Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-532/2025 23.06.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1960-cı ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Satlı rayonu Qara Nuru kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Saatlı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 23 iyun 2025-ci il tarixli MN ******* nömrəli protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs 11 may 2025ci il tarixdə Saatlı rayonu Qara Nuru kəndində gəlini Namiyə Mirzəyevanı qəsdən döymüşdür. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş X4 göstərdi ki, polis sahə rəisi vəzifəsində işləyir. Şəxs 11 may 2025-ci il tarixdə Saatlı rayonu Qara Nuru kəndində gəlni Mirzəyeva Namiyəni qəsdən döymüşdür. Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş və barəsində İXM-nin 157-ci maddəsi inzibati qaydada tədbir görülməsi üçün qərar Saatlı RPŞ-nin İTB-nə göndərilmişdir. Qərar əsasında onun tərəfindən Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, 11 may 2025-ci il tarixdə Saatlı RPŞ-yə o, özü müraciət etmişdir. Bununla bağlı bildirmişdir ki, 11 may 2025-ci il tarixdə saat 17 radələrində evdə olarkən gəlini Zərərçəkmiş şəxs əlindəki ayaqqabı ilə evin eyvan hissəsində şüşələri sındırmasını görmüşdür. O, Namiyəyə yaxınlaşıb nə səbəbə pəncərə şüşəsini sındırmasını soruşmuşdur. Bu zaman Namiyə əlindəki ayaqqabını ona tullamışdır. Ayaqqabı isə onun sol bud nahiyəsinə dəymişdir. Evin qarşısındakı pilləkanda ağrıya görə aşağı əyilən anda. Namiyə ona, guya o, onu anası evinə getməyə qoymadığını demişdir. Bu zaman Namiyə onun saçından tutub dartmağa başlamışdır. Əri Akif isə onlara yaxınlaşıb Namiyəni aralaşdırmağa çalışmışdır. Həmin vaxt səslərinə qaynı Adil dǝ gəlmişdir. Evdə yatan oğlu Elsevər də, yuxudan oyanıb hǝyǝtə düşmüş və Namiyəni ayırmaq istəmişdir. Namiyə isə onun saçından tutub dartırmışdır. O.da əlləri ilə onu vuraraq, itələyərək özündən uzaqlaşdırmaq istəmişdir. Sonra birtəhər Adil Namiyənin əllərindən və qollarından tutub sakitləşdirərək ondan ayırmış və yataq otağına aparmışdır. Sonradan bilmişlər ki. Namiyənin anası hadisə ilə bağlı polisə məlumat vermişdir. Sonra polis əməkdaşları onların həyətinǝ gəlib onu və gəlini Namiyəni polis şöbəsinə dəvət etmişlər. O, izahatına əlavə olaraq bildirmişdir ki, Namiyənin dedikləri tamamilə yalan və böhtandır. Ümumiyyətlə Namiyənin dediklərini ciddi qəbul etmək lazım deyildir. Belə hadisə birinci dəfədir ki. baş verməmişdir. Namiyə onun evinə gələn gündən onun nevroz və əsəbi olmasını bilmişlər Sonda iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Saatlı rayonu Qara Nuru kəndində yaşayır. X6 onun anasıdır. Onun Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə etdiyi müraciətlə əlaqədar bildirmişdir ki, Elsevər Mirzəyev onun əridir. Şəxs isə qaynanasıdır. 10 may 2025-ci il tarixdə gündüz saatlarında Elsevər Mirzəyev onunla evdə mübahisə edib yumruqla sol qolundan vurmuşdur. Mobil telefonu olmadığına görə hadisə barədə anasına məlumat verə bilməmişdir. 11 may 2025-ci il tarixdə saat təxminən 17 radələrində evdə olarkən Elsevər Mirzəyev hayətə gəlib onunla mübahisə etməyə başlamışdır. Mübahisə zamanı Elsevər Mirzəyev onu tutub itələyən zaman həyətdəki metal torlu hasara sol qolu ilişdiyi üçün biləng hissəsi cızılmışdır. Bundan sonra Elsevər Mirzəyev onun üzərinə gəlib yerə yıxmışdır. Sonra yumruqla baş nahiyəsinə, təpiklə isə qarın nahiyəsinə vurmuşdur. Bundan əlavə Elsevər əllərinə sinəsinə və boyun nahiyəsi vurmuşdur. Bundan sonra Elsəvərin anası Cəmilə onunla sözlə mübahisə etməyə başlamış onu evdən çıxaracağını demişdir. Hətda ona məxsus paltarları otaqdan çıxarıb. həyətə tökmüşdür Sonra Cəmilə ona yaxınlaşıb əlləri ilə boğazından tutub boğmağa başlamışdır. O, da əli ilə Cəmilənin saçından tutub dartmışdır. Sonra Elsǝvər hadisə barədə anası Könülə dedikdə Elsevər telefonda anasının ünvanına nalayiq söyüşlər söymüşdür. Anası isə hadisə barədə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə məlumat vermişdir. Ona inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş edir. Məhkəmə iclasında şahid X5 ifadəsində göstərdi ki, 11 may 2025-ci il tarixdə saat 17 radələrində həyətdə olduğu zaman qonşusu və qardaşı Akif Mirzayevin həyətində qışqırıq səsi eşitmişdir. O. evdən çıxıb qardaşı Akifin həyətinə gəlmişdir. Hayata daxil olduqda Namiyanin Cəmilənin saçından tutub dartmasını görmüşdür. O. dərhal onlara yaxınlaşıb aralaşdırmaq istəmişdir. Qardaşı Adil və qardaşı oğlu Elsevərdə köməklik etdikdən sonra Naimiya va Camilani aralaşdırmışlar Sonra Namiyənin qolundan tutub sakitləşdirərək yataq otağına aparmışdır. Elsevər Mirzəyev isə onun arxasınca gəldiyini görüb onu dayandırmış və izah etmişdir ki, hadisə barɔdo polisə məlumat verin araşdırsınlar. Sonradan eşitmişdir ki. Namiyonin anası polis orqanlarına şikayət etmişdir. O, həyətə gələrkən Namiyənin Cəmilən saçından tutub dartmasını görmüşdür. Cəmilə əlləri ilə özündən kənarlaşdırmaq istəmişdir. Sonra da, onları aralaşdırmışdır. Bundan başqa Elsevərin Namiyəni yerə yıxıb döyməsini görməmiş və onları aralaşdırmamışdır. O. həyətdə olduğu müddətdə Elsevər Namiyəni vurmamış və döyməmişdir. Cəmilənin isə Namiyənin paltarların həyətə tökməsini və ya həyətdə qadın paltarlarının olmasını da, görməmişdir. Zərərçəkmiş şəxs ǝri Elsevər Mirzəyev və qaynanası Şəxs ilə mütəmadi olaraq mübahisələri olmuşdur. Mübahisələrə ɔsas səbəb isə Namiyənin tez-tez anası evinə getmək istəməsinə görə olmuşdur. Eyni zamanda Namiya psixi cəhətdən əsəbi olduğu üçün səbəbsiz yerə mübahisələr yaratmışdır. Məhkəmə iclasında şahid X7 digər şahid X2 izahatına uyğun izahat verdi. İş materiallarına əlavə olunmuş 29 may 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Saatlı rayon Polis Şöbəsinin İTB-yə verilməsi qərara alınmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin dispozisiyasına görə döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanı törətməsi zərərçəkmiş şəxslərin izahatları, ekspert rəyləri, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alıb barəsində inzibati cərimə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir
Məhkəmə qərarları › İş №3(055)-532/2025
Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-532/2025
23.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver