Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-542/2023 08.05.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X6, Protokol tərtib etmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərər çəkmiş şəxs X3 iştirakı ilə, xx.xx.1988-ci ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, Saatlı rayon Çolpı kəndində qeydiyyatda olmaqla həmin kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Saatlı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 08 may 2023-cü il tarixli MN ******* nömrəli protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs 27 mart 2023cü il tarixdə saat 17 radələrində arvadıX4 döymüşdür. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş X7 göstərdi ki, o, polis sahə rəisi vəzifəsində işləyir. Şəxs 27 mart 2023-cü il tarixdə saat 17 radələrində Saatlı şəhəri, H.Əliyev prospektində yerləşən Mediasiya Xidmətində arvadı X4 döymüşdür. Bu səbəbdən də tərəfindən Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, Lamiyə onun arvadıdır. Bir müddət əvvəl arvadı Lamiyə nikahın pozulması üçün Mediasiya Xidmətinə müraciət etmiş və 27 mart 2023-cü il tarixdə mediasiya prosesində iştirak etmək üçün onu da Mediasiya Xidmətinə dəvət etmişlər. Mediasiya Xidmətində olan zaman arvadı Lamiyəni görərək ona boşanmağa razı olmadığını bildirmiş, həmin vaxt arvadı onu nalayiq ifadələrlə söyüb təhqir etmiş, buna görə də Lamiyənin boyun nahiyəsindən sillə ilə bir dəfə vurmuşdur. Ona görə də, bu halın nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs X8 izahatında göstərdi ki, Şəxs ilə 2020-ci ildə ailə həyatı qurmuş, bu nikahdan onların bir azyaşlı övladları da var. Son zamanlar əri Elməddinlə münasibətləri pozulduğundan Saatlı rayonunun Şirinbəyli kəndində yerləşən atasının evinə köçmüşdür. Nikahlarının pozulması üçün Mediasiya Xidmətinə müraciət etmiş, onu və əri Elməddini mediasiya prosesində iştirak etmək üçün xx.xx.2023-cü il tarixdə Mediasiya Xidmətinə dəvət etmişlər. Mediasiya Ximdətində olan zaman Elməddin onu görərək boşanmayacağını bildirmiş və yumruqla onun baş nahiyyəsindən zərbə vurmuşdur. Bundan sonra əri Elməddinin hərəkətləri barəsində Azərbaycan Respublikası DİN-nin 102 Xidmətinə müraciət etmiş və Saatlı RPŞ-də bu barədə ərizə yazmışdır. Hazırda Şəxs ilə barışmamış və ondan şikayətçidir. X1 izahatında bildirdi ki, 27 mart 2023-cü il tarixdə Saatlı şəhəri H.Əliyev prospektində yerləşən Mediasiya Xidmətinin qarşısında olan zaman sonradan adını bildiyi Elməddinin Mediasiya Xidmətinin inzibati binasından çölə çıxan zaman Lamiyə Talıbova ilə qarşılıqlı mübahisə etdiklərini görmüşdür. Elməddinin arvadı Lamiyəni döyübdöyməməsi ilə bağlı məlumatı yoxdur. İş materiallarına əlavə olunmuş 25 aprel 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Saatlı Rayon Polis Şöbəsinin İTB-yə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyinin 28 mart 2023-cü il tarixli 68 saylı rəyindən görünür ki, müayinə zamanı X3 bədəni üzərində hər hansı bir xəsarət və ya xəsarət izləri aşkar olunmamışdır. İş materiallarına əlavə olunmuş 08 may 2023-cü il tarixli arayışdan görünür ki, Şəxs son bir il ərzində inzibati məsuliyyətə cəlb olunmamışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin dispozisiyasına görə döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanı törətməsi şahidin izahatı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərər çəkmiş şəxsin izahatı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alıb barəsində inzibati cərimə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(055)-542/2023
Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-542/2023
08.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver