Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-493/2024 06.11.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxx 1989-cu il tarixdə Saatlı rayonunun Dədə Qorqud kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Saatlı rayonu Dədə Qorqud kəndində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair X3 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 25 oktyabr 2024-cü il tarixli MN ******* nömrəli protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs 12 sentyabr 2024-cü il tarixdə, saat 15:00 radələrində Araz çayının Saatlı rayonunun Azadkənd kəndi ərazisindən keçən hissəsində qadağan olunmuş “Ekran” adlanan balıq ovlama vasitəsi ilə qanunsuz balıq ovlamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, 12 sentyabr 2024-cü il tarixdə, saat 15:00 radələrində Araz çayının Saatlı rayonunun Azadkənd kəndi ərazisindən keçən hissəsində “Ekran” adlanan balıq ovlama vasitəsi ilə ailəsi üçün səkkiz ədəd dabanbalığı və iki ədəd külmə balıqları tutmuşdur. Həmin vaxt X3 İdarəsinin İmişli Xətt polis məntəqəsinin əməkdaşları onu qadağan olunmuş balıq ovlama vasitəsi ilə tutduğu balıqlara görə Araz çayının sahilində saxlamış və ondan həmin balıqlar aşkar edilərək götürülmüşdür. Polis əməkdaşları ona izah etmişlər ki, balıqları balıqovlama bileti olmadan və qadağan olunmuş balıq ovlama vasitəsi ilə tutduğu üçün barəsində hüquqi tədbir görüləcəkdir. Ailəlidir, himayəsində uşaqları vardır, özü İİ Qarabağ müharibəsi iştirakçısıdır. Hal-hazırda da etmiş olduğu qanunsuz hərəkətə görə peşmandır. Ona görə də məhkəmədən ona köməklik olunmasını xahiş etdi. İş materiallarına əlavə olunmuş 23 oktyabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin X3 İdarəsinin İctimai təhlükəsizlik bölməsinə verilməsi qərara alınmışdır. Həmin qərardan eyni zamanda görünür ki, Şəxs səkkiz ədəd dabanbalığı və iki ədəd külmə balıqlarını qanunsuz tutması nəticəsində balıq ehtiyatlarına ümumilikdə 110 manat ziyan dəymiş, həmçinin də Şəxs balıq və digər su bioresurslarının sənaye ovuna balıqovlama bileti verilməmişdir. İş materiallarına əlavə edilmiş 12 sentyabr 2024-cü il tarixli raportdan, rəydən və foto şəkillərdən görünür ki, Şəxs qadağan olunmuş “Ekran” adlanan balıq ovlama vasitəsi ilə səkkiz ədəd dabanbalığı və iki ədəd külmə balıqlarını ovlamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında X1 xidmətinin 17 oktyabr 2024-cü il tarixli, 3-14-21/2- 718/2024 saylı məktubundan görünür ki, X1 xidməti tərəfindən 16 oktyabr 2024-cü il tarixə kimi Saatlı rayonunun Dədə Qorqud kəndində yaşayan Şəxs balıq və digər su bioresurslarının sənaye ovuna balıqovlama bileti verilməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs 12 sentyabr 2024cü il tarixdə, saat 15:00 radələrində Araz çayının Saatlı rayonunun Azadkənd kəndi ərazisindən keçən hissəsində qadağan olunmuş “Ekran” adlanan balıq ovlama vasitəsi ilə səkkiz ədəd dabanbalığı və iki ədəd külmə balıqlarını qanunsuz ovlamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanı törətməsində təqsirli olması özünün etirafı, həmçinin də tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin sanksiyasına görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, eləcə də cəzasını yüngülləşdirən halı nəzərə alıb X3 İdarəsinin İmişli Xətt polis məntəqəsində saxlanılan “Ekran” adlanan balıq ovlama vasitəsi müsadirə edilməklə onun barəsində cərimə tənbehinin aşağı həddinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinib “Ekran” adlanan balıq ovlama vasitəsi müsadirə edilməklə 1000 (bir min) manat məbləğində cərimə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(055)-493/2024
Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-493/2024
06.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver