Məhkəmə qərarları › İş №3(055)-638/2024

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-638/2024

25.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-638/2024 25.12.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, İnzibati xəta haqqında protokolu tərtib etmiş Saatlı RPŞ-nin Yol patrul xidməti inspektoru, polis baş serjantı X3 İnzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Saatlı RPŞ-nin DYPB-nin nümayəndəsi X7, X1 iştirakları ilə, X5 Saatlı RPŞ-nin DYPB tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X8 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, O.Rzayev küçəsi, ev 60-də yaşayır. xx.xx.2024-cü il tarixdə saat 18:16 radələrindǝ O.Rzayev küçəsindən H.Əliyev prospektinə keçid edərkən yol polisi əməkdaşları tərəfindən saxlanılmışdır. İnzibati xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə ona 100 manat cərimə tətbiq edilmişdir. Hadisənin qısa təsvirinə gəlincə, bildirmək istəyir ki, o, yolu keçərkən yolun hər iki tərəfinə baxmışdır. Yolun sol tərəfindən maşın gəlmirdi, sağ tərəfdən isə onun rahat keçməyi üçün tam imkan vardı. Sağ tərəfdən gələn maşın uzaq məsafədə idi, sonra ona məlum olmuşdur ki, həmin maşın “miqalka”sı olmayan YPX maşınıdır. Həmin maşın arxasıyca gəlib onu saxlatdırmışdır. Kamera görüntülərinə baxış keçirmiş, orada ona aydın olmayan görüntülər olmuşdur. O, keçidi keçərkən adi normal qaydada hər gün keçdiyi kimi keçmişdir. Uzaqdan “miqalka”sı (yanıb-sönən işıqlar) yanmadan gələn polis maşını “miqalka”nı yandıraraq və siqnal verərək, onu saxlatdırmışdır. Onun sənədlərini yoxlamış və yol hərəkəti qaydalarını pozduğunu bildirmişdir. O, isə qaydanı pozmadığını və nəqliyyat vasitəsinin hərəkətinin adi bir norma olduğunu bildirmişdir. Etirazına baxmayaraq polis nəfəri tərəfindən protokol tərtib edilmiş və ona cərimə tətbiq edilmişdir. O, onlara cərimədən narazı qaldığını və şikayət edəcəyini bildirmişdir. Bu səbəbdən də Baş Dövlət Yol Polisi İdarəsinə hər gün keçib işə getdiyi Oruc Rzayev küçəsi ilə H.Əliyev prospektinin kəsişməsində qanunvericiliyə uyğun olaraq işıqforun qurulması üçün elektron qaydada müraciət ünvanlamışdır. Lakin BDYPİ-nin əməkdaşı ilə aralarında saxlanılan əlaqə zamanı onun ətraflı söhbət aparılmış və həmin ərazidə işıqforun qurulmasının məqsədəuyğun olmadığı bildirilmişdir. Kamera görüntüləri ilə tanış olmaq üçün o, Saatlı DYP-yə çağırılmışdır. Bu hadisə bazar ərazisinə yaxın yerdə olduğu və hər gün müxtəlif vaxtlarda təkrarlandığı üçün adi hal hesab etmək olar. O, narazılığını əsaslı hesab edir və YPX əməkdaşları tərəfindən göstərildiyi kimi nəqliyyat vasitəsinin idarə edilməsi zamanı normativ hüquqi tələbləri pozduğunu hesab etmir. Cərimə tətbiqini əsassız hesab edir və bu səbəbdən məhkəməyə müraciət edir. Məhkəmə iclasında X8 şikayət ərizəsində göstərdiyi xüsusatları təsdiqləyərək barəsində Saatlı RPŞ-nin DYPB tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmçinin o, əlavə olaraq bildirmişdir ki, tərəfindən heç bir inzibati xəta hadisəsi törədilməmiş və o, qərarda qeyd edilən kimi yolayrıcını keçmə qaydalarını pozmamış, yola çıxarkən hər hansı nəqliyyat vasitəsinə maneə yaratmamışdır. Lakin buna baxmayaraq barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Saatlı RPŞ-nin DYPB-nin nümayəndəsi X11 izahat verərək bildirmişdir ki, barəsində qərar çıxarılmış fiziki şəxs X5 şikayətində göstərdiyi arqumentlər tam əsassızdır. Belə ki, barəsində qərar çıxarılmış fiziki şəxs X8 12 noyabr 2024-cü il tarixdə “Kia Sorento minik” markalı **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Saatlı şəhəri O.Rzayev küçəsindən H.Əliyev prospektinə çıxarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinin İV hissəsinin tələbini pozaraq yolayrıcını keçmə qaydasını pozduğuna görə barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Beləliklə o, Saatlı RPŞ-nin DYPB-nin səlahiyyətli vəzifəli şəxsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan X8 tərəfindən verilmiş şikayətin əsassız olduğundan təmin edilməməsini və qərarın dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Saatlı RPŞ-nin DYPB Yol patrul xidməti inspektoru, polis baş serjantı X6 izahat verərək bildirmişdir ki, barəsində qərar çıxarılmış fiziki şəxs X8 12 noyabr 2024-cü il tarixdə “Kia Sorento minik” markalı **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Saatlı şəhəri O.Rzayev küçəsindən H.Əliyev prospektinə çıxarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinin İV hissəsinin tələbini pozaraq yolayrıcını keçmə qaydasını pozduğuna görə barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Beləliklə o, Saatlı RPŞ-nin DYPB-nin səlahiyyətli vəzifəli şəxsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan X8 tərəfindən verilmiş şikayətin əsassız olduğundan təmin edilməməsini və qərarın dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə şikayətçinin, inzibati xəta haqqında protokolu tərtib edən polis əməkdaşının və səlahiyyətli orqanın nümayəndəsinin izahatlarını, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: RPŞ-nin DYPB tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 12 noyabr 2024-cü il tarixdə “Kia Sorento minik” markalı **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Saatlı şəhəri O.Rzayev küçəsindən H.Əliyev prospektinə çıxarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinin İV hissəsinin tələbini pozaraq yolayrıcını keçmə qaydasını pozması əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 100 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 81.3-cü maddəsinə əsasən xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 124.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ rayon (şəhər) məhkəmələrinə aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə, bu Məcəllə ilə müəyyən olunmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilir və baxılmaq üçün məhkəməyə göndərilir. Məhkəmə inzibati xəta haqqında iş üzrə qərar qəbul etdiyi vaxtdan 3 gün müddətində onu mərkəzi informasiya sisteminə yerləşdirilməsi üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Müvafiq icra hakimiyyəti orqanı həmin qərarı daxil olduğu vaxtdan 3 gün müddətində mərkəzi informasiya sisteminə yerləşdirir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılır; 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir; 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - altmış manat məbləğində cərimə edilir. Beynəlxalq hüquq normalarının milli-hüquqi implementasiyası beynəlxalq hüququn tələblərinin milli hüquq normalarının köməyilə dövlətin ərazisində həyata keçirilməsi prosesidir. Azərbaycan Respublikası 1968-ci il tarixli «Vyana Konvensiyası»na qoşularaq ratifikasiya etdiyindən həmin konvensiya daxili qanunvericiliyin bir hissəsi hesab olunur ki, bu isə öz növbəsində beynəlxalq hüquq üçün zəruri hüquqi göstərişlər yaratmaq və hüquqi kolliziyanı aradan qaldırmaq məqsədi ilə daxili qanunvericilik aktlarının beynəlxalq qanunvericiliyin prinsip və normalarına uyğunlaşdırılmasını tələb edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X5 12 noyabr 2024-cü il tarixdə “Kia Sorento minik” markalı **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Saatlı şəhəri O.Rzayev küçəsindən H.Əliyev prospektinə çıxarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinin İV hissəsinin tələbini pozaraq yolayrıcını keçmə qaydasını pozması əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 100 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. X2 hazırkı şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən xətanı törətmədiyini və həmin protokola əsasən qəbul edilmiş qərarın əsassız olduğunu bildirsə də, məhkəmə araşdırması zamanı sözügedən qərarın əsassız olması sübuta yetirilməmişdir, həmçinin X5 barəsində inzibati tənbehin tətbiq edilməsi haqqında qərar qəbul edilərkən hər hansı pozuntuya yol verilmədiyi müəyyən edilmişdir. Bundan başqa, məhkəmə iclasında Saatlı RPŞ-nin DYPB YPX-nin xidməti avtomobilinə quraşdırılmış videokameranın qeydə aldığı görüntülərə baxış keçirlmiş, baxış zamanı müəyyən edilmişdir ki, X8 idarə etdiyi “Kia Sorento minik” markalı **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Saatlı şəhəri O.Rzayev küçəsindən H.Əliyev prospektinə çıxarkən sağ tərəfdən gələn avtobili gözləmədən yola çıxmış və nəticədə yolayrıcını keçmə qaydasını pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Saatlı RPŞ-nin DYPB tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar