Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-523/2024 19.11.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Protokol tərtib etmiş şəxs X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun, Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxx 1986-cı ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Saatlı rayonu Çolpı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Saatlı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 18 noyabr 2024-cü il tarixli MN № ******* nömrəli protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs 26 oktyabr 2024-cü il tarixdə Saatlı rayonu Çolpı kəndində əmisi Zərərçəkmiş şəxs həyətyanı sahəsindən 40 metrlik elektrik kabelini oğurlayaraq özgə əmlakını talamışdır. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş X3 göstərdi ki, o, polis sahə rəisi vəzifəsində işləyir. Şəxs 26 oktyabr 2024-cü il tarixdə Saatlı rayonu Çolpı kəndində əmisi Zərərçəkmiş şəxs həyətyanı sahəsindən 40 metrlik elektrik kabelini oğurlayaraq özgə əmlakını talamışdır. Bununla əlaqədar tərəfindən Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, Zərərçəkmiş şəxs doğma əmisidir. Münasibətləri yoxdur. Zərərçəkmiş şəxs həyətyanı sahəsinə çəkilmiş və yenisi ilə əvəz edilmiş elektrik kabelləri onun həyətindən keçdiyindən həmin kabelləri bir yerdə yığıb orada saxlamışdır. Yəni həmin kabelləri oğurlamamışdır. Polis şöbəsində izahat verərkən qəsdən həmin kabellərin kim tərəfindən götürülməsindən, ümumiyyətlə, məlumatı olmadığını göstərmişdir. Bildirir ki, hazırda kabellər saxladığı yerdədir və zərərçəkmiş şəxs istənilən vaxt həmin kabelləri götürə bilər. Sonda məhkəmədən ona köməklik olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsi Zərərçəkmiş şəxs göstərdi ki, Şəxs doğma qardaşı oğludur. Münasibətləri yoxdur. Onun həyətyanı sahəsinə çəkilmiş və yenisi ilə əvəz edilmiş elektrik kabelləri Şəxs həyətindən keçdiyindən və kabellərin yoxa çıxmasından sonra həmin kabelləri geri qaytarmasını Qəşəmdən tələb etsə də, nəticə olmamışdır. Odur ki, məcbur qalıb Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat vermişdir. Çünki həmin kabellər Qəşəm tərəfindən oğurlanmışdır. Hazırda Şəxs şikayətçidir. Ona görə də göstərdiklərinin nəzərə alınmasını xahiş etdi. İş materiallarına əlavə olunmuş 01 noyabr 2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs ona məxsus elektrik kabellərinin oğurlanması faktı ilə bağlı Saatlı rayon Polis Şöbəsinə müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Saatlı RPŞ-nin İTB-yə verilməsi qərara alınmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərər çəkmiş şəxsi dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs 26 oktyabr 2024-cü il tarixdə 26 oktyabr 2024-cü il tarixdə Saatlı rayonu Çolpı kəndində əmisi Zərərçəkmiş şəxs həyətyanı sahəsindən 40 metrlik elektrik kabelini oğurlayaraq özgə əmlakını talamışdır. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında Zərərçəkmiş şəxs həyətyanı sahəsinə çəkilmiş və yenisi ilə əvəz edilmiş elektrik kabelləri onun həyətindəndən keçdiyindən həmin kabelləri dirəkdən aşağı endirib orada saxladığını, oğurluq etmədiyini, polis şöbəsində izahat verərkən qəsdən həmin kabellərin kim tərəfindən götürülməsindən, ümumiyyətlə, məlumatı olmadığını göstərmişdir. Şəxs bub barədə göstərdikləri iş materialları ilə təkzib olunduğundan məhkəmə qeyd olunan dəlilləri özünümüdafiə məqsədilə verilmiş hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin dispozisiyasına görə xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talama həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Həmin maddənin qeyd hissəsindən görünür ki, bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsindən görünür ki, bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. İş materiallarından göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177-ci maddəsinin tərkibi yaranmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, Şəxs həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs son bir ildə inzibati məsuliyyətə cəlb edilməməsini məhkəmə onun məsuliyyətini yüngülləşdirən hallardır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alıb ona ictimai işlər növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 28.3-cü maddəsinə əsasən ictimai işlər altmış saatdan iki yüz qırx saatadək müddətə müəyyən edilir və gün ərzində dörd saatdan çox ola bilməz. Həmin Məcəllənin 28.3-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təyin ediləcək ictimai işlər növündə tənbeh gün ərzində dörd saatdan çox olmamalı və üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək barəsində gündə dörd saatdan çox olmamaqla bir yüz altmış saat müddətə ictimai işlər növündə tənbeh tətbiq edilsin. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Şəxs məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(055)-523/2024
Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-523/2024
19.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver