Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-606/2023 24.05.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Saatlı Rayon Məhkəməsinin hakimi Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X6, İnzibati xəta haqqında protokolu tərtib etmiş Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X2 iştirakı ilə, xx.xx.1986-cı ildə Cəlilabad rayonunun Soltankənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Saatlı rayonunun Fətəlikənd kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Saatlı Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 24 may 2023-cü il tarixli MN № ******* nömrəli protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, İsayev X8 Rayon Məhkəməsinin 10 may 2019-cu il tarixli, 2(055)-540/2019 saylı icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərinə əməl etməmişdir və hazırda üzərində 9000 manat ödənilməmiş aliment borcu qalmışdır. Məhkəmə iclasında Saatlı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 göstərdi ki, Saatlı Rayon Məhkəməsinin 10 may 2019-cu il tarixli, 2(055)-540/2019 saylı icra sənədinə əsasən Şəxs 10 sentyabr 2004cü ildə anadan olmuş Elnur, 10 avqust 2006-cıildə anadan olmuş Samir və 25 iyun 2012-ci ildə anadan olmuş Əli adlı üç nəfər uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün 10 may 2019-cu il tarixdən başlanaraq hər ay hər bir uşağa 80 (səksən) manat, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq X2 xeyrinə ödənilməlidir. Dəfələrlə etmiş olduğu xəbərdarlıqlara baxmayaraq borclu onun qanuni tələblərinə əməl etməmiş və tələbkara olan aliment borcunu ödəməmişdir. Odur ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, Saatlı Rayon Məhkəməsinin 10 may2019-cu il tarixli, 2(055)-540/2019 saylı icra sənədinə əsasən ondan 10 sentyabr 2004-cü ildə anadan olmuş Elnur, 10 avqust 2006-cıildə anadan olmuş Samir və 25 iyun 2012-ci ildə anadan olmuş Əli adlı üç nəfər uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün 10 may 2019-cu il tarixdən başlanaraq hər ay hər bir uşağa 80 (səksən) manat, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq X2 xeyrinə ödənilməlidir. Maddi vəziyyəti ilə əlaqədar 9000 manat aliment borcunu tələbkara ödəyə bilmir. İcra məmuru dəfələrlə onu icra sənədinin tam icrası ilə bağlı xəbərdarlıq etməsinə baxmayaraq həmin aliment borcunu maddi imkanı olmadığı üçün tələbkara ödəməmişdir. Ona görə də göstərdiklərinin nəzərə alınıb ona köməklik edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs X5 göstərdi ki, Saatlı Rayon Məhkəməsinin 10 may 2019-cu il tarixli, 2(055)-540/2019 saylı icra sənədinə əsasən Şəxs 10 sentyabr 2004-cü ildə anadan olmuş Elnur, 10 avqust 2006-cıildə anadan olmuş Samir və 25 iyun 2012-ci ildə anadan olmuş Əli adlı üç nəfər uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün 10 may 2019-cu il tarixdən başlanaraq hər ay hər bir uşağa 80 (səksən) manat, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq onun xeyrinə ödənilməlidir. Şəxs bu vaxta qədər cəmi 950 manat aliment ödənişi etmiş və onun indiki vaxta qeyd olunan məhkəmə qərarı üzrə 9000 manat aliment borcu yaranıb. Hazırda da Şəxs şikayətçidir və onun barəsində inzibati həbs növündə tənbeh seçilməsini xahiş etdi. Məhkəmə İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına görə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İsayev X8 Rayon Məhkəməsinin 10 may 2019-cu il tarixli, 2(055)-540/2019 saylı icra sənədinə əsasən üç nəfər uşağının yetkinlik yaşına çatanadək saxlanması üçün hazırki vaxtadək ödənilməmiş 9000 manat aliment borcunun X3 ödənilməsi barədə icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alıb ona cərimə cəzasının tətbiqini kifayət saymayaraq barəsində müəyyən müddətə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təyin ediləcək inzibati həbs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan, yəni bir ayadək müddətə inzibati həbsin dörddə birindən az olmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 20 (iyirmi) gün müddətə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 24 may 2023-cü il, saat 16:30 dəqiqədən hesablansın. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(055)-606/2023
Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-606/2023
24.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver