayon X4 təhlükəsizlik bölməsinin sahə polis nəfəri, polis serjantı X2 şahid X3 izahatına uyğun izahat verdi. İş materiallarına əlavə olunmuş 18 aprel 2023-cü il tarixli, 66 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs Əliguşad oğlunda sərxoşluq müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş 18 aprel 2023-cü il tarixli AZA № 018275 saylı inzibati qaydada tutma haqqında protokolun surətindən görünür ki, Şəxs Əliguşad oğlu 18 aprel 2023-cü il tarixdə, saat 21:50-də inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə olunmuş Saatlı rayon Polis Şöbəsinin 19 aprel 2023-cü il tarixli, 102/2-7479 saylı arayışından görünür ki, Saatlı şəhəri M.Əliyev küçəsi ev 17-də yaşayan Şəxs Əliguşad oğlu son bir il ərzində inzibati məsuliyyətə cəlb olunmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və şahidləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Əliguşad oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs Əliguşad oğlu 18 aprel 2023-cü il tarixdə Saatlı rayon Polis Şöbəsinin inzibati binasının qarşısında sərxoş halda ünvansız nalayiq söyüşlər söyərək polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Belə olan halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Əliguşad oğlu inzibati xətanı sərxoş halda törətməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran haldır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Əliguşad oğlunun əməlində məsuliyyətini yüngülləşdirən hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunması nəzərdə tutulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Əliguşad oğlunun qeyd olunan inzibati xətaları törətməsində təqsiri özünün etirafı, şahidlərin izahatları, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Şərh olunan maddələrin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Şəxs Əliguşad oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Əliguşad oğlu haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq cəzanı ağırlaşdıran halın olmasını, yüngülləşdirən halların olmamasını, törədilmə şəraitini, onun təqsirinin dərəcəsini və sair bu kimi digər halları nəzərə alıb ona cərimə cəzasının tətbiqini kifayət saymayaraq barəsində müəyyən müddətə təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan inzibati həbsin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Əliguşad oğluna təyin ediləcək inzibati həbs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan, yəni bir ayadək müddətə inzibati həbsin dörddə birindən az olmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Əliguşad oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 18 aprel 2023-cü il tarixdən saat 21:50 dəqiqədən hesablansın. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(055)-477/2023
Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-477/2023
19.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver