Məhkəmə qərarları › İş №3(055)-556/2023

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-556/2023

11.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-556/2023 11.05.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Zərər çəkmiş şəxs X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxxxx 1975-ci ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Saatlı rayonu Nabatkənd kəndində yaşayan Şəxs barəsində Saatlı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 11 may 2023-cü il tarixli MN ******* nömrəli protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs 29 mart 2023cü il tarixdə Saatlı rayon Nabatkənd kəndi ərazisində şəxsi münasibətlər zəmnində həmkəndlisi X5 döymüşdür. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, o, 2022-ci ildə Rusiya Federasiyasında olarkən həyat yoldaşı telefonla ona zəng edərək həmkəndlisi X6 tərəfindən Saatlı rayon Nabatkənd kəndində yerləşən evinin həyətində olan ona məxsus “QAZ 53” markalı nəqliyyat vasitəsinin təkərinin arapılmasını demiş, o da telefonla Raufla əlaqə saxlayaraq avtomobilinin təkərinin geri qaytarmasını tələb etmişdir. Rauf Hüseynov isə ona xəstə olduğuna görə əməliyyat olacağını bildirərək iki aya əvəzində təzə təkər alıb vercəyini demiş, lakin hazırki vaxtadək sözünə əməl etməmişdir. 26 mart 2023-cü ildə Azərbaycana qayıtdıqdan sonra DİN-nin “102” xidmətinə zəng edərək X2 şikayət etmişdir. 29 mart 2023-cü il tarixdə Saatlı rayon Nabatkənd kəndi ərazisində X6 qarşısını kəsərək onunla mübahisə etmiş, ona qarşı nalayiq söyüşlər söymüş, yumruqla boynuna vurmuşdur. Həmin vaxt o da X5 vurmuşdur. Hal-hazırda Raufla barışmasa da, etdiyi əmələ görə peşmandır. Məhkəmə iclasında zərər çəkmiş şəxs X6 izahatında göstərdi ki, Şəxs onun həmkəndlisidir. 29 mart 2023-cü il tarixdə namazdan qayıdarkən yolda Şəxs görərək əmisi oğlunun avtomobilindən düşərək Qadirdən onun barəsində polisə nəyə görə oğurluq barədə şikayət etməsini soruşduqda, Şəxs yerdən götürdüyü çaylaq daşı ilə onun baş və sifət nahiyəsinə vurmuş, o da aldığı zərbədən huşunu itirmişdir. Ayıldıqdan sonra DİN-nin “102” xidmətinə zəng edərək Şəxs şikayət etmişdir. O, Şəxs döyməmişdir. Hal-hazırda da Şəxs ilə barışmamışdır və ondan şikayətçidir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyi PHŞ-nin 30 mart 2023-cü il tarixli 76 saylı rəyindən görünür ki, X4 aşkar edilmiş xəsarət-sol almacıq sümüyü proyeksiyasında sıyrıq küt əşyanın təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri 29 mart 2023-cü il tarixə uyğun gəlir. Sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Xəsarətlər ilk məlumatda göstərilən şəraitdə əmələ gələ bilərdi. İş materiallarına əlavə olunmuş 06 aprel 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığına görə material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs və X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Saatlı rayon Polis Şöbəsinin İTB-sinə verilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş 11 may 2023-cü il tarixli arayışdan görünür ki, Şəxs son bir il ərzində inzibati məsuliyyətə cəlb olunmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərər çəkmiş şəxsi dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs 29 mart 2023-cü il tarixdə Saatlı rayon Nabatkənd kəndi ərazisində şəxsi münasibətlər zəmnində həmkəndlisi X5 vuraraq ona fiziki ağrı yetirməklə dərəcəsi təyin edilməyən, sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin dispozisiyasına görə döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanı törətməsində təqsiri özünün etirafı, zərər çəkmiş şəxsin izahatı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf etməsini və əməlindən səmimi peşman olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdırılan hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alıb barəsində inzibati cərimə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar