Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-634/2024 23.12.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X7, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Mil-Muğan regional şöbəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə, X1 iştirakları ilə, X6 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Mil-Muğan regional şöbəsinin 26 noyabr 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X8 məhkəməyə müraciət edərək, onun 700 manat məbləğində cərimə olunmağı haqqında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Mil-Muğan regional şöbəsinin rəisi Şahin Əzizovun xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X2 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, məktəbin İngilis dili müəllimi X13 xx.xx.2024-cü il tarixində ərizə yazaraq öz istəyilə işdən çıxmaq haqqında ərizəsinə əsasən işdən azad edilmişdir. Bir müddət keçəndən sonra A.R.Ə.Ə.S.M.N yanında X12 Xidməti Mil-Muğan regional şöbəsinə müraciət edərək işinə yenidən baxılmasını istəmişdir. Daha sonra ərizə yazaraq şikayyət ərizəsini geri götürmüşdür. Heç bir şikayətinin olmadığını bildirmişdir. Buna baxmayaraq A.R.Ə.Ə.S.M.N yanında X12 Xidməti Mil-Muğan regional şöbəsi ondan bir sıra sənədləri istəmişdir. Sənədləri poçt vasitəsilə göndərmişdir. S.Ş.Ağayev də şikayyətinin geri götürülməsi ərizəsini də poçt vasitəsilə göndərmişdir. Lakin A.R.Ə.Ə.S.M.N yanında X12 Xidməti Mil-Muğan regional şöbəsindən bildirmişlər ki, sənədlər onlara gəlib çatmamışdır. Belə olan halda A.R.Ə.Ə.S.M.N yanında X12 Xidməti Mil-Muğan regional şöbəsinin elektron ünvanına həmin sənədlər göndərilmişdir. Ondan S.Ağayev üçün ödənilən son haqq-hesab istənilmişdir. S.Ağayev xx.xx.2024-cü il tarixində əmək məzuniyyətindən qayıtmışdır. Eyni zamanda, S.Ağayevin işə qəbul olunduğu tarix xx.xx.2008-ci il, işdən çıxma tarixi xx.xx.2024-cü il olduğu üçün ona son haqq-hesab ödənilmədiyi rəsmi sənədlə bildirilmişdir. Müəllimlərin işə davamiyyət tabeli müəllimlərin əmək haqqı cədvəli istənilmişdir. Həmin sənədləri Saatlı rayon Təhsil sektorunun Maliyyə şöbəsinə təqdim etdiyi üçün onda olmadığını bildirmişdir. Həmin sənədləri Saatlı rayon Təhsil Sektorunun Maliyyə şöbəsinin sorğu göndərmələrini və əldə edə bilmədiyini bildirmişdir. Məhkəmə iclasında X8 şikayət ərizəsində göstərilən xüsusatlara uyğun izahat verərək, inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini, inzibati iş üzrə icraata xitam verilməsini və şikayət ərizəsinin təmin edilməsini xahiş etmişdir. Həmçinin o, əlavə olaraq bildirmişdir ki, X13 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. X9 ödənilməli olan əmək haqqını ödənilməsi üçün o 2-3 gün sonra sənədləri Saatlı rayon Təhsil Şöbəsinə təqdim etmişdir. Bildirir ki, sənədləri qeyri-rəsmi təqdim etmişdir. X11 əmək haqqının gec ödənilməsi onun təqsiri ucbatından baş verməmişdir. Belə ki, o sənədləri vaxtında Saatlı rayon Təhsil Şöbəsinə təqdim etmişdir. Saatlı rayon Təhsil Şöbəsinin mühasibatlığı işçinin əmək haqqını gec ödəmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Mil-Muğan regional şöbəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə 26 noyabr 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın məzmununa uyğun izahat verərək bildirmişdir ki, X9 əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində xitam verilmiş, lakin Azərbaycan Respublikası ƏMnin 172.4-cü maddəsinin tələbləri pozularaq son haqq hesab işdən çıxdığı gün ödənilməmişdir. X3 Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 700 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Göstərilənlərə əsasən o, X8 tərəfindən verilmiş şikayətin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını, şikayət ərizəsini, şikayətçinin və səlahiyyətli orqanın nümayəndəsinin izahatlarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Mil-Muğan regional şöbəsinin rəisi X10 tərəfindən 26 noyabr 2024-cü il tarixində tərtib olunmuş MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X8 tərəfindən X9 əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində xitam verilməsinə baxmayaraq, Azərbaycan Respublikası ƏM-nin 172.4-cü maddəsinin tələbləri pozularaq son haqq hesabın işdən çıxdığı gün ödənilməməsi əsas gətirilərək X6 Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmiş və barəsində 700 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. X11 məxsus "xxxx" ASC-dən götürülmüş bank hesabından çıxarışdan görünür ki, X11 156,15 manat əmək haqqı xx.xx.2024-cü il tarixdə ödənilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər; 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1-ci maddəsinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında; 134.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma haqqında qərarda bu Məcəllənin 115-ci maddəsində qeyd edilən məlumatlar göstərilir; 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə - vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 83.4-cü maddəsinə əsasən əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqqhesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. 172.4-cü maddəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X8 tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada işçiyə işdən çıxarkən ona düşən bütün ödənclərin (əmək haqqı) işdən çıxdığı gün ödənilməsi əsas gətirilərək onun Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmiş və barəsində 700 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. X2 hazırkı şikayətində və məhkəmə iclasında verdiyi izahatında X13 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilsə də, həmin tarixdə ona son haqqhesab ödənilmədiyini etiraf etmiş, lakin qeyd olunan halın onun təqsiri ucbatından baş vermədiyini, Saatlı rayon Təhsil Şöbəsinin mühasibatlığı tərəfindən son haqq-hesab verilməsinin gecikdirildiyini, hal-hazırda inzibati xəta haqqında protokolda qeyd olunan X5 haqq-hesabın ödənildiyini, sözügedən qərarın əsassız olduğunu bildirsə də, məhkəmə araşdırması zamanı sözügedən qərarın əsassız olması sübuta yetirilməmişdir. Belə ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda göstərilən qanunvericiliyin normalarından da məlum olduğu kimi, işəgötürən tərəfindən işçiyə işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün ödənilməli, X4 tərəfindən qeyd olunan tələblərə riayət olunmamış, X11 ödənilməli olan son haqq-hesab, yəni onun ödənilməli olan əmək haqqısı 16 noyabr 2024-cü il tarixindən 14 gün keçdikdən sonra ödənilmişdir. Odur ki, məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Mil-Muğan regional şöbəsi tərəfindən qəbul edilmiş 26 noyabr 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №3(055)-634/2024
Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-634/2024
23.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver