Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-531/2025 21.07.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, X1 iştirakı ilə, X3 Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi (bundan sonra – AR DİN BDYPİ) tərəfindən qəbul edilmiş EQ 28327492 nömrəli, xx.xx.2025-ci tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasına dair şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək AR DİN BDYPİ tərəfindən qəbul edilmiş EQ 28327492 nömrəli, xx.xx.2025-ci tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, barəsində olan 03 iyun 2025-ci il tarixli EQ 28327492 saylı inzibati tənbeh vermə haqqında elektron qərarda qeyd edilir ki, guya o, 03 iyun 2025-ci il tarixdə saat 05:29-da M-2 47.9 km. Qaradağ rayonu Səngəçal qəsəbəsi (Bakı istiqamətində) “DAF FT XF 105.460 yük” markalı, 77LM134 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etmiş və beləliklə AR İXM-nin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törətmişdir. Bu barədə nəzərdə tutulan inzibati xətaya görə isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsinə əsasən 1200 manat məbləğində cərimə edilmişdir. Bildirir ki, həmişə olduğu kimi “DAF FT XF 105.460 yük” markalı, 77LM134 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsiylə Sabirabad rayonu Bulaqlı kəndi ərazisində yerləşən yük tərəzisində maşınını yüklə birlikdə tərəzidə çəkilmiş və bu barədə ona xx.xx.2025-ci il tarixli tərəzi qəbzi də verilmişdir. Tərəzi qəbzindən görünür ki, həmin vaxt maşının yüklə birlikdə çəkisi 40110 kq olmuşdur. Bundan sonra o, yükü aparmaq üçün Bakı şəhəri istiqamətində hərəkətə başlamışdır. 03 iyun 2025-ci il tarixdə saat 05:29-da M- 2 47.9 km. Qaradağ rayonu Səngəçal qəsəbəsindən (Bakı istiqamətində) DAF FTXF 105.460 YÜK markalı, 77LM134 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə keçərkən yolda quraşdırılmış tərəzi onun nəqliyyat vasitəsinin artıq yük (guya 42660 kq) apardığını qeydə almışdır. Həmin vaxt yolda quraşdırılmış müşahidə kamerasının qeydə aldığı foto şəkildən görünür ki, yolda nəzərdə tutulmuş maksimum kütlənin limiti 40000 kqdır. Həmin ərazini keçdikdən sonra isə onun nəqliyyat vasitəsi 03 iyun 2024-cü il saat 06:41-də Bakı şəhəri, Balaxanı qəsəbəsi ərazisində yükü boşaltdığı yerdə yenidən tərəzidə çəkilmiş və bu barədə ona yenə də yüklə bağlı tərəzi qəbzi verilmişdir. Həmin qəbzdə isə yükümün 40320 kq olduğu müəyyən edilmişdir. Bu necə ola bilər ki, eyni gündə maşını iki yerdə yükü çəkilərək 41000 kq müəyyən edilmədiyi halda, 03 iyun 2025-ci il tarixdə saat 05:29da M-2 47.9 km. Qaradağ rayonu Səngəçal qəsəbəsində quraşdırılmış tərəzidə maşınının yükü 42660 kq olur. Bu onu göstərir ki, Qaradağ rayonu Səngəçal qəsəbəsində quraşdırılmış tərəzinin göstəricisi qərəzli olaraq göstərilir. Belə ki, eyni ərazidə ona xx.xx.2025-ci il tarixdə əlavə yük qeydə alaraq 600 manat cərimə etmişdilər. Lakin o, həmin inzibati tənbeh vermə haqqında elektor qərardan şikayət etmiş və şikayəti təmin edilmişdir. O, bu qanunsuzluqlar barədə aidiyyəti orqanın rəhbər şəxslərinə bildirsə də onlar ona hara istəyirəmsə şikayət etməyini bildirmişlər. Yuxarıda qeyd etdiklərinə görə barəsində 03 iyun 2025-ci il tarixli EQ 28327492 saylı inzibati tənbeh vermə haqqında elektron qərar qanunsuz olaraq qəbul edilmişdir. Ona görə də bu haqsızlıqlara və qanunsuzluğa son qoyulması üçün və əsas olan 03 iyun 2025-ci il tarixli EQ 28327492 saylı inzibati tənbeh vermə haqqın elektron qərarın ləğv edilməsi üçün məhkəməyə müraciət edir. Məhkəmə iclasında X5 şikayətini müdafiə edərək bildirdi ki, AR DİN BDYPİ tərəfindən qəbul edilmiş EQ 28327492 nömrəli, xx.xx.2025-ci tarixli inzibati tənbeh vermə haqqında qərar qanunsuzdur və həmin qərarın ləğv olunmasını, inzibati xəta haqqında iş üzrə icraata xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında qərarı qəbul etmiş AR DİN BDYPİ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında qərarı qəbul etmiş AR DİN BDYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: AR DİN BDYPİ tərəfindən qəbul edilmiş EQ 28327492 nömrəli, xx.xx.2025-ci tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış fiziki şəxs X5 xx.xx.2025-ci il tarixdə M-2 47.9 km, Qaradağ rayonu, Səngəçal qəsəbəsi Bakı istiqamətində “DAF FT XF 105.460 yük” markalı, **-LM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci (bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsi) maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, 1200 (altı yüz) manat miqdarında cərimə edilmişdir. Məhkəmə, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, X3 İXM-in 353.5-ci maddəsi ilə təqsirli bilinərək cərimə olunmasına dair AR DİN BDYPİ tərəfindən qəbul edilmiş EQ 28327492 nömrəli, xx.xx.2025-ci tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, işə yenidən baxılması AR DİN BDYPİ-nə tapşırılmalıdır. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X5 tərəfindən yol hərəkəti qaydasının pozulması ilə bağlı inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Belə ki, X5 tərəfindən təqdim edilmiş tərəzi qəbzindən görnür ki, inzibati xəta baş verən gün, yəni xx.xx.2025-ci il tarixdə saat 20:51-də X3 idarə etdiyi **-LM-*** dövlət nömrə qeydiyyat nişanlı nəqliyyat vasitəsi tərəzidə çəkilmiş və şəkisinin 40110 kq olduğu müəyyən edilmişdir. İnzibati xətanın qeydə alındığı fotoşəkildə isə X3 idarə etdiyi “DAF FT XF 105.460 yük” markalı markalı **-LM-*** dövlət nömrə qeydiyyat nişanlı nəqliyyat vasitəsinin çəkisinin 42660 kq olduğu və Limit 40000 kq olduğu müəyyən olunur. Məhkəmə hesab edir ki, elektron vasitələrlə aşkar olunmuş inzibati xətada haqqında fotoşəkillərdə qeyd edilən məlumatlarla, şikayətçi tərəfindən təqdim edilmiş sənədlər arasında ziddiyytələr vardır. “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi Qaydası”nın, “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili avtonəqliyyat vasitələrinin hərəkət etməsinə görə ödənişlərin dərəcələrinin və “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrlərinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli 104 №-li Qərarının 4.1-ci bəndinə əsasən İriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin avtomobil yolları ilə hərəkət etməsinə nəzarət Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin Qərarın 4.2-ci maddəsinə əsasən iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin faktiki qabarit ölçüləri xüsusi ölçü alətləri və cihazları, hərəkətdə olan belə nəqliyyat vasitələrinin çəki və kütlə parametrləri isə yol örtüyünün altında yerləşdirilmiş Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin texniki vasitələri (elektron tərəziləri) vasitəsilə, habelə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nəzarət məntəqələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanılmaqla, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları ilə birlikdə yoxlanılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsinə əsasən Bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə fiziki şəхslər min iki yüz mаnаt məbləğində cərimə edilir. Məhkəmə qeyd edir ki, inzibati xətanın mövcudluğu ilə razılaşmayan X5 barəsində AR DİN BDYPİ tərəfindən düzgün araşdırma aparılmamış və barəsində inzibati qaydada cərimə olunmasına dair qərar qəbul edilmiş, həmçinin hazırki məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, halbuki sübutetmə yükü məhz onun üzərinə düşür (İXM-8.2). Bundan başqa, X3 hazırki iş üzrə təkrar törədilməsi istinad olan inzibati xətaya dair AR DİN BDYPİ tərəfindən qəbul edilmiş EQ 27527544 nömrəli, xx.xx.2025-ci tarixli inzibati tənbeh vermə haqqında qərar Saatlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(055)- 413/2025 saylı qərarı ilə ləğv edilmiş və işə yenidən baxılması AR DİN BDYPİ-nə tapşırılmışdır. Qeyd edilən qərar qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; Həmin Məcəllənin 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, X5 inzibati xətanın mövcudluğu ilə razı olmadığından iş üzrə yenidən araşdırma aparılmalı, qərarda qeyd olunan ziddiyyətlər aradan qaldırılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də, şikayət qismən təmin edilməli, AR DİN BDYPİ tərəfindən qəbul edilmiş EQ 28327492 nömrəli, xx.xx.2025-ci tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, X5 barəsində işə yenidən baxılması AR DİN BDYPİ-nə tapşırılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X3 İXM-in 353.5-ci maddəsi ilə cərimə olunmasına dair AR DİN BDYPİ tərəfindən qəbul edilmiş EQ 28327492 nömrəli, xx.xx.2025-ci tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və işə yenidən baxılması AR DİN BDYPİ-nə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Saatlı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(055)-531/2025
Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-531/2025
21.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver