Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-507/2025 18.06.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1997-ci ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, Saatlı rayonu Qara Nuru kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Saatlı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs 18 iyun 2025-ci il tarixdə saat 03 radələrində Saatlı rayonu Qara Nuru kəndində nəlayiq söyüşlər söyüb ictimai asayişi pozaraq xırda xuliqanlıq hərəkətləri edərək polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabeçilik göstərməmişdir. Buna görə də Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında 18 iyun 2025-ci il tarixli MN № ******* nömrəli protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Saatlı Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis mayoru X6 inzibati xəta haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək göstərdi ki, Şəxs 18 iyun 2025-ci il tarixdə Saatlı rayonu Qara Nuru kəndində ünvansız nəlayiq söyüşlər söyüb ictimai asayişi pozaraq xırda xuliqanlıq hərəkətləri edərək polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabeçilik göstərməmişdir. Bununla əlaqədar Saatlı RPŞ-nin əməkdaşları Saatlı rayon Polis Şöbəsinə raportla müraciət etmiş və onun tərəfindən Şəxs barəsində İXM-in 510 və 535.1ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilərək göstərdi ki, 18 iyun 2025-ci il tarixdə saat 03 radələrində Saatlı RPŞ-nin əməkdaşları onun yaşadığı Saatlı rayonu Saatlı rayonu Qara Nuru kəndindəki evinə gəlmişlər. Əvvəl atası İlqar Fətullayev onları qarşılamış, sonra o, çölə çıxmışdır. Polis əməkdaşları onun barəsində şikayət olunduğunu bildirmişlər. Həmin vaxt özündən asılı olmadan ünvansız söyüşlər söymüşdür. Polis əməkdaşları onu sakitliyə dəvət etmişlər. O, isə onlara tabe olmamışdır. Buna görədə onu məcburi qaydada polis şöbəsinə gətirmişlər. Əməlindən peşmandır. Ona görə də, məhkəmədən ona köməklik olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Saatlı RPŞ-nin TB-nin təhqiqatçısı Şahid1 izahatında göstərdi ki, 18 iyun 2025-ci il tarixdə saat 03 radələrində Şəxs barəsində edilmiş şikayətlə əlaqədar Saatlı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Qurban Abdullayev, Saatlı RPŞ-nin sürücüsü Şahid2la bilirkdə Şəxs yaşadığı Saatlı rayonu Qara Nuru kəndindəki evinə getmişlər. Çölə ilk olaraq Sadqin atası İlqar çıxmış, sonra isə Sadiq özü çölə çıxmışdır. Şəxs barəsində olan şikayətin məzmunun izah etmişlər. Həmin vaxt Sadiq ünvansız nəlayiq söyüşlər söydüyünü görmüşdür. Onlar da, onu nizam intizama dəvət etmişlər. Lakin Sadiq onlara məhəl qoymaraq hərəktlərini davam etdirmişdir. Ona görə də həmin şəxsi polis şöbəsinə gətirmişlər. Hadisə barədə raportla rəhbərliyə məruzə etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Saatlı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili X3, Saatlı RPŞ-nin sürücüsü Şahid2 digər Şahid1 izahatına uyğun izahat verdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahatında göstərdi ki, 17 iyun 2025-ci il tarixdə saat 22 radələrində ev işlərini gördükdən sonra evin qonaq otağındakı divanda yatmışdır. Əri isə öz yataq otağında tək yatmışdır. X12 isə digər otaqda yatmışdır. 18 iyun 2025-ci il tarixdə gecə saat 01 radələrində evdə səs gəlməsini eşitmişdir. Səsə oyandıqdan sonra bir nəfər şəxsin evin içərisində gəzməsini görmüşdür. Otaq qaranlıq olduğu üçün ilk əvvəl başa düşmüşdür ki, həmin şəxs əridir. Sonra həmin şəxsin arıq olmasını bildikdən sonra oğlu Rzaya oxşatmışdır. Hətta o, həmin şəxsə demişdir ki, “Rza niyə belə yuxudan tez durmusan”. Həmin şəxs ona yaxınlaşmış və hər iki əli ilə onun ağzından tutub qaldıraraq sağ çiyninin üzərinə qaldırmış və onu evdən həyətə çıxartməşdır. Sonra həmin vəziyyətdə onu sol tərəfindən yerləşən daşdan tikilmiş hamamın qarşısına gətirmiş və kürəyi üstü onu yerə yıxmışdır. Özüdə onun üzərimə uzanıb bir dəfə boyun nahiyəsindən öpmüşdür. O, isə onu hər iki əliylə kənara itələmişdir. Həmin şəxs ayağa qalxdıqdan sonra ilk əvvəl əynindəki şalvarının dizinə kimi soyunmuş, Sonra tursiyini aşağı çəkmiş və onunla cinsi əlaqədə olmaq istəmişdir. O, isə razılıq verməmişdir. Sonra yerdən ayağa qalxsa da, həmin şəxs onun qolundan tutub saxlamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, şahidləri dinləyərək və iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs 18 iyun 2025-ci il tarixdə saat 03 radələrində Saatlı rayonu Qara Nuru kəndində ictimai asayişi pozaraq xırda xuliqanlıq hərəkətləri edərək polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabeçilik göstərməmişdir. İXM-nin 510-cu maddəsinin dispozisiyasına görə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Həmin Məcəllənin 535.1-ci maddəsinin dispozisiyasına görə Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri özünün etirafı, tərtib edilmiş inzibati xəta haqqında protokol, şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşman olması onun cəzasını yüngülləşdirən haldır. Onun cəzasını ağırlaşdıran hallar yoxdur. İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 34.3-cü maddəsinin tələbinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəktəsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. İnzibati xəta haqqında işin məhkəmə iclasında tədqiq olunmuş hallarını, habelə Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətdiyini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, İXM-in 510 və 535.1-ci maddələrinin müqayisəli tədqiqindən görünür ki, İXM-in 535.1-ci maddəsi ilə daha ciddi inzibati tənbeh tədbiri nəzərdə tutulmuşdur. İXM-nin 535.1-ci maddəsinin sanksiyasında fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 təyin ediləcək inzibati həbs İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan, yəni bir ayadək müddətə inzibati həbsin dörddə birindən az olmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq olunmaqla, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsi ilə 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbs etmənin əvvəli 18 iyun 2025-ci il tarixdən saat 17:50 dəqiqədən hesablansın. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(055)-507/2025
Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-507/2025
18.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver