Məhkəmə qərarları › İş №3(055)-496/2024

Saatlı Rayon Məhkəməsi Qərardad — İş №3(055)-496/2024

28.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 3(055)-496/2024 28.10.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Saatlı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirib, Müəyyənetdim: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 28 oktyabr 2024-cü il tarixli, MN 20324582 nömrəli protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Saatlı şəhəri, H.Əliyev prospektində X1 məxsus gözəllik salonundan 2 ədəd saç boyası və 1 ədəd saç şampunu oğurlamışdır. İnzibati xəta haqqında olan materialı nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, inzibati xəta haqqında 28 oktyabr 2024-cü il tarixli, MN 20324582 nömrəli protokol onu tərtib etmiş Saatlı Rayon Polis Şöbəsinə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. İnzibati xəta haqqında materialda isə hazırki inzibati xətaya dair iş üzrə zərərçəkmiş şəxsin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə münasibətdə barışıb-barışmaması barədə hər hansı sənəd yoxdur. Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etmədiyindən onun vurulmuş ziyanla bağlı münasibətini öyrənmək mümkün olmamışdır. Odur ki, məhkəmə hesab edir ki, hazırki inzibati xəta haqqında materiala zərərçəkmiş şəxsin iştirakı ilə baxılmalıdır. Beləliklə, inzibati xəta haqında material natamam olduğundan, hazırkı inzibati xəta haqqında işə baxılarkən zərərçəkmiş şəxsin iştirakı məcburi olduğundan, sonuncu isə məhkəməyə təqdim olunmadığından inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər baxılmadan geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda inzibati xəta haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 may 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100, 109-cu maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı m: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Saatlı Rayon Polis Şöbəsindən daxil olmuş 28 oktyabr 2024-cü il tarixli, MN 20324582 nömrəli protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan apellyasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar