Məhkəmə qərarları › İş №3(055)-532/2024

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-532/2024

02.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-532/2024 02.12.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakı ilə xx xxxx 1961-ci ildə Saatlı rayonunun Dədə Qorqud kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, "xxxx" MMC-nin Saatlı rayonu Dədə Qorqud kəndində yerləşən pambıq qəbulu və emalı zavodunda traktorçu və motorist işləyən, Saatlı rayonunun Dədə Qorqud kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Saatlı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 22 noyabr 2024-cü il tarixli İXP № ******* saylı protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, sürücü Şəxs 15 oktyabr 2024-cü il tarixdə saat 18:00-radələrində idarə etdiyi “Belarus 1221” markalı **-AB-*** dövlət qeydiyyat nişanlı qoşqulu traktorla Saatlı rayon Şirinbəy kəndi ərazisindən keçən Sarıcalar-Aqrobaz avtomobil yolunda hərəkətdə olaraq traktorun sola dönmə işıqlarını yandırıb geriyə dönüş edib əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr qaydalarını pozub traktorun sağ qabaq təkərini və mühərrik hissəsini öz hərəkət zolağı ilə Aqrobaz istiqamətində hərəkətdə olan sürücü X2 idarə etdiyi “Lada Priora” markalı **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi ilə toqquşduraraq yolnəqliyyat hadisəsi törətmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı “Lada Priora” markalı avtomobilin sürücüsü X1 qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, həmin avtomobildə sərnişin olan X7 isə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri almışlar. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, 15 oktyabr 2024-cü il tarixdə saat 18:00-radələrində idarə etdiyi “Belarus 1221” markalı **-AB-*** dövlət qeydiyyat nişanlı qoşqulu traktorla Saatlı rayon Şirinbəy kəndi ərazisindən keçən Sarıcalar-Aqrobaz avtomobil yolunda hərəkətdə olaraq traktorun sola dönmə işıqlarını yandırıb geriyə dönüş edib əks istiqamətli hərəkət zolağına çıxarkən həmin yolda öz hərəkət zolağı ilə hərəkət edən “Lada Priora” markalı **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobil onun idarə etdiyi traktorun sağ tərəfinə dəymişdir. Yol nəqliyyat hadisəsində “Lada Priora” markalı avtomobilin sürcüsü yüngül və həmin avtomobildə olan sərnişin X7 az ağır xəsarətlər almışlar. Ailəsində dörd nəfər qazi uşağı var onlarında maddi ehtiyacını aldığı əmək haqqı ilə ödəyir və hal-hazırda da etmiş olduğu hərəkətə görə peşmandır. Ona görə də məhkəmədən ona köməklik olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə zərər çəkmiş şəxslər X4 və X6 məlumat verilməsinə baxmayaraq zərər çəkmiş şəxslər inzibati xəta haqqında iş üzrə məhkəmə baxışı iclasında iştirak etməmişlər və işə baxılmasının təxirə alınması haqqında onlardan məhkəməyə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 62.4cü maddəsinə əsasən işə zərər çəkmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialında olan 15 noyabr 2024-cü il tarixli cinayət təqibinə xitam verilməsi və şəxsin cinayət məsuliyyətindən azad edilməsi haqqında qərardan görünür ki, sürücü Şəxs barəsində olan cinayət təqibinə xitam verilməklə cinayət məsuliyyətindən azad edilmiş və Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Saatlı rayon Polis Şöbəsinin DYPB-nə verilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyi Sabirabad rayon şöbəsinin 29 oktyabr 2024-cü il tarixli 261 saylı rəyindən görünür ki, X2 döş qəfəsinin əziyi, sol saidin yuxarı 1/3-də bayır səthdə, sol mil bilək oynağının bayır səthində çapıqlar-sağalmış yaraların izləri küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir və əmələ gəlmə müddəti 15 oktyabr 2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sürücü Şəxs 15 oktyabr 2024-cü il tarixdə saat 18:00 radələrində idarə etdiyi “Belarus 1221” markalı **-AB- *** dövlət qeydiyyat nişanlı qoşqulu traktorla Saatlı rayon Şirinbəy kəndi ərazisindən keçən Sarıcalar-Aqrobaz avtomobil yolunda hərəkətdə olaraq traktorun sola dönmə işıqlarını yandırıb geriyə dönüş edib əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr qaydalarını pozub traktorun sağ qabaq təkərini və mühərrik hissəsini öz hərəkət zolağı ilə Aqrobaz istiqamətində hərəkətdə olan sürücü X2 idarə etdiyi “Lada Priora” markalı **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi ilə toqquşduraraq yol-nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı “Lada Priora” markalı avtomobilin sürücüsü X1 qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, həmin avtomobildə sərnişin olan X7 isə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri almışlar. 15 noyabr 2024-cü il tarixli cinayət təqibinə xitam verilməsi və şəxsin cinayət məsuliyyətindən azad edilməsi haqqında qərarla sürücü Şəxs barəsində olan cinayət təqibinə xitam verilməklə cinayət məsuliyyətindən azad edilmiş və Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri özünün etirafı, zərər çəkmiş şəxsin izahatı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, eləcə də cəzasını yüngülləşdirən halı nəzərə alıb barəsində inzibati cərimə tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: xx xxxx 1961-ci ildə Saatlı rayonunda anadan olmuş, Saatlı rayonu Dədə Qorqud kəndində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar