Məhkəmə qərarları › İş №3(055)-630/2024

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-630/2024

09.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-630/2024 09.12.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X2, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Müdafiəçi – Saatlı rayon Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, xx.xx.1981-ci il tarixdə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, Saatlı rayonu Mircəlalkənd kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Saatlı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 09 dekabr 2024-cü il tarixli MN ******* saylı protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs 15 oktyabr 2024-cü il tarixdə saat 17 radələrində Saatlı rayonu Mircəlalkənd kəndində həmkəndlisi Zərərçəkmiş şəxs vuraraq döymüşdür. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş Saatlı Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis mayoru X5 inzibati xəta haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək göstərdi ki, Şəxs 15 oktyabr 2024-cü il tarixdə saat 17 radələrində Saatlı rayonu Mircəlalkənd kəndində həmkəndlisi Zərərçəkmiş şəxs vuraraq döymüşdür. Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş və barəsində İXM-nin 157-ci maddəsi inzibati qaydada tədbir görülməsi üçün qərar Saatlı RPŞ-nin İTB-nə göndərilmişdir. Qərar əsasında onun tərəfindən Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, Zərərçəkmiş şəxs həkəndlisi olmaqla yanaşı onun qardışının qaynı aravadıdır. xx.xx.2024cü il tarixdə həmkəndlisi Cəbrayıl Səfərov öz yaşadığı evin həyətində oğluna toy şənliyi etmişdir. O, da tək toya gəlmişdir. Toyda iştirak edib oradan təxminə saat 17 radələrində atasının evinə gedərkən küçədə atasının evinə az qalmış həmkəndlisi Zərərçəkmiş şəxs ilə qarşılaşmışdır. Zərərçəkmiş şəxs onu görən kimi ünvanına nalayiq söyüşlər söymüşdür. Həmin vaxt o, sol ciyin nahiyəsi ilə İlhamənin sağ ciyin nahiyəsinə vurmuş və baş nahiyəsindən itələmişdir. Zərərçəkmiş şəxs yerə yıxılmışdır. Bundan sonra o, Zərərçəkmiş şəxs əhəmiyyət verməyib yoluna davam edib atası Ağaslimin həyətinə getmiş və oradan Bakı şəhərinə qayıtmışdır. Saatlı rayonu Mircəlalkənd kənd sakini Zərərçəkmiş şəxs qeyd etdikləri yalandır. O, ciyini ilə İlhaməni vurmu və əli ilə baş nahiyəsindən itələmiş, həmin vaxt İlhamə yerə yıxılmışdır. Həmin hadisə zamanı yanlarında kimsə olmamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək göstərdi ki, həmkəndlisi, Şəxs tanyır onun baldızının qaynıdır. xx.xx.2024-cü il tarixdə həmkəndlisi və onun yaşadığı evə yaxın olan Cəbrayıl Səfərov öz yaşadığı evin həyətində oğluna toy şənliyi etmişdir. O, da ailə üzvlərlə birlikdə həmin toy şənliyinə dəvət olunmuşdur. Toy şənliyi saat 13:00-da başlayacqdır. O, şəxsi işi ilə əlaqədar olaraq təxinən saat 15 rədələrində əri Şahid1 ilə birlikdə toy şənliyinə getmişdir. O, həmin toy şənliyində təxminən 2 saat iştirak etmişdir. Bundan sonra o, evinə qayıtmışdır. Təxminən saat 17 radələrində o, toydan çıxıb öz evimə gələrkən Müstəcəbin evinin yanında küçədə olarkən Şəxs ona yaxlaşdığını görmüşdür. Şəxs ona yaxınlaşan kimi yumruqla onun baş nahiyəsinə 2 dəfə vurmuşdur. Daha sonra onun başından yapışaraq onu boğmuş və ağazına əlini salıb onu yerə yıxmış və onu vurmağa başlamışdır. O, isə Şəxs, «sən nə üçün məni vurusan» demiş və onun əlini özündən kənarlaşdırmış qaçaraq oradan uzaqlaşmışdır. Həmin vaxt Şəxs qardaşı oğlu Ağasəlim Qənbərov velospetlə onun yanına gəlmişdir. Ağasəlim ondan nə olduğunu soruşmuş, o, Ağasəlimə əmisi Calalın onu vurduğunu və döydüyünü demişdir. Bundan sonra o, geri qayıtmış, həmkəndlisi və əri Şahid1 əmisi Sərvan Əhmədovun avtomobilinə əyləşib ona, «Şəxs küçədə məni döydüb, məni maşınla toy olan küçəyǝ apar, ərim Şahid1 çağıraq və ona bu barədə deyim» demişdir. Sərvan Əhmədov avtomobili idarə edərək toy olan küçəyə getmişlər. O, maşından düşüb əri Şahid1 çağırmışdır. Alim gəlmiş o, ona, Şəxs onu döyməsi barədə danışmışdır. O, bu barədə əri Şahid1 danışdıqdan sonra Alim onun Qənbərov CXəlal Ağasəlim oğlu tərəfindən döyülməsi barədə Azərbaycan Respublikasının DİN- “102” xidmətinə məlumat vermişdir. Bir qədər sonra onun yaşadığı ünvana təcili tibbi yardım avtomobili və Saatlı RPŞ-in əməkdaşları gəlmişlər. O, Şəxs tərəfindən döyülməsi barədə ərizə ilə müraciət etmişdir. Həmin hadisə zamanı orada kənar şəxslər olmamışdır. Onu Şəxs döyərəkən kimsə görməmişdir. Calal onu döyüb oradan kənarlaşarkən Calalın azyaşlı qardaşı oğlu Ağasəlim Qənbərov ora gəlmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 izahat verərək X1 izahatında göstərilən xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 izahat verərək göstərdi ki, Şəxs onun doğma oğludur. 15 oktyabr 2024-cü il tarixdə Cəbrayıl Səfərov həyətində toy şənliyi etmiş, oğlu Şəxs həmin toyda iştirak etmişdir. Həmin vxatı küçədə boşanma ərəfəsində olan Zərərçəkmiş şəxs ilə qudası arasında mübahisə olmuş, oğlu Calalın çiyin nahiyəsi Zərərçəkmiş şəxs dəymiş və İlhamə yerə yıxılmışdır. Oğlu Calalda oradan uzaqlaşıb getmişdir. Bundan sonra İlhamənin əri Alim və baldızı küçədən onun həyətinə daş atmışlar. O, bu barədə DİN-nin 102-xidmətinə zəng edib məlumat vermşidir. Bundan sonra polis əməkdaşları gəlmiş və o, bu barədə ərizə ilə müraciət etmişdir. Polis əməkdaşları gəldikdən sonra gecə təxminən saat 22 radələrində Təranə Əhmədova onun həyətinə gəlib azyaşlı nəvəsi Alimi itələmiş və nalayiq söyüşlər söyüb çıxıb getmişdir. Bundan sonra o, bu barədə yenidən DİN-nin 102-xidmətinə məlumat vermşidir. İşdə olan 25 oktyabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs ərizəsi əsasında toplanmış material üzrə cinayət tərkibi olmadığından cinayət işi başlanması rədd edilmiş, Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Saatlı RPŞ-nin İTB-yə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan məhkəmə-tibbi eksertizasının 16 oktyabr 2024-cü il tarixli 253 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-boynun sağ yan səthində, sol yanaq proyeksiyasında, sağ budun aşağı 1/3-də bayır səthdə, sol baldırın yuxarı 1/3-də ön səthdə qançırlar, boynun sol yan səthində sağ diz oynağının ön səthində sıyrıqlar küt əşyanın/əşyaların təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2024-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Xəsarətlər müayine olunain göstərdiyi şəraitdə əmələ gələ bilərdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin dispozisiyasına görə döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs 15 oktyabr 2024-cü il tarixdə saat 17 radələrində Saatlı rayonu Mircəlalkənd kəndində həmkəndlisi Zərərçəkmiş şəxs vuraraq döymüşdür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsi, zərərçəkmiş şəxsin ifadəsi, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alıb ona cərimə cəzasının tətbiqini kifayət saymayaraq barəsində müəyyən müddətə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təyin ediləcək inzibati həbs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan, yəni iki ayadək müddətə inzibati həbsin dörddə birindən az olmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli bu gündən, yəni 09 dekabr 2024-cü il tarixdən saat 14:45 dəqiqədən hesablansın. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar