Məhkəmə qərarları › İş №3(055)-609/2025

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-609/2025

23.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-609/2025 23.07.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X2, X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1961-ci ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Saatlı rayonunun Qra Nuru kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta törətməsinə dair Saatlı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Şəxs 23 iyul 2025-ci il tarixdə təxminən saat 10:00 radələrində Saatlı şəhəri H.Əliyev prospektində yerləşən Saatlı Rayon İcra Hakimiyyəti binasının qarşısında vəzifəli şəxslərin ünvanına nalayiq söyüşlər söymüşdür. Buna görə də Şəxs barəsində İXM-in 510-cu maddəsi ilə inzibati xəta haqqında 23 iyul 2025-ci il tarixli MN ******* saylı protokol tərtib olunmuşdur. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş X4 göstərdi ki, polis sahə rəisi vəzifəsində işləyir. Şəxs 23 iyul 2025-ci il tarixdə saat təxminən 10:00 radələrində Saatlı şəhəri H.Əliyev prospektində yerləşən Saatlı Rayon İcra Hakimiyyəti binasının qarşısında uca səslə vəzifəli şəxslərin ünvanlarına ucadan nalayiq söyüşlər söymüşdür. Bununla əlaqədar Saatlı Rayon İcra Hakimiyyəti binasının mühafizə polisi Şahid2 raportla Saatlı Rayon Polis Şöbəsinə müraciət etmişdir. Bundan sonra onun tərəfindən Şəxs barəsində İXM-in 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs izahatında göstərdi ki, 23 iyul 2025-ci il tarixdə Saatlı şəhəri H.Əliyev prospektində yerləşən Saatlı Rayon İcra Hakimiyyətinin binasına, icra başçısının müavini Gündüz müəllimin qəbuluna gəlmişdir. İcra Hakimiyyəti binasının giriş qapısında polis əməkdaşı ona bildirmişlər ki, Gündüz müəllim burada yoxdur. Fərhad müəllimin otağına girərək bildirmişdir ki, burda bir insan yoxdur sözümüzü deyək. Bu zaman polis əməkdaşı gəlib onu Polis Şöbəsinə gətirmişlər. Göstərilənlərə əsasən icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə təxminən sat 10:00 radələrində xidməti otağında olarkən vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Şahid1 otağında səsi yüksək gəldiyini eşidərək Fərhad müəllimin otağına getdi və gördü ki, tanıdığı Qara Nuru kənd sakini Şəxs Fərhad müəlllimlə mübahisə edir və vəzifəli şəxslərin ünvanlarına təhqiredici ifadələr işlədir. Bu zaman poli əməkdaşlarına məlumat verilərək onu binadan uzaqlaşdırmışlar. Məhkəmə iclasında Şahid1 və Şahid2 digər Şahid3 izahatına uyğun izahat verdilər. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, proses iştirakçılarını dinləyərək və iş materiallarını tədqiq edərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməllər düzgün olaraq İXM-in 510-cu maddəsi ilə tövsif olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alıb ona cərimə cəzasının tətbiqini kifayət saymayaraq barəsində müəyyən müddətə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təyin ediləcək inzibati həbs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan, yəni on beş günədək müddətə inzibati həbsin dörddə birindən az olmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə 04 (dörd) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbs etmənin əvvəli 23 iyul 2025-ci il tarixdən saat 16:20 dəqiqədən hesablansın. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar