Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-601/2023 26.05.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakı ilə xx xxxx 1960-cı ildə Saatlı rayonunun Məzrəli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, Saatlı rayonunun Naharlı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Saatlı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 16 may 2023-cü il tarixli İXP № ******* saylı protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, sürücü Şəxs 17 fevral 2023-cü il tarixdə saat 14:00-15:00 radələrində idarə etdiyi “VAZ-21074” markalı **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobillə əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozmaqla yolun kənarında yerləşən tikinti materialları obyektindən dayanmadan baş yol hesab edilən Saatlı- Musalı-Məzrəli avtomobil magistral yoluna çıxaraq sağa Musalı kəndi istiqamətinə dönərək öz hərəkət zolağında avtomobilinin sağ qabaq hissəsi ilə həmin magistral yolda əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozan Saatlı şəhəri istiqamətində hərəkətdə olan nəqliyyat vasitəsini idarə etmə hüququ olmayan X1 idarə etdiyi “VAZ-2106” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol hissəsi ilə toqquşaraq yol nəqliyyat hadisəsini törətmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı sürücü Şəxs idarə etdiyi “VAZ-21074” markalı **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin kimi əyləşən Zərərçəkmiş şəxs2 dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri almışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, “VAZ-21074” markalı **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobil onun adınadır və nəqliyyat vasitəsini idarə etmə hüququ vardır. Saatlı rayon Naharlı kəndində yaşayır. 17 fevral 2023-cü il tarixdə saat 14:00 - 15:00 radələrində onun idarə etdiyi “VAZ-21074” markalı **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin kimi əyləşmiş həmkəndlisi X2 ilə birlikdə evinə gedərkən Saatlı- Musalı-Məzrəli avtomobil magistral yolunun sağ kənarında yerləşən tikinti materialları obyektindən iki kisə sement alaraq avtomobilinin yük yerinə qoymuş və avtomobilini idarə edərək tikinti materialları obyektindən sağ tərəfə Musalı kəndi istiqamətində Saatlı-Musalı- Məzrəli avtomobil magistral yoluna çıxmaq məqsədi ilə yolun sol və sağ tərəfinə baxmış, yolun sağ hissəsinin boş olmasını zənn edərək avtomobilini dayandırmadan magistral yola çıxararaq öz hərəkət zolağında hərəkət etməyə başlarkən həmin magistral yolda əks istiqamətdə yüksək sürətlə hərəkətdə olan “VAZ-2106” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil “Şhaqman” markalı yük avtomobilinin arxasından çıxaraq ötmə qaydalarını pozub onun hərəkət zolağında avtomobinin qabaq saq hissəsi ilə toqquşmuşdur. Yol nəqliyyat hadisəsində həm onun, həm də “VAZ-2106” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 təqsiri olmuşdur. Hadisə zamanı o dərəcəsi təyin edilməyən xəsarət almış, avtomobilində sərnişin kimi əyləşmiş X2 isə yüngül dərəcəli xəsarət almışdır. Zərərçəkmiş şəxs1 az ağır xəsarətlər alsa da, polisdə aparılan araşdırma zamanı Ruslan İbrahimovla barışdıqları üçün o Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilmişdir. Ona görə də göstərdiklərinin nəzərə alınaraq ona köməklik edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 izahatında göstərdi ki, “VAZ-2106” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilə etibarnamə ilə sahiblik etsə də, nəqliyyat vasitəsini idarə etmə hüququ yoxdur. Saatlı rayon Musalı kəndində yaşayır. 17 fevral 2023-cü il tarixdə saat 15:45 radələrində “VAZ-2106” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Saatlı-Musalı-Məzrəli avtomobil magistral yolunda Saatlı şəhəri istiqamətində hərəkətdə olarkən ondan qarşıda gedən “Şhaqman” markalı yük avtomobilini ötmək məqsədi ilə əks istiqamətli hərəkət zolağına çıxaraq yük avtomobilini ötməyə başlamış, lakin həmin vaxt yolun kənarında yerləşən tikinti materialları obyektindən dayanmadan ağ rəngli “VAZ-21074” markalı **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobil sağ tərəfə Musalı kəndi istiqamətində onun hərəkət etdiyi avtomobil zolağına çıxmasını görərək dərhal avtomobilin əyləcini basmış, amma hadisə qaçılmaz olduğundan onun avtomobilinin sol qabaq hissəsi, VAZ-21074” markalı **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ qabaq hissəsi ilə toqquşmuşdur. Hadisə nəticəsində o huşunu itirmiş və xəstəxanada özünə gəlmişdir. Hadisə zamanı az ağır xəsarət almasına baxmayaraq VAZ-21074” markalı **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs ilə barışdığından, şikayət və tələbi olmadığından Şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərəd tutulmuş cinayət məsuliyyətdən azad edilmişdir. Ona görə də göstərdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 izahatında göstərdi ki, Saatlı rayon Naharlı kəndində yaşayır. 17 fevral 2023-cü il tarixdə saat 14:00-15:00 radələrində həmkəndlisi Şəxs idarə etdiyi “VAZ-21074” markalı **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin kimi əyləşmiş onunla birlikdə evinə gedərkən Şəxs Saatlı- Musalı-Məzrəli avtomobil magistral yolunun sağ kənarında yerləşən tikinti materialları obyektindən iki kisə sement alaraq avtomobilinin yük yerinə qoymuş və avtomobilini idarə edərək tikinti materialları obyektindən sağ tərəfə Musalı kəndi istiqamətində Saatlı-Musalı- Məzrəli avtomobil magistral yoluna çıxararaq öz hərəkət zolağında hərəkət etməyə başlarkən “VAZ-2106” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Yol nəqliyyat hadisəsində o, yüngül dərəcəli xəsarət almasına baxmayaraq hadisə ilə bağlı olaraq infakt keçirmiş və bununla bağlı xəstəxanada müalicə almışdır. Lakin, buna baxmayaraq hazırki vaxtadək sərnişin kimi əyləşdiyi avtomobildə xəsarət alan şəxs kimi ona verilməli olan sığorta məbləği verilməmişdir. Ona görə də göstərdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Saatlı rayon Polis Şöbəsinin DYPB-nin yol patrul xidməti baş inspektoru, polis baş leytenantı X6 izahatında göstərdi ki, “VAZ-21074” markalı **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs barəsində olan cinayət təqibinə xitam verilməklə cinayət məsuliyyətindən azad edilməsi və Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi barədə Saatlı RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis polkovnik-leytenantı X5 cinayət təqibinə xitam verilməsi və şəxsin cinayət məsuliyyətindən azad edilməsi haqqında 04 may 2023-cü il tarixli qərarının surəti Saatlı rayon Polis Şöbəsinin DYPB-nə göndərildikdən sonra onun tərəfindən həmin qərar əsasında Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə 16 may 2023-cü il tarixli İXP № ******* saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. İş materialında olan 04 may 2023-cü il tarixli cinayət təqibinə xitam verilməsi və şəxsin cinayət məsuliyyətindən azad edilməsi haqqında qərardan görünür ki, “VAZ-21074” markalı **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs barəsində olan cinayət təqibinə xitam verilməklə cinayət məsuliyyətindən azad edilmiş və Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Saatlı rayon Polis Şöbəsinin DYPB-nə verilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyi Sabirabad rayon şöbəsinin 29 aprel 2023-cü il tarixli 112 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 döş qəfəsinin küt travması əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir və əmələ gəlmə müddəti 17 fevral 2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərər çəkmiş şəxsləri və şahidi dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sürücü Şəxs 17 fevral 2023-cü il tarixdə saat 14:00-15:00 radələrində idarə etdiyi “VAZ-21074” markalı **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobillə əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozmaqla yolun kənarında yerləşən tikinti materialları obyektindən dayanmadan baş yol hesab edilən Saatlı-Musalı-Məzrəli avtomobil magistral yoluna çıxaraq sağa Musalı kəndi istiqamətinə dönərək öz hərəkət zolağında avtomobilinin sağ qabaq hissəsi ilə həmin magistral yolda əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozan Saatlı şəhəri istiqamətində hərəkətdə olan nəqliyyat vasitəsini idarə etmə hüququ olmayan X1 idarə etdiyi “VAZ-2106” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol hissəsi ilə toqquşaraq yol nəqliyyat hadisəsini törətmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı sürücü Şəxs idarə etdiyi “VAZ-21074” markalı **- LR-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin kimi əyləşən Zərərçəkmiş şəxs2 dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri almış, digər sürücü X4 az ağır xəsarət almasına baxmayaraq Şəxs ilə barışdığından, şikayət və tələbi olmadığından Şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərəd tutulmuş cinayət məsuliyyətdən azad edilməklə onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri özünün etirafı, zərər çəkmiş şəxsin izahatı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alıb barəsində inzibati cərimə tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(055)-601/2023
Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-601/2023
26.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver