Məhkəmə qərarları › İş №3(055)-614/2024

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-614/2024

03.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-614/2024 03.12.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Zərər çəkmiş şəxsin nümayəndəsi Nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxx 1982-ci ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Saatlı rayonu Nərimankənd kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Saatlı Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 03 dekabr 2024-cü il tarixli MN ******* nömrəli protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs Saatlı Rayon Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli 2(055)-26/2024 saylı icra sənədinə əsasən 840 manat aliment borcunu ödəməkdən yayınaraq icra məmurunun qanuni tələblərinə əməl etməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Saatlı Rayon Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli 2(055)-26/2024 saylı icra sənədi üzrə üç nəfər uşağının yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər bir uşağa 140 manat, cəmi 420 manat sabit məbləğdə alimenti 21 avqust 2023-cü il tarixdən tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödəməlidir. Lakin daha sonra o, tələbkarla barışmış, amma yenidən ayrılmışdır. Hal-hazırda son iki ay müddətində olan 840 manat alimenti tələbkara ödəməmişdir. Bununla bağlı icra məmuru ondan 840 manat alimentin tələbkara ödənilməsini tələb etsə də, o israrla bildirmişdir ki, alimenti ödəməyəcəkdir. Hesab edir ki, tələbkar və uşaqları onunla birlikdə yaşasalar öz qazancı ilə ailəsini saxlayar. Ona görə də, göstərdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş Zərərçəkmiş şəxs etibarnamə üzrə nümayəndəsi qardaşı-Nümayəndə izahatında göstərdi ki, Saatlı Rayon Məhkəməsinin 11 yanvar 2024cü il tarixli 2(055)-26/2024 saylı icra sənədinə əsasən Şəxs üç nəfər uşağının yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər bir uşağa 140 manat, cəmi 420 manat sabit məbləğdə alimenti 21 avqust 2023-cü il tarixdən tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödəməlidir. Lakin onların nikahı pozulsa da, Zərərçəkmiş şəxs ilə Şəxs barışaraq bir müddət bir yerdə yaşamalarına baxmayaraq yenə də ayrılmışlar. Ayrıldıqdan sonra Zərərçəkmiş şəxs Saatlı Rayon Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli 2(055)-26/2024 saylı icra sənədi üzrə son iki ayın ödənilməli olan 840 manat sabit məbləğdə alimentin alınmasını icra məmurunun vasitəsi ilə Şəxs tələb etmiş, lakin bu günə qədər heç bir aliment ödənişi olmamışdır. Ona görə də, icra sənədinin icra olunmasını tələb edir. İşdə olan icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Saatlı Rayon Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli 2(055)-26/2024 saylı icra sənədi 09 oktyabr 2024-cü il tarixdə Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icraatına qəbul edilmiş və icraata başlanılmışdır. İşdə olan 09 oktyabr 2024-cü il tarixli bildirişdən görünür ki, Saatlı Rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclu Şəxs bildiriş göndərilərək Saatlı Rayon Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli 2(055)-26/2024 saylı icra sənədində göstərilən tələbin 10 gün müddətində icra edilməsi bildirilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərər çəkmiş şəxsin nümayəndəsini dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs Saatlı Rayon Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli 2(055)-26/2024 saylı icra sənədi üzrə üç nəfər uşağın saxlanması üçün hazırki vaxtadək ödənməmiş qalan 840 manat alimenti Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi ilə bağlı icra məmurunun qanuni tələblərinə əməl etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanı törətməsi özünün etirafı, zərər çəkmiş şəxsin nümayəndəsinin izahatı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alıb ona cərimə cəzasının tətbiqini kifayət saymayaraq barəsində müəyyən müddətə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təyin ediləcək inzibati həbs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan, yəni bir ayadək müddətə inzibati həbsin dörddə birindən az olmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli bu gündən, yəni 03 dekabr 2024-cü il tarixdən saat 16:45 dəqiqədən hesablansın. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar