Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-556/2024 18.12.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3 iştirakı ilə Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi Elvin Abduləlizadənin 04 noyabr 2024-cü il tarixli EQ 24518749 saylı inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi Elvin Abduləlizadənin 04 noyabr 2024-cü il tarixli EQ 24518749 saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən X1 23:15 radələrində M-2 47.9 km. Qaradağ rayonu Səngəçal qəsəbəsi (Bakı istiqamətində) DAF FTXF 105 YÜK markalı, 99GT322 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında istifadə etdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə təqsirli bilinərək 600 manat məbləğində cərimə edilmişdir. X4 şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN-nin BDYPİnin Mərkəzi Məlumat Xidmətinin rəisi Elvin Abduləlizadənin 04 noyabr 2024-cü il tarixli EQ 24518749 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 04 noyabr 2024-cü il tarixli EQ 24518749 saylı inzibati tənbeh vermə haqqında elektron qərarda qeyd edilir ki, guya o, 04 noyabr 2024-cü il tarixdə saat 23:15 radələrində M-2 47.9 km. Qaradağ rayonu Səngəçal qəsəbəsi (Bakı istiqamətində) DAF FTXF 105 YÜK markalı, 99GT322 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etmişdir. Qeyd edilən inzibati xətaya görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən 600 manat məbləğində cərimə edilmişdir. Bildirir ki, həmişə olduğu kimi DAF FTXF 105 YÜK markalı, 99GT322 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə İmişli rayonu ərazisində yerləşən qum karyerində qum yüklətdirmiş və həmin vaxt maşını yüklə birlikdə tərəzidə çəkilmişdir. Bundan sonra yükü aparmaq üçün Bakı şəhəri istiqamətində hərəkətə başlamışdır. 04 noyabr 2024-cü il tarixdə saat 23:15 radələrində M-2 47.9 km. Qaradağ rayonu Səngəçal qəsəbəsindən (Bakı istiqamətində) DAF FTXF 105 YÜK markalı, 99GT322 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə keçərkən yolda quraşdırılmış tərəzi onun nəqliyyat vasitəsinin artıq yük (güya 40560 kq) apardığını qeydə almışdır. Həmin vaxt yolda quraşdırılmış müşahidə kamerasının qeydə aldığı fotoşəkildən görünür ki, yolda nəzərdə tutulmuş maksimum kütlənin limit: 38000 kq müəyyən edilmişdir. Həmin ərazini keçdikdən sonra isə onun nəqliyyat vasitəsi 04 noyabr 2024-cü il saat 23:56-da Bakı şəhəri ərazisində yükü boşaltdığı yerdə yenidən tərəzidə çəkilmiş və bu barədə ona yenə də yüklə bağlı tərəzi qəbzi verilmişdir. Həmin qəbzdə isə yükün 39520 kq olduğu müəyyən edilmişdir. Eyni gündə, eyni ərazidə və eyni tərəzi, yəni 04 noyabr 2024-cü il tarixdə saat 22:25-də M-2 47.9 km. Qaradağ rayonu Səngəçal qəsəbəsində quraşdırılmış tərəzi 77EY041 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini artıq yük daşıdığı üçün qeydə almış, lakin həmin nəqliyyat vasitəsinin müşahidə kamerasının fotoşəklində yolda nəzərdə tutulmuş maksimum kütlənin limit: 40000 kq müəyyən etmişdir. Bu necə ola bilər ki, eyni gündə, eyni yolda və yolun eyni ərazisində nəzərdə tutulmuş maksimum kütlə limit: 40000 kq müəyyən edildiyi halda, 50 dəqiqədən sonra yolda nəzərdə tutulmuş maksimum kütlə azaldılaraq limit: 38000 kq nəzərdə tutulur? Ona görə də Azərbaycan Respublikası DİNnin BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi Elvin Abduləlizadənin 04 noyabr 2024-cü il tarixli EQ 24518749 saylı inzibati tənbeh vermə haqqında qərarını qeyri-qanuni hesab edir və həmin qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılmış qərardan şikayət verən şəxsin və qərarından şikayət verilən orqanın nümayəndəsinin məhkəmə iclasına gəlməməsi, hansı səbəbdən məhkəmə iclasında iştirak etməmələri barədə məlumat verməmələrini və onlardan işə baxılmasının təxirə alınmasına dair vəsatətin daxil olmamasını nəzərə alaraq Azərbaycan respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibi yaranır. “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi Qaydası”nın, “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili avtonəqliyyat vasitələrinin hərəkət etməsinə görə ödənişlərin dərəcələrinin və “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrlərinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli 104 №-li Qərarının 4.1-ci bəndinə əsasən İriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin avtomobil yolları ilə hərəkət etməsinə nəzarət Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin Qərarın 4.2-ci maddəsinə əsasən iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin faktiki qabarit ölçüləri xüsusi ölçü alətləri və cihazları, hərəkətdə olan belə nəqliyyat vasitələrinin çəki və kütlə parametrləri isə yol örtüyünün altında yerləşdirilmiş Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin texniki vasitələri (elektron tərəziləri) vasitəsilə, habelə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nəzarət məntəqələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanılmaqla, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları ilə birlikdə yoxlanılır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, səlahiyyətli orqan tərəfindən iş üzrə hərtərəfli və obyektiv araşdırma aparılmadan şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə dair qərar qəbul edilmişdir. Belə ki, DAF FTXF 105 YÜK markalı, 99GT322 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin tərəzidə çəkilərək yükün normaya uyğun olması barədə qəbz verilsə də, səlahiyyətli orqan tərəfindən həmin xüsusat nəzərə alınmayaraq şəxsin inzibati qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilmişdir. Halbuki, elektron vasitələrlə aşkar olunmuş inzibati xətada haqqında fotoşəkillərdə qeyd edilən məlumatlarla, şikayətçi tərəfindən təqdim edilmiş sənədlər arasında ziddiyyətlər mövcud olmuşdur. Bundan əlavə, şikayətə baxılması ilə əlaqədar məhkəmə iclasının təxirə salınmasına baxmayaraq, inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqan məhkəmə iclasında nəinki öz nümayəndəsinin iştirakını təmin etməmiş, həmçinin müvafiq sübutları da məhkəməyə təqdim etməmişdir.Halbuki sübutetmə yükü nə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, nə də ki məhkəmənin üzərinə düşür. Bu vəzifə inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş səlahiyyətli orqanın üzərinə düşür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1 və 128.2.3-cü maddələrinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1 və 135.1.6-cı maddələrinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında işüzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 600 manat məbləğində cərimə olunması barədə Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi Elvin Abduləlizadənin 04 noyabr 2024-cü il tarixli EQ 24518749 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, X4 barəsində inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası DİN-nin BDYPİ-yə göndərilməli, şikayət qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-129-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d i: Şikayət qismən təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 600 manat məbləğində cərimə olunması barədə Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi Elvin Abduləlizadənin 04 noyabr 2024-cü il tarixli EQ 24518749 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin, X4 barəsində inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası DİN-nin BDYPİ-yə göndərilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı rayon Məhkəməsi vasitəsi ilə ŞirvanApellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(055)-556/2024
Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-556/2024
18.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver