Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-526/2024 20.11.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X7, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X4, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Müdafiəçi, Saatlı rayon Vəkil Bürosunun vəkili X6 iştirakı ilə, xx.xx.1970-ci ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, Saatlı şəhəri, H.Əliyev prospekti, bina 282 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Saatlı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 20 noyabr 2024-cü il tarixli MN ******* nömrəli protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs 01 oktyabr 2024-cü il tarixdə H.Əliyev prospekti, bina 282 ev 29 ünvanında yaşayan Zərərçəkmiş şəxs əlində olan əlatlə göz və dodaq nahiyyəsinə vuraraq dərəcəsi təyin olunmayan xəsərət yetirərək döymüşdür. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş X8 göstərdi ki, polis sahə rəisi vəzifəsində işləyir. Şəxs 01 oktyabr 2024-cü il tarixdə H.Əliyev prospekti, bina 282 ev 29 ünvanında yaşayan Zərərçəkmiş şəxs əlində olan əlatlə göz və dodaq nahiyyəsinə vuraraq dərəcəsi təyin olunmayan xəsərət yetirərək döymüşdür. Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş və barəsində İXM-nin 157-ci maddəsi inzibati qaydada tədbir görülməsi üçün qərar Saatlı RPŞ-nin İTB-nə göndərilmişdir. Qərar əsasında onun tərəfindən Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, ailə üzvləri ilə birlikdə Saatlı şəhəri H.Əliyev prospekti bina 282-də yaşayır. xx.xx.2024-cü il tarixdə qonşusu Zərərçəkmiş şəxs təxminən saat 17 radələrində yaşadığı binanın ikinci mərtəbəsində bloka quraşdırdığı kameranı sındıraraq ona 100 manat məbləğində ziyan vurmuşdur. Lakin kameranı elektrikdən ayrıdıqları üçün işləməmişdir. Aygülün həmin vaxt yaşadığı evin qapısının ağzına məktub qoyaraq həmin məktubda polis əməkdaşlarının ünvanına pis söyüşlər yazaraq təhqir etmişdir. Aygül bloka quraşdırdıqları kameranı sındırdığı üçün həmin tarixdə sonucunun həyat yoldaşı X9 yaşadığı evdə Aygülü döyərək xəsarət yetirmişdir. O və qızı X1 tutaraq döyməmişlər. Aygül onlara şər və böhtan atmışdır. O, qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixdə Aygül özü yaşadıqları binanın həyətində iş yoldaşı tanıdığı İlkanə adlı qadına, onun kamerasını sındırdığını, sularını bağladığı üçün həyat yoldaşı Orucun onu döydüyünü bildirmişdir. Sonda məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 10-11 radələrində qızı xx.xx.2022-ci il təvəllüdlü Hümmətzadə Rüqǝyya Oruc qızını və oğlu xx.xx.2021-ci il təvəllüdlü X5 bağçaya qoyub yaşadığı evə binanın beşinci mərtəbəsinə qalxanda, binanın üçüncü mərtəbəsinin blokunda qonşusu Əntiqǝ Şahmuradova yaşadıqları evin qapısının qarşısında heç bir səbəb olmadan onun saçından arxadan tutaraq göz nahiyəsinə və dodağına əlində olan əşya ilə vuraraq döyüb xəsarət yetirdmişdir. Daha sonra onu itələyib yaşadığı evə girərək qapını örtüb bağlamışdır. Həmin vaxtı onun burnu qanamağa başlamışdır. Evə gedərək özünə ilk tibbi yardım etmişdir ki, uşaqlarını ilk dərs günündə məktəbə apara bilsin. Həmin vaxt həyat yoldaşı Orucda gəlmiş, bir yerdə oğlu Əbəlfəzağanı M.Əzizbəyov adına tam orta məktəbinə aparmışlar. Məktəbdə burnundan qan açıldığından məktəbdə qala bilməmişdir. Həyat yoldaşı onları evə gətirmişdir. Sonra Oruc yemək yeyib işə getmişdir. Onun burnundan qan dayanmadığı üçün təcili yardıma zəng vurmuş, təcili yardım gələrək ona tibbi yardım etmişdir. Bundan sonra o, döyülməyi barədə DİN-nin 102 xidmətinə məlumat verərək, RPŞ-nə ərizə ilə müraciət etmişdir. Qonşusu Əntiqǝ Şahmuradovaya məxsus olan kameranı sındırmamışdır. O, məktub yazaraq qapısının ağzına qoymamış, polisləri söyüb təhqir etməmişdir. Hadisə zamanı Əntiqənin qızı Laləni də arxasında gördüyü üçün düşünmüşdür ki, o, da onu yad əşya ilə vurub. Əslində isə Lalə onu döyməmişdir. İş materiallarına əlavə olunmuş 15 oktyabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Saatlı rayon Polis Şöbəsinin İTB-yə verilməsi qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyinin 05 oktyabr 2024-cü il tarixli 233 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs müayinə zamanı aşkar edilmiş xəsarətlər- alın nahiyyəsində solda, sol gözaltı nahiyyədə, burnun belində qançırlar, alt dodaqda selikli qişada qansızma küt əşyanın (əşyaların) təsirindən əmələ gəkmişdir, əmələ gəlmə müddətləri xx.xx.2024-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Xəsarətlər müayinə olunanın göstərdiyi şəraitdə əmələ gələ bilərdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin dispozisiyasına görə döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanı törətməsi zərərçəkmiş şəxslərin izahatı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alıb barəsində inzibati cərimə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(055)-526/2024
Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-526/2024
20.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver