Məhkəmə qərarları › İş №3(055)-526/2025

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-526/2025

19.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-526/2025 19.06.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İnzibati xəta haqqında protokolu tərtib etmiş Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1978-ci ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Saatlı Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 19 iyun 2025-ci il tarixli MN № ******* nömrəli protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs Saatlı Rayon Məhkəməsinin 09 mart 2018-ci il tarixli, 2(055)-274/2018 saylı və xx.xx.2025-ci il tarixli 8(055)-112/25 saylı icra sənədlərinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərinə əməl etməmişdir və hazırda üzərində 8932 manat ödənilməmiş aliment borcu qalmışdır. Məhkəmə iclasında Saatlı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 göstərdi ki, Saatlı Rayon Məhkəməsinin 09 mart 2018-ci il tarixli, 2(055)-274/2018 saylı icra sənədinə əsasən cavabdeh Şəxs oğlundan 25 mart 2006-cı il təvəllüdlü X5 və 16 fevral 2009-cu il təvəllüdlü X6 adlı iki nəfər uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər bir uşaq üçün 90(doxsan) manat, cəmi 180(bir yüz səksən) manat sabit pul məbləğində aliment alınıb iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. xx.xx.2025-ci il tarixli 8(055)-112/2025 saylı icra sənədinə əsasən Saatlı Rayon Məhkəməsinin 09 mart 2018-ci il tarixli 2(055)-274/2018 saylı qətnaməsinə əsasən müəyyən olunmuş aliment indeksasiya edilərək, 23 aprel 2025-ci il tarixdən başlayaraq 25 mart 2006-cı ildə anadan olmuş X5 və 16 fevral 2009-cu ildə anadan olmuş X6 adlı iki nəfər uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün borclu Şəxs tələbkar Zərərçəkmiş şəxs xeyirinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,69 misli həddində aliment tutulması qət edilmişdir. Dəfələrlə etmiş olduğu xəbərdarlıqlara baxmayaraq borclu onun qanuni tələblərinə əməl etməmiş və tələbkara olan aliment borcunu ödəməmişdir. Odur ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, Saatlı Rayon Məhkəməsinin 09 mart 2018-ci il tarixli, 2(055)-274/2018 saylı icra sənədinə əsasən ondan 25 mart 2006-cı il təvəllüdlü X5 və 16 fevral 2009-cu il təvəllüdlü X6 adlı iki nəfər uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər bir uşaq üçün 90(doxsan) manat, cəmi 180(bir yüz səksən) manat sabit pul məbləğində aliment alınıb iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. xx.xx.2025-ci il tarixli 8(055)-112/2025 saylı icra sənədinə əsasən Saatlı Rayon Məhkəməsinin 09 mart 2018-ci il tarixli 2(055)-274/2018 saylı qətnaməsinə əsasən müəyyən olunmuş aliment indeksasiya edilərək, 23 aprel 2025-ci il tarixdən başlayaraq 25 mart 2006-cı ildə anadan olmuş X5 və 16 fevral 2009-cu ildə anadan olmuş X6 adlı iki nəfər uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün borclu Şəxs tələbkar Zərərçəkmiş şəxs xeyirinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,69 misli həddində aliment tutulması qət edilmişdir. Maddi imkanı olmadığından 8932 manat aliment borcunu tələbkara ödəyə bilmir. Hazırda da məhkəmə qətnaməsinin icrası ilə əlaqədar tələbkara hər hansı məbləğdə ödəniş etmək imkanı yoxdur. Ona görə də göstərdiklərinin nəzərə alınıb ona köməklik edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına görə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs Saatlı Rayon Məhkəməsinin 09 mart 2018-ci il tarixli, 2(055)-274/2018 saylı icra sənədinə əsasən 25 mart 2006-cı il təvəllüdlü X5 və 16 fevral 2009-cu il təvəllüdlü X6 adlı iki nəfər uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər bir uşaq üçün 90(doxsan) manat, cəmi 180(bir yüz səksən) manat, xx.xx.2025-ci il tarixli 8(055)-112/2025 saylı icra sənədinə əsasən Saatlı Rayon Məhkəməsinin 09 mart 2018-ci il tarixli 2(055)-274/2018 saylı qətnaməsinə əsasən müəyyən olunmuş aliment indeksasiya edilərək, 23 aprel 2025-ci il tarixdən başlayaraq 25 mart 2006-cı ildə anadan olmuş X5 və 16 fevral 2009-cu ildə anadan olmuş X6 adlı iki nəfər uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün borclu Şəxs tələbkar Zərərçəkmiş şəxs xeyirinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,69 misli həddində aliment, hazırki vaxtadək ödənilməmiş 8932 manat aliment borcunun Zərərçəkmiş şəxs ödənilməsi barədə icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alıb ona cərimə cəzasının tətbiqini kifayət saymayaraq barəsində müəyyən müddətə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təyin ediləcək inzibati həbs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan, yəni bir ayadək müddətə inzibati həbsin dörddə birindən az olmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 15 (on beş) gün müddətə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 19 iyun 2025-ci il, saat 12:40 dəqiqədən hesablansın. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar