Məhkəmə qərarları › İş №3(055)-631/2024

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-631/2024

10.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-631/2024 10.12.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1988-ci ildə Saatlı rarayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Saatlı rarayonunun Çolpı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsi ilə Saatlı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rarayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 10 dekabr 2024-cü il tarixli MN ******* saylı protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs 04 oktyabr 2024-cü il tarixdə saat 17 radələrində Saatlı rayon icra və probasiya şöbəsində polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X5 izahatında göstərdi ki, Şəxs 04 oktyabr 2024-cü il tarixdə saat 17 radələrində Saatlı rayon icra və probasiya şöbəsində polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu barədə raportla müraciət olunmuş və tərəfindən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, o 04 oktyabr 2024-cü il tarixdə qızı Duyğu ilə görüşmək məqsədilə Saatlı rayon icra və probasiya şöbəsində olan vaxt valideynləri uşaqla görüşmək istəyəndə keçmiş arvadı Lamiyə icazə verməmiş və bu zaman mübahisə yaranmışdır.Bu zaman polis əməkdaşı Yusif Hüseynov onun atası Saməddinin qolundan tutub kənarlaşdırmaq istəyərkən o da həmin polis əməkdaşına mane olmuşdur. Etdiyi əmələ görə peşmandır. Ona görə də, göstərdiklərinin nəzərə alınıb məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid X6 izahatında göstərdi ki, Saatlı rayonlararası mühafizə şöbəsində polis nəfəri işləyir və Saatlı rayon İcra və probasiya şöbəsinə xidmətə çıxır. 04 oktyabr 2024-cü il tarixdə xidmətdə olarkən Şəxs və valideynləri icra məmuru Həsən Novruzovun icraatında olan uşaqla ünsiyyətə dair icra işi ilə bağlı icra və probasiya şöbəsinə gəlmişlər. Daha sonra onlar səs-küy saldığından yaxınlaşıb nizam-intizama davət edəndə Şəxs onun qanuni tələblərinə tabe olmayaraq Saməddin Talıbovun binadan çıxarılmasına maneə törətmiş, onu kənara itələmişdir. Bununla əlaqədar Saatlı RPŞ-yə məlumat vermiş və raportla müraciət etmişdir. Məhkəmə iclasında şahid X7 şahid X6 ilə eyniməzmunlu izahat verdi. Məhkəmə iclasında şahid X1 izahatında göstərdi ki, Şəxs doğma övladıdır. 04 oktyabr 2024-cü il tarixdə nəvəsi Duyğu ilə görüşmək məqsədilə Saatlı rayon icra və probasiya şöbəsinə getmişlər. İcra və probasiya şöbəsində olan vaxt keçmiş gəlini Lamiyə ona görüş üçün icazə verməmiş və bu zaman mübahisə yaranmışdır. Oğlu Elməddin də həmin vax araya girərək polis əməkdaşını kənara itələmişdir. Məhkəmə iclasında şahid X8 şahid X1 ilə eyniməzmunlu izahat verdi. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və şahidləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs son bir il ərzində inzibati məsuliyyətə cəlb olunmamasını məhkəmə onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında fiziki şəxslər iki yüz manat məbləğində cərimə və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və sair bu kimi digər halları nəzərə alıb barəsində inzibati cərimə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rarayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar