Məhkəmə qərarları › İş №3(055)-499/2023

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-499/2023

28.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-499/2023 28.04.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Saatlı rayon Vəkil Bürosunun vəkili Vəkil, Zərər çəkmiş şəxslər X2 və Zərərçəkmiş şəxs2 iştirakı ilə xx xxx 1977-ci il tarixdə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, Saatlı rayonu Qıraqlı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Saatlı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 28 aprel 2023-cü il tarixli MN ******* nömrəli protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs 20 mart 2023cü il tarixdə arvadı Zərərçəkmiş şəxs1 və qızı X3 ilə ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs1 və Nərgiz Miraliyevanı qəsdən döymüşdür. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, Saatlı rayonu, Qırağlı kəndində yaşayır. Zərərçəkmiş şəxs1 onun arvadı, Nərgiz Miraliyeva qızıdır. Əvvəllər də, arvadı ilə aralarında dəfələrlə mübahisələri olmuşdur. 20 mart 2023-cü il tarixdə Saatlı rayonu, Qırağlı kəndində yerləşən fərdi yaşayış evində arvadı Zərərçəkmiş şəxs1 ilə yenə aralarında mübahisə yaranmış, o da özünü saxlaya bilməyib Zərərçəkmiş şəxs1 boşqab tullamış, həmin boşqab Zərərçəkmiş şəxs1 qoluna dəymişdir. Bundan sonra təkrarən mübahisə edərkən qızı Nərgiz Mirzəliyeva onları aralaşdırmağa çalışmış, həmin vaxt əli ilə Nərgiz Mirzəliyevayanı vurmağa çalışmış, lakin Nərgiz Mirzəliyeva kənara çəkildiyindən onu vura bilməmişdir. Bildirir ki, Nərgiz Mirzəliyeva kənara çəkilərkən başı divara dəyərək zədələnmişdir. Hal-hazırda zərər çəkmiş şəxslərlə barışmaq istəsə də, zərər çəkmiş şəxslər onunla barışmamışlar. Ona görə də, göstərdiklərini nəzərə alıb məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 göstərdi ki, əri Şəxs 20 mart 2023-cü il tarixdə onunla və qızı X3 ilə ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı onu və Nərgiz Miraliyevanı qəsdən döymüşdür. O da, bu barədə Saatlı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Hazırda Şəxs ilə barışmamışdır və ondan şikayətçidir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 göstərdi ki, atası Şəxs 20 mart 2023-cü il tarixdə anası Zərərçəkmiş şəxs1 və onunla ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs1 və onu qəsdən döymüşdür. Hazırda Şəxs ilə barışmamışdır və ondan şikayətçidir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA X8 Şəxsin Sabirabad rayon şöbəsinin 25 mart 2023-cü il tarixli 56 saylı rəyindən görünür ki, X1 aşkar edilmiş xəsarətlər - alın nahiyəsində, sağ bazunun aşağı 1/3-də bayır səthdə qançırlar, alın nahiyəsində sıyrıqlar küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti 20 mart 2023-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Xəsarətlər ilk məlumatda göstərilən şəraitdə əmələ gələ bilərdi. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA X8 Şəxsin Sabirabad rayon şöbəsinin 25 mart 2023-cü il tarixli 57 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 aşkar edilmiş xəsarətlər - sağ bazunun aşağı 1/3-də bayır səthdə, sağ saidin yuxarı 1/3-də iç səthdə qançırlar küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti 20 mart 2023-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Xəsarətlər ilk məlumatda göstərilən şəraitdə əmələ gələ bilərdi. İş materiallarına əlavə olunmuş 03 aprel 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Saatlı Rayon Polis Şöbəsinin İTB-sinə verilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş Saatlı Rayon polis şöbəsinin 28 aprel 2023-cü il tarixli, 102/2-8166 saylı arayışından görünür ki, Saatlı rayonu, Qırağlı kənd sakini Şəxs son bir il ərzində inzibati məsuliyyətə cəlb olunmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərər çəkmiş şəxsləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs 20 mart 2023-cü il tarixdə arvadı Zərərçəkmiş şəxs1 və qızı X3 ilə ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs1 və Nərgiz Miraliyevanı qəsdən döyərək fiziki ağrı yetirmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin dispozisiyasına görə döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanı törətməsi özünü qismən etirafı, zərər çəkmiş şəxslərin izahatları, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alıb ona cərimə cəzasının tətbiqini kifayət saymayaraq barəsində müəyyən müddətə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təyin ediləcək inzibati həbs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan, yəni iki ayadək müddətə inzibati həbsin dörddə birindən az olmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 20 (iyirmi) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli bu gündən, yəni 28 aprel 2023-cü il tarixdən saat 12:00 dəqiqədən hesablansın. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar