Məhkəmə qərarları › İş №3(055)-595/2025

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-595/2025

17.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-595/2025 17.07.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, X1 iştirakı ilə, X3 Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi (bundan sonra – AR DİN BDYPİ) tərəfindən qəbul edilmiş EQ 28845904 nömrəli, xx.xx.2024-cü tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasına dair şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək AR DİN BDYPİ tərəfindən qəbul edilmiş EQ 28845904 nömrəli, xx.xx.2024-cü tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, idarəetməsini həyata keçirdiyi və "xxxx" MMCyə məxsus olan 77JC213 nişanlı nəqliyyat vasitəsi ilə hər gün "xxxx" MMC-nin tapşırığı əsasında SOCAR Petroleum QSC-dən neft məhsullarını təhvil alır və aidiyyəti üzrə çatdırır, bu səbəblə də hər gün Qaradağ r, Səngəçal qəsəbəsindən eyni çəkiyə malik yük ilə keçir. Nəqliyyat vasitəsinə vurulan yük qaiməsi əsasında çəki də göstərilməklə ona təhvil verilir. Qoşmadakı qaimədən də göründüyü kimi xx.xx.2025 tarixdə 15614 kq dizel ona təhvil verilmişdir. Nəqliyyat vasitəsinin şəhadətnaməsindən göründüyü kimi yüksüz kütləsi 10100 kq.dır və maksimal kütlə 26000 kq ola bilər. Aydın olur ki, sözügedən tarixdə nəqliyyat vasitəsinin kütləsi 10100+15 614=25 714 kq olmuşdur. Bu kütlə maksimal kütlənin keçilmədiyinin göstəricisidir. Lakin elektron sistemdə tərtib edilən inzibati xəta barədə qərara əlavə edilən fotolarda əsassız olaraq qeyd edilir ki, nəqliyyat vasitəsinin kütləsi 28180 kq olmuşdur. Sözügedən 2466 kq.ın haradan əlavə edildiyi qeyrimüəyyəndir. Məhkəmə iclasında X4 şikayətini müdafiə edərək bildirdi ki, AR DİN BDYPİ tərəfindən qəbul edilmiş EQ 28845904 nömrəli, xx.xx.2024-cü tarixli inzibati tənbeh vermə haqqında qərar qanunsuzdur və həmin qərarın ləğv olunmasını, inzibati xəta haqqında iş üzrə icraata xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında qərarı qəbul etmiş AR DİN BDYPİ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında qərarı qəbul etmiş AR DİN BDYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: AR DİN BDYPİ tərəfindən qəbul edilmiş EQ 28845904 nömrəli, xx.xx.2024-cü tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış fiziki şəxs X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, 600 (altı yüz) manat miqdarında cərimə edilmişdir. Qərarın məzmunudan görünür ki, sürücü X4 xx.xx.2024-cü il tarixdə M-2 47.9 km, Qaradağ rayonu, Səngəçal qəsəbəsi Bakı istiqamətində **-JC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə etməsi nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Məhkəmə, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, X3 İXM-in 353.2-ci maddəsi ilə təqsirli bilinərək cərimə olunmasına dair AR DİN BDYPİ tərəfindən qəbul edilmiş EQ 28845904 nömrəli, xx.xx.2024-cü tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, işə yenidən baxılması AR DİN BDYPİnə tapşırılmalıdır. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X4 tərəfindən yol hərəkəti qaydasının pozulması ilə bağlı inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Belə ki, X4 tərəfindən təqdim edilmiş qaimə fakturaya əlavədən görünür ki, inzibati xəta baş verən gün, yəni xx.xx.2024-cü il tarixdə X3 idarə etdiyi **-JC-*** dövlət nömrə qeydiyyat nişanlı nəqliyyat vasitəsi tərəzidə çəkilmiş və yükünün 15614 kq olduğu müəyyən edilmişdir. İnzibati xətanın qeydə alındığı fotoşəkildə isə X3 idarə etdiyi **-JC-*** dövlət nömrə qeydiyyat nişanlı nəqliyyat vasitəsinin çəkisinin 28130 kq olduğu və Limit 26000 kq olduğu müəyyən olunur. Məhkəmə hesab edir ki, elektron vasitələrlə aşkar olunmuş inzibati xətada haqqında fotoşəkillərdə qeyd edilən məlumatlarla, şikayətçi tərəfindən təqdim edilmiş sənədlər arasında ziddiyytələr vardır. “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi Qaydası”nın, “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili avtonəqliyyat vasitələrinin hərəkət etməsinə görə ödənişlərin dərəcələrinin və “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrlərinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli 104 №-li Qərarının 4.1-ci bəndinə əsasən İriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin avtomobil yolları ilə hərəkət etməsinə nəzarət Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin Qərarın 4.2-ci maddəsinə əsasən iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin faktiki qabarit ölçüləri xüsusi ölçü alətləri və cihazları, hərəkətdə olan belə nəqliyyat vasitələrinin çəki və kütlə parametrləri isə yol örtüyünün altında yerləşdirilmiş Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin texniki vasitələri (elektron tərəziləri) vasitəsilə, habelə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nəzarət məntəqələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanılmaqla, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları ilə birlikdə yoxlanılır. 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Məhkəmə qeyd edir ki, inzibati xətanın mövcudluğu ilə razılaşmayan X4 barəsində AR DİN BDYPİ tərəfindən düzgün araşdırma aparılmamış və barəsində inzibati qaydada cərimə olunmasına dair qərar qəbul edilmiş, həmçinin hazırki məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, halbuki sübutetmə yükü məhz onun üzərinə düşür (İXM-8.2). Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; Həmin Məcəllənin 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, X4 inzibati xətanın mövcudluğu ilə razı olmadığından iş üzrə yenidən araşdırma aparılmalı, qərarda qeyd olunan ziddiyyətlər aradan qaldırılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də, şikayət qismən təmin edilməli, AR DİN BDYPİ tərəfindən qəbul edilmiş EQ 28845904 nömrəli, xx.xx.2024-cü tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, X4 barəsində işə yenidən baxılması AR DİN BDYPİnə tapşırılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X3 İXM-in 353.2-ci maddəsi ilə cərimə olunmasına dair AR DİN BDYPİ tərəfindən qəbul edilmiş EQ 28845904 nömrəli, xx.xx.2024-cü tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və işə yenidən baxılması AR DİN BDYPİ-nə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Saatlı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar