Məhkəmə qərarları › İş №3(055)-604/2023

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-604/2023

19.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-604/2023 19.05.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxx 1999-cu il tarixdə Saatlı rayonunun Qara Nuru kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Saatlı rayonu Qara Nuru kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Saatlı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 19 may 2023-cü il tarixli İXP ******* nömrəli protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, 18 may 2023-cü il tarixdə saat 18:00-da Şəxs sürücülük hüququ olmadan idarə etdiyi «Mercedes Benz C180 Minik» markalı ** ME *** dövlət nömrə nişanlı avtomobil ilə Saatlı rayonu Qara Nuru kəndi ərazisindən keçən avtomobil yolunda hərəkətdə olarkən Zərərçəkmiş şəxs idarə etdiyi «X3» markalı ** SK *** dövlət nömrə nişanlı avtomobillə toquşmuş və toqquşma nəticəsində Zərərçəkmiş şəxs maddi ziyan vurmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, 18 may 2023-cü il tarixdə idarə etdiyi «Mercedes Benz C180 Minik» markalı ** ME *** dövlət nömrə nişanlı avtomobil ilə Saatlı rayonu Qara Nuru ərazisindən keçən avtomobil yolunda hərəkətdə olarkən həmin yerdə yerləşən çay evinin yanında Zərərçəkmiş şəxs idarə etdiyi «X3» markalı ** SK *** dövlət nömrə nişanlı avtomobillə toqquşmamaq üçün sürəti azaldaraq maşını saxlamağa çalışmış, lakin maşını vaxtında saxlamaq üçün gecikmiş və həmin avtomobillə toqquşmuş, toqquşma nəticəsində Zərərçəkmiş şəxs maddi ziyan vurmuşdur. Həmin vaxt avtomobili sürücülük vəsiqəsi olmadan idarə etmişdir. Maddi imkanı yaxşı olmadığı üçün dəymiş ziyanı ödəyə bilməmişdir. Məhkəmədən ona köməklik olunmasını xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərdi ki, 18 may 2023-cü il tarixdə Şəxs yüksək sürətlə idarə etdiyi «Mercedes Benz C180 Minik» markalı ** ME *** dövlət nömrə nişanlı avtomobil ilə Saatlı rayonu Qara Nuru kəndi ərazisindən keçən avtomobil yolunda hərəkətdə olarkən onun idarə etdiyi «X3» markalı ** SK *** dövlət nömrə nişanlı avtomobillə toquşmuşdur. Toqquşma nəticəsində ona maddi ziyan vurmuşdur. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona dəymiş ziyanı ödəməmişdir. Şəxs şikayətçidir və onun barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Materiala əlavə edilmiş nəqliyyat hadisəsinin sxemindən görünür ki, 18 may 2023-cü il tarixdə Saatlı rayonu Sarıcalar kəndi Aqrabaz yolunun Qara Nuru kəndi ərazisindən keçən hissəsində Şəxs idarə etdiyi «Mercedes Benz C180 Minik» markalı ** ME *** dövlət nömrə nişanlı avtomobil ilə Zərərçəkmiş şəxs idarə etdiyi «X3» markalı ** SK *** dövlət nömrə nişanlı avtomobil toqquşmuş və nəticədə «Mercedes Benz C180 Minik» markalı ** ME *** dövlət nömrə nişanlı avtomobilin ön hissəsi, «X3» markalı ** SK *** dövlət nömrə nişanlı avtomobilin arxa hissəsi əzilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərər çəkmiş şəxsi dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanı törətməsində təqsiri özünün etirafı, zərər çəkmiş şəxsin izahatı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdırılan hallar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alıb barəsində inzibati cərimə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: xx xxxxxx 1999-cu il tarixdə Saatlı rayonunun Qara Nuru kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Saatlı rayonu Qara Nuru kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar