Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-524/2024 19.11.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X7, Protokol tərtib etmiş şəxs X4, Zərərçəkmiş şəxslər X1 və Zərərçəkmiş şəxs2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1973-cü ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Saatlı şəhəri, Nizami küçəsi, ev 35-də qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Saatlı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 19 noyabr 2024-cü il tarixli MN ******* nömrəli protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs 06 noyabr 2024-cü il tarixdə Saatlı şəhəri, Nizami küçəsi, 35 saylı evdə şəxsi münasibətlər zəminində X3 və onun gəlini Zərərçəkmiş şəxs2 döymüşdür. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş X6 göstərdi ki, polis sahə rəisi vəzifəsində işləyir. Şəxs 06 noyabr 2024-cü il tarixdə Saatlı şəhəri, Nizami küçəsi, 35 saylı evdə şəxsi münasibətlər zəminində X3 və onun gəlini Zərərçəkmiş şəxs2 döymüşdür. Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş və barəsində İXM-nin 157-ci maddəsi inzibati qaydada tədbir görülməsi üçün qərar Saatlı RPŞ-nin İTB-nə göndərilmişdir. Qərar əsasında onun tərəfindən Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, X5 qaynı arvadıdır. Qardaşı və ailə üzvləri ilə münaqişə şəraitindədirlər. Buna səbəb isə qardaşı və ailə üzvlərinin onların həyətdən və yoldan sərbəst istifadələrinə imkan verməmələridir. xx.xx.2024-cü il tarixdə səhər saat təxminən 11 radələrində həyat yoldaşı X8 yaşadıqları evin həyətinə düşmüşdür. Həmin vaxtı Amaliya və onun gəlini Zərərçəkmiş şəxs2 Namiqǝ yaxınlaşıb, «sənin arvadın Rəksanə pozğundu pis gəzir» demişlər. Bu vaxt onların dedikləri sözləri o, eşidib əsəbləşərək onların yanına gəlmiş və onları təhqir etmişdir. Bu səbəbdən aralarında mübahisə yaranmış, Namiq həmin vaxtı onları sakitləşdirmiş və ona, evə getməsini bildirmişdir. Bundan sonra o, çıxıb evlərinə getmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs2 daş və yaxud pol taxtası tullamamış, Amaliyanın saçını yolmamışdır. Barəsində göstərilənlərin şər və böhtan olduğunu bildirmişdir. Sonda məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 izahatında göstərdi ki, ailə üzvləri ilə birlikdə Saatlı şəhəri Nizami küçəsi 35 saylı evdə yaşayır. Qaynı Namiqin arvadı Əfsanə ilə bir həyətdə yaşaylar. xx.xx.2024-cü il tarixdə saat təxminən 10 radələrində o, Əfsanənin yoldaşı Namiqǝ, «arvadına denənki mənim dalımca danışmasın» demişdir. Həmin vaxtı gəlini Zərərçəkmiş şəxs2da gəlib Namiqə, «bu işi bir yoluna qoy mənədə şər atır» demişdir. Həmin vaxtı Namiq gəlini Zahidənin üstünə hucum çərəkək söyüb təhqir etmişdir. Daha sonra Əfsanə əlində pol taxtasını Zahidəyə tullamış, lakin pol taxtası Zahidəyə dəyməmişdir. Daha sonra Əfsanə əlinə daş götürüb gəlininə tərəf tullamış, daşlar Zadiəyə gəymişdir. Daha sonra Əfsanə onun üstünə hücum çəkərək saçını yolub paltarını cırmışdır. O, qeyd etmişdir ki, təxminən beş ay bundan əvvəl Əfsanə ona, «sən axund Vadərlə gəzirsən» demişdir. O, da Əfsanəyə, «ağzının danışığın bil» demişdir. Bir ay bunda əvvəl gəlini Zahidə evin altında şkafdan sellofanın içərsində dua tapıb ona göstərmiş, həmin duanı oğlu Murad su kanalına tullamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 digər zərərçəkmiş şəxs X5 ilə eyni məzmunlu izahat verərək onun göstərdiklərini təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş 15 oktyabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Saatlı rayon Polis Şöbəsinin İTB-yə verilməsi qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyinin 10 oktyabr 2024-cü il tarixli 242 saylı rəyindən görünür ki, X2 müayinə zamanı aşkar edilmiş xəsarətlər- sağ saidin orta 1/3-də bayır səthdə, sol saidin aşağı 1/3-də iç səthdə, sol əlin üst səthində 2-3-cü əl darağı sümüyü proyeksiyasında qançırlar küt əşyanın (əşyaların) təsirindən əmələ gəkmişdir, əmələ gəlmə müddətləri xx.xx.2024-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Xəsarətlər müayinə olunanın göstərdiyi şəraitdə əmələ gələ bilərdi. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyinin 10 oktyabr 2024-cü il tarixli 243 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 müayinə zamanı aşkar edilmiş xəsarətlər-ənsə nahiyəsində qançır küt əşyanın təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2024-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Xəsarətlər müayinə olunanın göstərdiyi şəraitdə əmələ gələ bilərdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin dispozisiyasına görə döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanı törətməsi zərərçəkmiş şəxslərin izahatı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alıb barəsində inzibati cərimə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(055)-524/2024
Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-524/2024
19.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver