Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-523/2023 11.05.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X7, X1 müdafiəçisi X9 iştirakı ilə Azərbaycan Respublikası X3 Mil-Muğan regional bölməsinin rəisi X14 tərəfindən qəbul edilmiş 17 aprel 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X11 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Azərbaycan Respublikası X3 Mil-Muğan regional bölməsinin rəisi X14 tərəfindən qəbul edilmiş 17 aprel 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarla X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsinə əsasən “Araz-Şöhrət” şirkətinə məxsus bazarda üzərində etiket məlumatı olmayan süd və süd məhsullarının (qatıq, şor, pendir, yağ) satışını həyata keçirməsinə görə 2000 manat məbləğində cərimə edilmişdir. X11 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində Azərbaycan Respublikası X3 Mil-Muğan regional bölməsinin rəisi X14 tərəfindən qəbul edilmiş 17 aprel 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, o, “Araz-Şöhrət” şirkətinin sahibidir. Sahibi olduğu bazarda hər hansı mağazada satıcılıqla məşğul olmur. Lakin Azərbaycan Respublikası X3 Mil-Muğan regional bölməsinin nümayəndələri 06 aprel 2023-cü il tarixdə sahibi olduğu bazarda yoxlama apararaq bir neçə qadın satıcının piştaxtasından aşkar etdikləri süd və süd məhsullarına görə onun barəsində protokol tərtib etmişlər və Azərbaycan Respublikası X3 Mil-Muğan regional bölməsinin rəisi X14 tərəfindən qəbul edilmiş 17 aprel 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsinə əsasən özünə məxsus bazarda üzərində etiket məlumatı olmayan süd və süd məhsullarının satışının həyata keçirilməsinə görə 2000 manat məbləğində cərimə edilmişdir. O, Azərbaycan Respublikası X3 Mil-Muğan regional bölməsinin rəisi X14 tərəfindən qəbul edilmiş 17 aprel 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarla razı deyil. Belə ki, həmin qərarda onun üzərində etiket məlumatları olmayan süd və süd məhsulları satdığı göstərilmişdir, lakin həmin məhsullar ona məxsus olmamış, o, bazarda satıcılqla məşğul olmamış, həmin məhsulları bazarda satıcılıqla məşğul olan qadınlar satmış və satdıqları məhsullar onlara məxsus olmuşdur. Satılan məhsullara görə məsuliyyəti malı satan şəxs və ya satan şəxsin rəhbəri məsuliyyət daşıyır. O, həmin bazarın sahibidir, lakin bazardakı bütün satıcılara, məhsullara onun nəzarət etməsi mümkün deyil, bazarda öz məhsullarını satan şəxslərlə isə onun hər hansı tabeçilik münasibəti mövcud deyildir. Ona görə də, göstərdiklərini nəzərə alaraq Azərbaycan Respublikası X3 Mil-Muğan regional bölməsinin rəisi X14 tərəfindən qəbul edilmiş 17 aprel 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul məhkəmədən xahiş etmişdir. X2 və Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, X11 və Azərbaycan Respublikası X3 nümayəndəsi heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər və onlardan işə baxılmasının təxirə salınması haqqında vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən hesab edir ki, işə X1 və Azərbaycan Respublikası X3 nümayəndəsinin iştirakı olmadan da baxıla bilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 göstərdi ki, iyirmi üç ildir ki, bazarda özünə, qohumlarına – qardaş, bacısına məxsus şor, pendir, yağ, yumurta kimi məhsulları satır. Maaş almır, lakin satış yeri üçün gündəlik bir manat məbləğində pul ödəyir. 06 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası X3 nümayəndələri gələrək onun satdığı süd məhsullarına baxış keçirmişlər. Satdığı məhsullar xarab deyil. Belə ki, həmin məhsullardan özü də istifadə edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 göstərdi ki, bazarda özünə məxsus şor, pendir, süd, qatıq kimi məhsulları satır. Satışı həyata keçirdiyi yer özünün deyil, həmin yer üçün gündəlik pul ödəyir. 06 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası X3 nümayəndələri gələrək satdığı süd məhsullarına baxış keçirmişlər. O, bazarda öz məhsullarını satır, həmin məhsulların satışından əldə etdiyi pul da özünə qalır. İşdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası X3 Mil- Muğan regional bölməsinin 06 aprel 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, həmin protokolla X11 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 220.2, 447.0.2, 447.0.3-cü maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası X3 Mil- Muğan regional bölməsinin rəisi X14 tərəfindən qəbul edilmiş 17 aprel 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X11 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsinə əsasən “Araz-Şöhrət” şirkətinə məxsus bazarda üzərində etiket məlumatı olmayan süd və süd məhsullarının (qatıq, şor, pendir, yağ) satışını həyata keçirməsinə görə 2000 manat məbləğində cərimə edilmişdir. Məhkəmə şahidləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, şikayət təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Məhkəmə iclası zamanı işin araşdırılan halları və şahidlərin ifadələri ilə müəyyən edildi ki, X5 barəsində Azərbaycan Respublikası X3 Mil-Muğan regional bölməsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 220.2, 447.0.2, 447.0.3-cü maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə dair tərtib edilmiş 06 aprel 2023-cü il tarixli inzibati xəta haqqında MN ******* saylı protokol əsasında X11 Azərbaycan Respublikası X3 Mil-Muğan regional bölməsinin rəisi X14 tərəfindən qəbul edilmiş 17 aprel 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə 2000 manat məbləğində cərimə edilmişdir. Həmin qərarda X8 inzibati tənbeh tətbiq etmənin əsası kimi onun “Araz-Şöhrət” şirkətinə məxsus bazarda üzərində etiket məlumatı olmayan süd və süd məhsullarının (qatıq, şor, pendir, yağ) satışını həyata keçirməsi göstərilmişdir. Lakin iş materialları araşdırılarkən, həmçinin şahidlərin ifadələri ilə Azərbaycan Respublikası X3 Mil-Muğan regional bölməsinin rəisi X14 tərəfindən qəbul edilmiş 17 aprel 2023-cü il tarixli MN ******* saylı qərarda göstərilən inzibati xəta tərkibinin X8 aidiyyətinin olmadığı, onun həmin qərarda göstərilən üzərində etiket məlumatları olmayan süd və süd məhsullarının (qatıq, şor, pendir, yağ) satışı ilə məşğul olmaması, həmin məhsulların X11 tərəfindən deyil, X8 məxsus bazarda satıcılıqla məşğul olan digər şəxslər tərəfindən satılması, həmin məhsulların satıcı qadınlara məxsus olması öz təsdiqini tapmışdır. Buradan da görünür ki, Azərbaycan Respublikası X3 Mil-Muğan regional bölməsinin rəisi X14 tərəfindən qəbul edilmiş 17 aprel 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar əsassız olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 5-ci maddəsində isə təsbit edilmişdir ki, insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. İnzibati xətalar haqqında işlər üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən insan ləyaqətini alçaldan qərarların verilməsinə və hərəkətin edilməsinə yol verilmir. Göründüyü kimi, insan və vətəndaş hüquq və azadlıqlarını ali dəyər kimi qiymətləndirib insan və vətəndaş hüquqlarını və azadlıqlarını, şəxslərin iqtisadi maraqlarını, idarəçilik qaydalarını qorumağı, qanunçuluğu möhkəmləndirməyi və inzibati xətaların qarşısını almağı vəzifə kimi müəyyən edən İXM-yə görə, yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb oluna bilər. Belə olan halda, məhkəmə hesab edir ki, X5 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından o, inzibati məsuliyyətə cəlb oluna bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1 və 128.2.3-cü maddələrinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, şikayət təmin edilməli, X5 barəsində Azərbaycan Respublikası X3 Mil-Muğan regional bölməsinin rəisi X14 tərəfindən qəbul edilmiş 17 aprel 2023-cü il tarixli MN ******* saylı qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 128-131 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldi: Şikayət təmin edilsin. X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 2000 manat məbləğində cərimə olunması barədə Azərbaycan Respublikası X3 Mil-Muğan regional bölməsinin rəisi X14 tərəfindən qəbul edilmiş 17 aprel 2023-cü il tarixli MN ******* saylı qərar ləğv edilsin. X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsi ilə barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(055)-523/2023
Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-523/2023
11.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver