Məhkəmə qərarları › İş №3(055)-573/2024

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-573/2024

27.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-573/2024 27.12.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə Saatlı Rayon Məhkəməsi hakiminin 11 dekabr 2024-cü il tarixli, 3(055)-573/2024 saylı inzibati xəta haqqında iş üzrə qərarına xitam verilməsi barədə Şəxs vəsatətinə baxaraq, Müəyyənetdim: Şəxs 26 iyun 2024-cü il tarixdə «HYUNDAİ SONATA MİNİK» markalı **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanı törətdiyi üçün EQ 21998792 nömrəli protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə cərimə olunması barədə qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyindən Saatlı Rayon Məhkəməsi hakiminin inzibati xəta haqqında iş üzrə 11 dekabr 2024-cü il tarixli, 3(055)-573/2024 saylı qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ 6 ay müddətinə məhdudlaşdırılmışdır. İnzibati xəta törətmiş Şəxs məhkəməyə ünvanladığı vəsatətində göstərmişdir ki, EQ 21998792 nömrəli inzibati xəta haqqında qərar (protokol) üzrə cəriməni və ona hesablanmış dəbbə pulunu tam ödəmişdir və bu barədə çıxarış almışdır. Ona görə də, barəsində olan Saatlı Rayon Məhkəməsi hakiminin 11 dekabr 2024-cü il tarixli, 3(055)- 573/2024 saylı inzibati xəta haqqında iş üzrə qərarına xitam verilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan Saatlı Rayon Məhkəməsi hakiminin 11 dekabr 2024-cü il tarixli, 3(055)- 573/2024 saylı inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, inzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ 6 ay müddətinə məhdudlaşdırılmışdır. İş materiallarına əlavə edilmiş çıxarışdan görünür ki, Şəxs EQ 21998792 nömrəli qərarda göstərilən cəriməni və ona hesablanmış dəbbə pulunu tam olaraq ödəmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 152.5-ci maddəsinə əsasən barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar çıxarılmış şəxs inzibati cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədikdə, bu qərara onu qəbul etmiş məhkəmə tərəfindən həmin şəxsin vəsatəti əsasında xitam verilir. Materiala əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edirəm ki, Şəxs EQ 21998792 nömrəli inzibati xəta haqqında protokol (qərar) üzrə cərimə və ona hesablanmış dəbbə pulunu tam ödədiyindən onun barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair Saatlı Rayon Məhkəməsi hakiminin 11 dekabr 2024-cü il tarixli, 3(055)-573/2024 saylı inzibati xəta haqqında iş üzrə qərarına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, Qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinərək 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair Saatlı Rayon Məhkəməsi hakiminin 11 dekabr 2024-cü il tarixli, 3(055)-573/2024 saylı inzibati xəta haqqında iş üzrə qərarına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar