Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-565/2025 10.07.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin 30 may 2025-ci il tarixli EQ 28259492 saylı və 20 iyun 2025-ci il tarixli EQ 28717427 saylı inzibati tənbeh vermə haqqında qərarlarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin 30 may 2025-ci il tarixli EQ 28259492 saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə təqsirli bilinərək 600 manat məbləğində cərimə edilmişdir. Daha sonra, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin 20 iyun 2025-ci il tarixli EQ 28717427 saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə təqsirli bilinərək 1200 manat məbləğində cərimə edilmişdir. X5 qeyd olunan qərarlardan şikayət verərək, həmin qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki,barəsində olan 30 may 2025-ci il tarixli EQ28259492 saylı inzibati tənbeh vermə haqqında qərarda qeyd edilir ki, guya o, 30 may 2025-ci il tarixdə saat 16:25 radələrində Qaradağ rayonu, Səngəçal qəsəbəsi (Bakı istiqaməti) “Mercedes Benz AXOR 1843 YÜK” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitəsini icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametirlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etmişdir. Bununla da yuxarıda qeyd edilən inzibati xətaya görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən 600 manat məbləğində cərimə edilmişdir. Bundan başqa yenə də barəsində olan 20 iyun 2025-ci il tarixli EQ28717427 saylı inzibati tənbeh vermə haqqında qərarda qeyd edilir ki, guya o, 20 iyun 2025-ci il tarixdə saat 22:30 radələrində Şabran rayonu, Mollakamallı kəndi (Bakı istiqaməti) “Mercedes Benz AXOR 1843 YÜK” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitəsini icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametirlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etmiş və İXM-nin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törətmişdir. Bununla da yuxarıda qeyd edilən inzibati xətaya görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsinə əsasən 1200 manat məbləğində cərimə edilmişdir. Yük maşınıyla əsasən Quba rayonundan Bakı şəhərinə çınqıl daşıyır, lakin hərdən İmişli rayonundan Bakı şəhərinə qum da daşıyır və ailəsini dolandırır. 30 may 2025-ci il tarixdə saat 12:34-də idarə etdiyi “Mercedes Benz AXOR 1843 YÜK” markalı, **- BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini İmişli rayonu ərazisində yerləşən qum karxanasında quraşdırılmış tərəzidə çəkdirərək qəbz almışdır. Həmin qəbzə görə avtomobilinin yüklə birlikdə çəkisi 40880 kq olmuşdur ki, bu çəki də yolda müəyyən olunmuş çəkidən çox deyildir. Bütün qum daşıyan yük avtomobilləri karxanada quraşdırılmış tərəzidə maşını çəkdirərək qəbz alıb yola çıxmaq tapşırılmışdır. O, bu səbəbdən maşınını çəkdirərək qəbz alıb yola çıxmışdır. Bundan sonra o, yükü aparmaq üçün İmişli rayonundan Bakı şəhəri istiqamətində hərəkətə başlamışdır. 30 may 2025-ci il tarixdə saat 16:25-də M-2 47.9 km. Qaradağ rayonu Səngəçal qəsəbəsindən (Bakı istiqamətində) idarə etdiyi nəqliyyat vasitəsi ilə keçərkən yolda quraşdırılmış tərəzi onun nəqliyyat vasitəsinin artıq yük (güya 42500 kq) apardığını qeydə almışdır. Bundan sonra mobil nömrəsinə cərimə olunmağı barədə mesaj gəlmişdir. O, dərhal DİN-nin 102 xidmətinə şikayət etmişdir ki, onun yükü yolda müəyyən olunmuş çəkini keçməmişdir. Onlar ona bildirdilər ki, şikayətini 1 ay müddətində araşdırıb ona cavab verəcəklər. Bundan sonra 20 iyun 2025-ci il tarixdə 21:48 radələrində yük aparmaq üçün Quba rayonundan Bakı şəhəri istiqamətində hərəkətə başlamışdır. 20 iyun 2025-ci il tarixdə saat 22:30-da M- 1 129 km. Şabran rayonu Mollakamallı kəndindən (Bakı istiqamətində) idarə etdiyim nəqliyyat vasitəsi ilə keçərkən yolda quraşdırılmış tərəzi onun nəqliyyat vasitəsinin artıq yük (guya 42500 kq) apardığını qeydə almışdır. O, yenə də birinci dəfə cərimə olunduğu kimi dərhal DİN-nin 102 xidmətinə şikayət etmişdir ki, onun yükü yolda müəyyən olunmuş çəkini keçməmişdir. Bu dəfə 102 xidmətindən ona bildirmişlər ki, şikayətini məhkəməyə etməlidir. Ona görə də hazırda məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət edir. Məhkəmə iclasında şikayət vermiş şəxs X2 şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə X1 barəsində olan inzibati xəta haqqında qərarlarıın ləğvi üçün qeyd etdiyi xüsusatlara, yəni “Mercedes Benz AXOR 1843 yük” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə xx.xx.2025-ci il tarixdə 40880 kiloqram, xx.xx.2025ci il tarixdə 40980 kiloqram yük götürdüyü barədə qəbz verən müəssisənin imzalı və möhürlü sənədini və həmin müəssisənin hüquqi statusunu təsdiq edən rekvizitli sənədi sübut olaraq məhkəməyə təqdim etməsi üçün məhkəmə iclasına fasilə verilmiş, lakin şikayətçi məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, Baş X9 İdarəsinin nümayəndəsi heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və ondan işə baxılmasının təxirə salınması haqqında vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə Baş X9 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin 30 may 2025-ci il tarixli EQ 28259492 saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X5 30 may 2025-ci il tarixdə, Qaradağ rayonu Səngəçal qəsəbəsində (M-2 47,9 km. Bakı şəhəri istiqamətində) etibarnamə əsasında “Mercedes Benz AXOR 1843 yük” markalı **-BF-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulan (iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi) inzibati xətanı törətdiyinə görə 600 manat məbləğində cərimə edilmişdir. Həmin qərarda həmçinin X3 izah edilmişdir ki, barəsində tərtib edilmiş EQ 28259492 saylı qərarda göstərilən inzibati xəta hadisəsinin baş verdiyini və nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və video materiallar əlavə olunur. İşdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin 20 iyun 2025-ci il tarixli EQ 28717427 saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X5 20 iyun 2025-ci il tarixdə, Şabran rayonu Mollakamallı kəndində (M-1 129 km. Bakı şəhəri istiqamətində) etibarnamə əsasında “Mercedes Benz AXOR 1843 yük” markalı **-BF-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsində nəzərdə tutulan (bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsi) inzibati xətanı törətdiyinə görə 1200 manat məbləğində cərimə edilmişdir. Həmin qərarda həmçinin X3 izah edilmişdir ki, barəsində tərtib edilmiş EQ 28717427 saylı qərarda göstərilən inzibati xəta hadisəsinin baş verdiyini və nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və video materiallar əlavə olunur. İşdə olan və məhkəmə iclasında elan edilmiş inzibati xətanın qeydə alındığı fotoşəkildən görünür ki, xx.xx.2025-ci il, saat 16:25-də “Mercedes Benz AXOR 1843 yük” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyat vasitəsinin faktiki kütləsi 43590 kq olmuşdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş inzibati xətanın qeydə alındığı fotoşəkildən görünür ki, xx.xx.2025-ci il, saat 20:30-da “Mercedes Benz AXOR 1843 yük” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyat vasitəsinin faktiki kütləsi 42510 kq olmuşdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş hansı fiziki və ya hüquqi şəxs tərəfindən verilməsi məlum olmayan, müəssisənin möhürü və ya ştampı olmayan, hüquqi statusu bilinməyən, səlahiyyətli şəxsin adı və imzası olmayan tərəzi qəbzlərində aşağıdakılar qeyd olunmuşdur: Qaimə №:20180, Giriş:xx.xx.2025-ci il, saat 12:34:47, Çıxış:xx.xx.2025-ci il, saat 12:34:48, Qeydiyyat nişanı:**-BF-***, Göndərən:----, Şirkət:---, Müştəri:---, Sürücü:---, Brutto kg:40880, Tara kg:13270, Netto kg:27610. Çek №:26613, Giriş:xx.xx.2025-ci il, saat 21:48:04, Çıxış:xx.xx.2025-ci il, saat 21:48:49, Qeydiyyat nişanı:**-BF-***, Şirkət: NAĞD, Hardan-hara:---, Nəqliyyat növü: Mersedes, Sürücü: AFİQ, Brutto kg:40980, Tara kg:13600, Netto kg:27380. Məhkəmə qərarlardan şikayət vermiş şəxsi dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 57-ci maddəsinin 1-ci bəndinə əsasən daşınan yükün kütləsi və yüklərin oxlar üzrə paylanması istehsalçı müəssisənin həmin nəqliyyat vasitəsinin növü üçün müəyyən etdiyi kəmiyyətlərdən artıq olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli, 104 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi” Qaydasının 4.1-ci bəndinə əsasən iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin avtomobil yolları ilə hərəkət etməsinə nəzarət Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin qaydanın 4.2-ci bəndinə əsasən iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin faktiki qabarit ölçüləri xüsusi ölçü alətləri və cihazları, hərəkətdə olan belə nəqliyyat vasitələrinin çəki və kütlə parametrləri isə yol örtüyünün altında yerləşdirilmiş Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin texniki vasitələri (elektron tərəziləri) vasitəsilə, habelə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nəzarət məntəqələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanılmaqla, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları ilə birlikdə yoxlanılır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli, 104 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrlərinin 2 nömrəli cədvəlində ikioxlu dartıcı üçoxlu yarımqoşqu ilə nəqliyyat vasitələrində icazə verilən ümumi kütlə 40 tondur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəxslər altı yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 353.5-ci maddəsinə əsasən Bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə fiziki şəxslər min iki yüz manat məbləğində cərimə edilir Məhkəmədə işin halları araşdırılarkən müəyyən edildi ki, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2 və 535.5-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi Baş X9 İdarəsinin 30 may 2025-ci il tarixli EQ 28259492 saylı və 20 iyun 2025-ci il tarixli EQ 28717427 saylı inzibati tənbeh vermə haqqında qərarlarında və inzibati xətanın qeydə alındığı fotoşəkildə öz təsdiqini tapmışdır. X5 isə barəsində tərtib edilmiş 30 may 2025-ci il tarixli EQ 28259492 saylı və 20 iyun 2025-ci il tarixli EQ 28717427 saylı inzibati xəta haqqında qərarların əsassız olmasını müqafiq olaraq 40880 və 40980 kiloqram yükün idarə etdiyi yük maşını üçün normadan artıq olmayan yük hesab etməsi ilə əlaqələndirsə də, bu hallar onun hazırki inzibati xətanın törədilməsində təqsirli olmamasına dair şübhələrin yaranması üçün əsas deyildir. Çünki, şikayətçi X5 idarə etdiyi yük maşınında daşıdığı yükün xx.xx.2025-ci il tarixdə 40880 kq, xx.xx.2025-ci il tarixdə 40980 kq olmasına dair mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Şikayətçinin məhkəməyə təqdim etdiyi hansı fiziki və hüquqi şəxs tərəfindən verilməsi qeyd edilməyən, səlahiyyətli şəxsin imzası, ştamp və ya möhürlə təsdiq edilməyən qəbzlər isə (kağız parçaları) şikayətçinin icazə verilən norma daxilində yük daşıdığını təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. Həmin qəbzlər istənilən şəxs tərəfindən kompüterdə tərtib oluna bilər. Belə olan halda, məhkəmə hesab edir ki, Baş X9 İdarəsinin 30 may 2025-ci il tarixli EQ 28259492 saylı və 20 iyun 2025-ci il tarixli EQ 28717427 saylı inzibati tənbeh vermə haqqında qərarları qanunidir, işin faktiki hallarına uyğundur və iş üçün əhəmiyyətli hallar sübuta yetirilmişdir, inzibati məsuliyyəti müəyyən edən qanunun norması düzgün tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək hesab edir ki, Baş X9 İdarəsinin 30 may 2025-ci il tarixli EQ 28259492 saylı və 20 iyun 2025-ci il tarixli EQ 28717427 saylı inzibati tənbeh vermə haqqında qərarları əsaslı olduğundan X1 verdiyi şikayət təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin 30 may 2025-ci il tarixli EQ 28259492 saylı və 20 iyun 2025-ci il tarixli EQ 28717427 saylı inzibati tənbeh vermə haqqında qərarlarından verdiyi şikayət təmin edilməsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №3(055)-565/2025
Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-565/2025
10.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver