Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-590/2024 28.11.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5, Protokol tərtib etmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakı ilə xx.xx.1987-ci ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Saatlı rayonunun Musalı kəndində qeydiyyatda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Saatlı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Şəxs 27 noyabr 2024-cü il tarixdə, saat 16 radələrində ünvan 1 ünvansız nalayiq söyüşlər söyərək polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabeçilik göstərməmişdir. Buna görə də Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında 27 noyabr 2024-cü il tarixli, MN № ******* protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş X6 göstərdi ki, polis sahə rəisi vəzifəsində işləyir. 27 noyabr 2024-cü il tarixdə saat 16 radələrində Şəxs ünvan 1 ünvansız nalayiq söyüşlər söymüş, polisin xidməti fəaliyyətinə maneçilik törətmiş, polis əməkdaşları onu polis şöbəsinə dəvət edərkən onların qanuni tələblərinə qəsdən tabeçilik göstərməmişdir. Bununla əlaqədar Saatlı rayon Polis Şöbəsinin əməkdaşı raportla Saatlı rayon Polis Şöbəsinə müraciət etmiş və tərəfindən Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərdi ki, 27 noyabr 2024-cü il tarixdə saat 16 radələrində ünvan 1 avtomobillə hərəkətdə olarkən içkili olduğundan qarşıdan gələn PPX avtomobilinə saxla işarəsi vermiş və bu zaman xidmət aparan polis əməkdaşları ona yaxınlaşıb nə üçün saxla işarəsi verdiklərini soruşduqda ünvansız nalayiq söyüşlər söymüş, polis əməkdaşları onu Saatlı RPŞyə aparmaq istəyərkən onların qanuni tələblərinə tabeçilik göstərməmiş, qanunsuz hrəkətlərini davam etdirmişdir. Daha sonra polis əməkdaşları onu sakitləşdirib Saatlı RPŞ-yə gətirmişlər. Əməlindən peşmandır.Sonda məhkəmədən ona köməklik olunmasını xahiş etdi. X4 izahatında göstərdi ki, 27 noyabr 2024-cü il tarixdə saat 16 radələrində rayonun Musalı kəndində digər polis əməkdaşları X3 və X7 ilə birlikdə xidmətdə olarkən qarşıdan gələn “VAZ- 2106” markalı avtomobildə olan Şəxs onlara saxla işarəsi vermiş, onlar da PPX avtomobilini saxlayıb nə baş verdiyini soruşduqda Şəxs əcəb edib saxla işarəsi verdiyini bildirərək ünvansız nalayiq söyüşlər söymüş, ondan ictimai yerdə nalayiq ifadələr işlətməməsi tələb olunsa da, Şəxs qanunsuz əməllərini davam etdirmiş, onların qanuni tələblərinə qəsdən tabeçilik göstərməmişdir. Şəxs məcburi qaydada rayon polis şöbəsinə gətirmişlər. X1 və X7 digər X4nun izahatına uyğun izahat verdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, şahidləri, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək və iş materiallarını tədqiq edərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xətalar törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməllər düzgün olaraq İXM-in 510 və 535.1-ci maddələri ilə tövsif olunmuşdur. “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” barədə 27 noyabr 2024-cü il tarixli 174 saylı aktdan görünür ki, Şəxs yüngül dərəcəli sərxoşluq müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs sərxoş vəziyyətdə inzibati xəta törətməsini onun məsuliyyətini ağırlaşdıran haldır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən peşman olması onun məsuliyyətini yüngülləşdirən haldır. Azərbaycan Respublikası İXM-in 34.3-cü maddəsinin tələbinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəktəsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. İnzibati xəta haqqında işin məhkəmə iclasında tədqiq olunmuş hallarını, habelə Şəxs İXMin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətdiyini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, İXM-in 510 və 535.1-ci maddələrinin müqayisəli tədqiqindən görünür ki, İXM-in 535.1-ci maddəsi ilə daha ciddi inzibati tənbeh tədbiri nəzərdə tutulmuşdur. İş materiallarından görünür ki, Şəxs 27 noyabr 2024-cü il tarixdə, saat 18:30-da inzibati qaydada tutulmuşdur İşin hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində digər inzibati tənbehin tətbiq olunması inzibati tənbehin məqsədlərini təmin etmir və onun barəsində İXM-in 535.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalı, həbs etmənin əvvəli tutulduğu vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq olunmaqla, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbs etmənin əvvəli tutulduğu vaxtdan, yəni 27 noyabr 2024-cü il tarixdən saat 18:30 dəqiqədən hesablansın. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №3(055)-590/2024
Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-590/2024
28.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver