Məhkəmə qərarları › İş №3(055)-486/2024

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-486/2024

10.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-486/2024 10.10.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1969-cu il tarixdə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, evli, Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsindən daxil olmuş materiala, Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M ü ə y y ə n e t d i: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 02 oktyabr 2024-cü il tarixli İXP ******* nömrəli protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs 02 oktyabr 2024-cü il tarixdə sürücülük hüququ olmadan idarə etdiyi “Mercedes Benz C180 minik” markalı, **-CF-*** dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən X4 idarə etdiyi “X9-Prado minik” markalı, **-VL-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncunun avtomobilinə maddi ziyan dəymişdir. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş X2 göstərdi ki, Şəxs 02 oktyabr 2024-cü il tarixdə sürücülük hüququ olmadan idarə etdiyi “Mercedes Benz C180 minik” markalı, **-CF-*** dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən X4 idarə etdiyi “X9-Prado minik” markalı, **-VL-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncunun avtomobilinə maddi ziyan dəymişdir. Bununla əlaqədar tərəfindən Şəxs barəsində İXM-in 327.1 və 332.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, 02 oktyabr 2024-cü il tarixdə sürücülük hüququ olmadan idarə etdiyi “Mercedes Benz C180 minik” markalı, **-CF-*** dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən qəza törədərək X5 məxsus “X9-Prado minik” markalı, **-VL-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş və sonuncunun avtomobilinə maddi ziyan dəymişdir. Bu səbəbdən də onun barəsində protokol tərtib olunmuşdur. Məhkəmədən ona köməklik olunmasını xahiş etdi. İşdə olan 02 oktyabr 2024-cü il tarixli İXP ******* nömrəli protokoldan görünür ki, Şəxs 02 oktyabr 2024-cü il tarixdə sürücülük hüququ olmadan idarə etdiyi “Mercedes Benz C180 minik” markalı, **-CF-*** dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən X4 idarə etdiyi “X9-Prado minik” markalı, **-VL-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncunun avtomobilinə maddi ziyan dəymişdir. Buna görə də onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli, 795 nömrəli Fərmanının 5.1-ci bəndinə görə İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır. Azərbaycan Respubikası Konstitusiya Məhkəməsi Plenumunun İXM-nin 34-cü maddəsinin şərh edilməsinə dair 2 sentyabr 2020-ci il tarixli Qərarına görə şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması ayrı-ayrı orqanların səlahiyyətinə aid olduqda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən müvafiq səlahiyyətli orqanlar tərəfindən hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmçinin həmin Qərarda göstərilmişdir ki, eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə görə həmin Məcəllənin 332.4cu maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işlərə rayon (şəhər) məhkəmələri baxır. Odur ki, məhkəmə inzibati xəta haqqında işin məhkəmə iclasında tədqiq olunmuş hallarını nəzərə alaraq hesab edir ki, tərtib olunmuş inzibati prtokola əsasən Şəxs təqsirli bilindiyi maddələrdən yalnız Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə baxılması məhkəmənin səlahiyyətinə aid olduğundan məhkəmə yalnız həmin maddə üzrə şəxsin əməlinə hüquqi qiymət verə bilər. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanı törətməsində təqsiri inzibati xəta törətmiş şəxsin etirafı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq İXM-in 332.4-cü maddəsi ilə tövsif olunmuşdur. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alıb barəsində inzibati cərimə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar