Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-504/2024 20.11.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, İnzibati xəta haqqında protokol tərtib etmiş orqan, Azərbaycan Respublikası Əməkvə Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Mil-Muğan regional şöbəsinin nümayəndəsi X6 iştirakları ilə, xx xxxxxx 1990-ci il tarixdə Saatlı rayonunun Əlisoltanlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, “X13 Kompleksi” MMC-də mühəndis-mexanik vəzifəsində işləyən, Saatlı rayonunun Əlisoltanlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 198.2-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Mil-Muğan regional şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyən e t d i m: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, 13 avqust 2024-cü il tarixdə, “X13 Kompleksi” MMC-də texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş MMC-nin mühəndis-mexaniki Şəxs tərəfindən vəzifə təlimatının “vəzifə öhdəlikləri” bölməsinin tələblərini yerinə yetirməməsi nəticəsində işçi X2 ehtiyatsızlıqdan səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurma xəsarəti almışdır. Qeyd edilənlərlə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Mil-Muğan regional şöbəsinin baş əmək müfəttişi X11 tərəfindən 23 oktyabr 2024-cü il tarixdə Şəxs Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair MN seriyalı, ******* nömrəli protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş orqan, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Mil-Muğan regional şöbəsinin nümayəndəsi X12 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək, göstərdi ki, 13 avqust 2024-cü il tarixdə, saat 16:40 radələrində “X13 Kompleksi” MMC-in X14 və Emalı Zavodunda çilingər X3 tərəfindən emal sexində yerləşən şifləmə dəzgahının pili mişarlarını dəyişərkən açar vasitəsi ilə açılmayan bolta çəkiclə zərbə vurması ilə dəzgahdan qopan demir hissəciyin mühafizə eynəyindən istifadə etmədiyi üçün onun sağ gözünə dəyməsi nəticəsində bəsbəxt hadisə baş vermişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 X16 xx.xx.2024-cü il tarixli, 249 nömrəli rəyi ilə zərərçəkmiş şəxsin yüngül zərər vurmaya aid xəsarət alması sübut olunmuşdur. Araşdırma zamanı baş vermiş hadisədə zavodun mühəndis-mexanik Şəxs texnikitəhlükəsizlik və ya əmək mühafizəsinin qaydalarına riayət etməməsi müəyyən edilmişdir. Buna görə də, mühəndismexanik və məsul şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməklə, protokola baxaraq qərar qəbul edilməsi məhkəmənin səlahiyyətinə aid olduğu üçün material Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. Odur ki, Şəxs barəsində tərtib edilmiş protokolu müdafiə etməklə, sonuncu haqqında inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 198.2-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, o, “X13 Kompleksi” MMC-də mühəndis-mexaniki işləməklə, işçiləri təlimatlandırdıqdan sonra görülən işlərə nəzarət etmək məqsədilə ərazi üzrə hərəkət edir. 13 avqust 2024-cü il tarixdə işə başlamışdan əvvəl işçilərə, o cümlədən Mirsahil Həşimliyə təlimatlandırma keçirilmiş, habelə həmin vaxt sonuncunun üzərində xüsusi geyimi, əlcəyi və eynəyi olmuşdur. Onun tərəfindən təlimatlandırma başa çatdıqdan sonra işçilər işə başlamış, habelə o, işlərə və işçilərə nəzarət etməyə başlamışdır. Nahar fasiləsinədək o, Mirsahil Həşimliyə 2 dəfə baş çəkib gördüyü işə nəzarət etmiş, nahardan sonra da, 1 dəfə baş çəkib gördüyü işə nəzarət etmişdir. O, nəzarət edən zaman hər hansı bir problem olmamış, qoruyucu eynək Mirsahil Həşimlinin gözündə olmuşdur. Sonradan o, başqa görülən işlərə nəzarət etməyə başlamışdır. Saat təxminən 17 radələrində Mirsahil Həşimlinin xəsarət aldığı xəbəri gəlmişdir. Bundan sonra Mirsahil Həşimli xəstəxanaya aparılmış və əməliyyat olmuşdur. Bundan əlavə, hadisə günü təxminən 10 nəfər işçiyə nəzarət etmişdir. Eyni zamanda, gün ərzində bir işçinin yanında dayanıb, durması iş prinsipləri baxımından mümkün deyildir. Odur ki, barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqındaiş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş “X13 Kompleksi” MMC-nin Pambıq istehsalı və emal zavodunun filiallarının işçilərinin vəzifə (peşə) təlimatları toplusundan çıxarışdan görünür ki, zavodun mühəndis-mekanikinin bir çox vəzifə təlimatları vardır. Onlardan biri də təmir işlərində əməyin mühafizəsi və texniki təhlükəsizlik teknikası qaydalarına riayət edilməsini təmin edir. İş materiallarına əlavə edilmiş edilmiş “X13 Kompleksi” MMC ilə X2 arasında bağlanmış xx.xx.2018-ci tarixli əmək müqaviləsinin “4.10-cu bəndində göstərilmişdir ki işçi xüsusi mühafizə vasitələri ilə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş edilmiş xx.xx.2023-cü il tarixli Aktın surətindən görünür ki, “X13 Kompleksi” MMC-nin işçiləri xüsusi geyim vasitələri ilə təmin olunmuşlar, geyim vasitələri ilə təmin olunmuş işçilər, eyni zamanada Mirsahil Həşimli imza edərək geyim vasitələrini təhvil almışdır. İş materiallarına əlavə edilmiş edilmiş “X13 Kompleksi” MMC-nin X15 və Emalı zavodunun çilingəri X1 13 avqust 2024-cü il tarixdə, saat 16:40 radələrində xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqat aktının surətindən görünür ki, komissiya xəsarətlə nəticələnmiş bədbəxt hadisənin baş verməsində təhqiqat aktının 4.1-ci bəndinə əsasən “X13 Kompleksi” MMC-nin X15 və Emalı zavodunun çilingəri X1 ehtiyatsızlığını, 4.2-ci bəndinə əsasən isə bu zavodun mühəndis-mexaniki Şəxs nəzarətsizliyini müəyyən etmişdir. İş materiallarına əlavə edilmiş edilmiş Azərbaycan Respublikası Əməkvə Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 araşdırma zamanı izahatı alınmış zərərçəkmiş şəxs Mirsahil Həşimli izahatında bildirmişdir ki, “...iş görən zaman gözü tərlədiyi üçün eynəyi çıxarıb başıma keçirmişdir...” Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulması inzibati məsuliyyətə səbəb olur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurulması inzibati məsuliyyətə səbəb olur. Hazırda isə Şəxs texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməməsi nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurulması ilə nəticələnən əmək mühafizəsi qaydalarını pozma inzibati xəta əməlinin törədilməsində təqsirliliyi sübuta yetmədiyindən onun barəsində Azərbaycan Respublikası İXM-nin 198.2ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 10-cu hissəsinə əsasən əməyin mühafizəsi — işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnu təmin etmək məqsədi ilə bu Məcəllədə və digər normativ hüquqi aktlarda, habelə kollektiv müqavilələrdə, sazişlərdə, əmək müqavilələrində nəzərdə tutulan texniki təhlükəsizlik, sanitariya, gigiyena, müalicə-profilaktika tədbirləri, normaları və standartları sistemidir. Texniki təhlükəsizlik vətəndaşların və cəmiyyətin vacib həyati maraqlarının təhlükə potensiallı obyektlərdə baş verə biləcək qəzalardan müdafiəsinin vəziyyətidir (“Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının 02 noyabr 1999-cu il tarixli Qanununun 1-ci maddəsi). Adı çəkilən Qanundan aydın olur ki, texniki təhlükəsizlik çox geniş anlayışdır və ictimai həyatın müxtəlif sahələrində (əməyin təhlükəsizliyi, ekoloji, yanğın, sanitar-epidemioloji təhlükəsizlik, sənayedə və tikintidə təhlükəsizlik və s.) riayət edilməli olan təhlükəsizlik qaydalarını əhatə edir. Lakin,bu maddədə sözün geniş mənasında deyil, əmək mühafizəsinin tərkib hissəsi olan texniki təhlükəsizlik qaydaları nəzərdə tutulur. Əməyin mühafizəsi üzrə standartlar, normalar və qaydalar Azərbaycan Respublikası Əmək Məcəlləsində (33-36-cı fəsillər), “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının 2 noyabr 1999-cu il tarixli Qanununda, digər normativ hüquqi aktlarda və texniki-normativ sənədlərdə təsbit olunmuşdur. İXM-nin 198.2-ci maddəsi ilə inzibati xətanın tərkibinin yaranması üçün texniki təhlükəsizlik və əmək mühafizəsinin qaydaları pozulmalı, texniki təhlükəsizlik və əmək mühafizəsinin qaydalarının pozulması ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərər vurulmasına səbəb olmalı, texniki təhlükəsizlik və əmək mühafizəsinin qaydalarının pozulması ilə baş vermiş nəticə — sağlamlığa yüngül zərər vurulması arasında səbəbli əlaqə olmalı, habelə bu üç şərt məcmu halında mövcud olmalıdır. Göstərilən üç şərtdən hər hansı birinin mövcud olmaması bu maddə ilə şəxsin inzibati məsuliyyətini (təqsirliliyini) istisna edir. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi inzibati xətalar haqqında qanunvericilik inzibati xəta hadisəsinin baş verməsini və bunun əsasında inzibati məsuliyyətin yaranma əsasını dəqiq müəyyən etmişdir. Belə ki, inzibati xəta hadisəsi şəxsin öz hərəkəti və ya hərəkətsizliyi ilə ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan və təqsirli sayılan əməl kimi qəbul olunur. Əməyin mühafizəsi qaydalarının pozulması ilə baş vermiş nəticə arasında səbəbli əlaqə olmalıdır. Səbəbli əlaqənin olmaması bu inzibati xətada şəxsin təqsirliliyini istisna edir. Yəni, təqsirkarın əməyin mühafizəsi sahəsində məhz hansı vəzifəni yerinə yetirməməsinin belə nəticəyə səbəb olduğu dəqiq müəyyən edilməli, bu maddə ilə inzibati məsuliyyətinə cəlb etmə haqqında məsələ həll olunarkən müvafiq aktlara (qanun, təlimat və ya müəssisədaxili lokal aktlar, sərəncamlar və s.) əsasən əmək mühafizəsi qaydalarına riayət etmək vəzifəsinin inzibati xəta törədənin səlahiyyətinə aid olub-olmadığı, həmin vəzifənin lazımi qaydada rəsmiləşdirilib-rəsmiləşdirilmədiyi və ya bu vəzifənin ona həvalə olunduğu barədə təqsirkara lazımi qaydada məlumat verilib-verilmədiyi aydınlaşdırılmalıdır. Bundan əlavə, səbəbli əlaqəni müəyyən edərkən əmək mühafizəsi qaydalarının pozulmasında və inzibati xətanın nəticələrin baş verməsində zərərçəkmiş şəxsin əməyin mühafizəsi üzrə öz vəzifələrinə (Azərbaycan Respublikası ƏM-in 216-cı maddəsində və başqa normativ sənədlərdə təsbit olunmuş vəzifələr) nə dərəcədə riayət etməsi və bu hadisənin baş verməsində özünün rolu da aydınlaşdırılmalıdır. Əgər İXM-in 198.2-ci maddəsində nəzərdə tutulan nəticələr zərərçəkmiş şəxsin və ya üçüncü şəxsin öz ehtiyatsızlığı üzündən baş vermişdirsə, bu halda təhlil olunan maddə ilə inzibati məsuliyyət mövcud olmur. İş üzrə aparılmış araşdırmalar nəticəsində baş vermiş hadisə ilə Şəxs əməli arasında səbəbli əlaqənin olması müəyyən edilməmişdir ki, bu da, sonuncunun inzibati xəta törədilməsinə aidiyyəti olmamaqla, yanaşı, onun törədilməsində təqsirli olmaması qənaətinə gəlinməsinə əsas vermişdir. Bu səbəbdən də, Şəxs Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilmək yolverilməzdir. Belə ki, məhkəmə iclasında tədqiq olunan mötəbər sübutlarla, o cümlədən izahatlarla tamamilə təsdiq olundu ki, X2 işə başlayarkən xüsusi qoruyucu geyimdən və eynəkdən istifadə etməsi barədə təlimatlandırılmasına, baxmayaraq, 13 avqust 2024-cü il tarixdə, saat 16:40 radələrində əməyin mühafizəsi, texniki təhlükəsizlik qaydalarına tam riayət etməli olduğu halda, mövcud qaydalara tam əməl etməyərək, o cümlədən təhlükəsizlik eynəyini alnında saxlamaqla, səhlənkarlığa yol verərək onunla göz nahiyəsini örtmədiyindən, öz ehtiyatsızlığından dəmir qırıntısı sağ gözünədəymiş, nəticədə özünün səhlənkarlığı və ehtiyatsızlığı səbəbindən baş vermiş hadisə nəticəsində sağlamlığına yüngül zərərvurmaya aid edilən xəsarət almışdır. Bundan başqa, tərtib edilmiş inzibati xəta haqqında iş üzrə protokolda Şəxs vəzifə təlimatının “vəzifə öhdəlikləri” bölməsinin tələblərini yerinə yetirməməsi göstərilsə də, həmin pozuntu onun təqsirləndirilməsi üçün əsas ola bilməzdi. Çünki, zərərçəkmiş şəxs Mirsahil Həşimli hadisənin baş verməsi ilə nəticələnən işin icrasına başlayarkən Şəxs bilavasitə onun yanında olmamaqla, sonuncuya nəzarət etmək, yəni sonuncunu müşahidəyə götürmək imkanına malik olmamış, o cümlədən tabeliyində olan digər işçilərin iş fəaliyyəti ilə tanış olmaqla nəzarəti həyata keçirmişdir. Bu mənada, Mirsahil Həşimlinin texniki təhlükəsizlikqaydalarına laqeydlik nümayiş etdirməklə təhlükəsizlik eynəyindən düzgün qaydada istifadə etməməsi, hətta təqsirli olmasa da belə, Şəxs özünün məhz həmin vaxt hadisənin real olaraq qarşısını almağa obyektiv və subyektiv imkanının olmasını istisna edir. Belə olan halda Şəxs tərəfindən hər hansı təlimatın və ya bəndinin pozulmasına yol verilmədiyi aşkar edilir. İXM-nin 84-cü maddəsinin İ və İİ inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bununla da, məhkəmə belə qənaətə gəlir ki, inzibati xəta haqqında protokolu tərtib etmiş vəzifəli şəxs tərəfindən tam, hərtərəfli və obyektiv araşdırma aparılmamış, hadisənin baş vermə mexanizmi və şəraiti düzgün öyrənilməmiş, eləcə də, bu halların araşdırılması istiqamətində digər prosessual hərəkətlər edilməmişdir. Belə olan halda məhkəmənin gəldiyi qənaət ondan ibarətdir ki, inzibati xəta hadisəsi baş versə də, inzibati xəta haqqında protokol tərtib etmiş orqan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs düzgün olmayaraq, inzibati hüquqpozmanın subyekti kimi qəbul etmişdir. Bu halda isə Şəxs qəsdən və ya ehtiyatsızlıqdan təqsirli hesab edilməklə inzibati xəta sayılan əməl törətməsi istisna edilir. Belə ki, İXM-nin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Qeyd olunan Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Bu Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Bu Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, Şəxs inzibati xəta törədilməsinə aidiyyəti olmamaqla, yanaşı, onun törədilməsində təqsirliliyi sübuta yetmədiyindən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xəta Məcəlləsinin 53, 114-cü maddəsini rəhbər tutaraq, qərara aldım: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Saatlı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №3(055)-504/2024
Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-504/2024
20.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver