Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-520/2024 25.11.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, X1 iştirakı ilə, X2 AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş EQ 24402508 nömrəli, xx.xx.2024-cü tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasına dair şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş EQ 24402508 nömrəli, xx.xx.2024-cü tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, istifadə etdiyi “X8 1843 Ls Yük” markalı **-DE- *** dövlət nömrə qeydiyyat nişanlı avtonəqliyyat vasitəsiylə xx.xx.2024-cü il tarixdə saat 20:48 radələrində Bakı şəhəri Qaradağ rayon Səngəçal qəsəbəsindən Bakı şəhər istiqamətinə hərəkətdə olarkən İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi (İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə) ilə təqsirli bilirnərək 600 manat məbləğində cərimə tətbiq edilmişdir. Bildirir ki, cərimə əsasızdır və düzgün qiymətləndirilməyərək təqsirli bilinmişdir. Cərimə istifadə etdiyi nəqliyyat vasitəsinin yük hissəsində artıq çəki olduğundan qeyd edilən yerdə quraşdırılmış elektron tərəzi vasitəsinin məlumatlarına əsasən onun yük avtonəqliyyat vasitəsinə qeyd edilən normadan artıq çəki yüklədiyi və qaydaları pozduğu aşkar edilmişdir. Bildirir ki, karxanalarda çəkiyə nəzarət üçün tərəzilər olmadığı üçün yüklənən yüklərin qanunvericiliyə uyğunluğunu müəyyən etmək məqsədi ilə hər dəfə olduğu kimi, cərimə tətbiq edilən günü xx.xx.2024-cü il tarixdə saat 18:12 radələrində Sabirabad rayon Bulaqlı kənd (Bakı şəhər istiqamətində yolun sağ hissəsi) ərazisində yerləşən dövlət sertifikatlı çəkiyə nəzarət məntəqəsinə daxil olaraq avtomobilin yüklə birlikdə çəkisini yoxladaraq 39940 ton ümumi çəkili tərəzi qəbzi ilə yola düşmüşdür. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli, 104 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrlərinin təsdiq edilməsi barədə qaydalarının 3-cü bəndində nəqliyyat vasitəsinin icazə verilən ümumi kütləsi barədə məlumatlar qeyd edilmişdir. Həmin bəndə əsasən istifadəmdə olan nəqliyyat vasitəsinin 2-dartıcı oxlu olması və üçoxlu yarımqoşqu ilə təchiz olunduğunu nəzərə alaraq ümumi icazə verilən kütlə 40 ton olaraq qanuvericiliklədə təsdiqlənmişdir. Əlavə olaraq qeyd edir ki, sözügedən çəkiyə nəzarət məntəqəsi dövlət sertifikatlı rəsmi icazəli public hüquqi mülkdür. Qeyd edir ki, ilk öncə qanunvericiliyin tələblərinə uyğun olaraq istifadə etdiyi nəqliyyat vasitəsi üçün icazə verilən ümumi çəki kütləsi 38 ton deyil 40 ton olaraq qeyd edilmişdir. Burda belə bir sual yaranır ki, o, həmin çəki normalarını pozmuş olsaydı ona niyə 40 t limitlə deyildə 38 tonluq limitdə xüsusi texniki vasitətə maksimal icazə verilən çəki limiti qeydə alınmışdır?! İnzibati cərimənin qeydə alındığı elektron tərəzi isitfadə etdiyi nəqliyyat vasitəsinin qanunvericiliklə müəyyən edilən maksimim ümumi çəki nomasını və hazırki protokolda qeyd edilən nəqliyyat vasitəsinin çəkisini düzgün ölçməmiş və yalnış çəki qeydə alaraq ona cərimə tətbiq edilməsinə gətirib çıxarmışdır. Məhkəmə iclasında X3 şikayətini müdafiə edərək bildirdi ki, AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş EQ 24402508 nömrəli, xx.xx.2024-cü tarixli inzibati tənbeh vermə haqqında qərar qanunsuzdur və həmin qərarın ləğv olunmasını, inzibati xəta haqqında iş üzrə icraata xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında qərarı qəbul etmiş AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında qərarı qəbul etmiş AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş EQ 24402508 nömrəli, xx.xx.2024-cü tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış fiziki şəxs X3 Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, 600 (altı yüz) manat miqdarında cərimə edilmişdir. Qərarın məzmunudan görünür ki, sürücü X3 xx.xx.2024-cü il tarixdə M-2 47.9 km, Qaradağ rayonu, Səngəçal qəsəbəsi Bakı istiqamətində “X8 1843 Ls Yük” markalı **-DE- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə etməsi nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Məhkəmə, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, X2 İXM-in 353.2-ci maddəsi ilə təqsirli bilinərək cərimə olunmasına dair AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş EQ 24402508 nömrəli, xx.xx.2024-cü tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, işə yenidən baxılması AR DİN Baş Dövlət Yol Polisi İdarəsinə tapşırılmalıdır. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X3 tərəfindən yol hərəkəti qaydasının pozulması ilə bağlı inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli, 104 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrlərinin 2 nömrəli cədvəlində ikioxlu dartıcı üçoxlu yarımqoşqu ilə nəqliyyat vasitələrində icazə verilən ümumi kütlə 40 tondur. X3 tərəfindən təqdim edilmiş fotoşəkillədən də göründüyü kimi onun idarə etdiyi “X8 1843 Ls Yük” markalı **-DE-*** dövlət nömrə qeydiyyat nişanlı nəqliyyat vasitəsi ikioxlu dartıcı üçoxlu yarımqoşqulu nəqliyyat vasitəsidir. X3 tərəfindən təqdim edilmiş tərəzi qəbzindən görnür ki, inzibati xəta baş verən gün, yəni xx.xx.2024-cü il tarixdə saat 18:12-də X2 idarə etdiyi “X8 1843 Ls Yük” markalı **-DE-*** dövlət nömrə qeydiyyat nişanlı nəqliyyat vasitəsi tərəzidə çəkilmiş və şəkisinin 39940 kq olduğu müəyyən edilmişdir. İnzibati xətanın qeydə alındığı fotoşəkildə isə X2 idarə etdiyi “X8 1843 Ls Yük” markalı **-DE-*** dövlət nömrə qeydiyyat nişanlı nəqliyyat vasitəsinin çəkisinin 42050 kq olduğu və Limit 38000 kq olduğu müəyyən olunur. Məhkəmə hesab edir ki, elektron vasitələrlə aşkar olunmuş inzibati xətada haqqında fotoşəkillərdə qeyd edilən məlumatlarla, şikayətçi tərəfindən təqdim edilmiş sənədlər arasında ziddiyytələr vardır. “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi Qaydası”nın, “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili avtonəqliyyat vasitələrinin hərəkət etməsinə görə ödənişlərin dərəcələrinin və “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrlərinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli 104 №-li Qərarının 4.1-ci bəndinə əsasən İriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin avtomobil yolları ilə hərəkət etməsinə nəzarət Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin Qərarın 4.2-ci maddəsinə əsasən iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin faktiki qabarit ölçüləri xüsusi ölçü alətləri və cihazları, hərəkətdə olan belə nəqliyyat vasitələrinin çəki və kütlə parametrləri isə yol örtüyünün altında yerləşdirilmiş Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin texniki vasitələri (elektron tərəziləri) vasitəsilə, habelə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nəzarət məntəqələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanılmaqla, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları ilə birlikdə yoxlanılır. 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Məhkəmə qeyd edir ki, inzibati xətanın mövcudluğu ilə razılaşmayan X3 barəsində AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən düzgün araşdırma aparılmamış və barəsində inzibati qaydada cərimə olunmasına dair qərar qəbul edilmiş, həmçinin hazırki məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, halbuki sübutetmə yükü məhz onun üzərinə düşür (İXM-8.2). Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; Həmin Məcəllənin 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, X3 inzibati xətanın mövcudluğu ilə razı olmadığından iş üzrə yenidən araşdırma aparılmalı, qərarda qeyd olunan ziddiyyətlər aradan qaldırılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də, şikayət qismən təmin edilməli, AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş EQ 24402508 nömrəli, xx.xx.2024-cü tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, X3 barəsində işə yenidən baxılması AR DİN Baş Dövlət Yol Polisi İdarəsinə tapşırılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X2 İXM-in 353.2-ci maddəsi ilə cərimə olunmasına dair AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş EQ 24402508 nömrəli, xx.xx.2024-cü tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və işə yenidən baxılması AR DİN Baş Dövlət Yol Polisi İdarəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Saatlı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(055)-520/2024
Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-520/2024
25.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver