Məhkəmə qərarları › İş №3(055)-639/2024

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-639/2024

16.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-639/2024 16.12.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə xx xxxxxx 1991-ci il tarixdə Saatlı rayonu Fətəlikənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Saatlı rayonu Qara Nuru kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Saatlı Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 16 dekabr 2024-cü il tarixli MN ******* nömrəli protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs Saatlı Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli 2(055)-41/2024 saylı icra sənədinə əsasən 10841 manat borcunu ödəməkdən yayınaraq icra məmurunun qanuni tələblərinə əməl etməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Saatlı Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli 2(055)- 41/2024 saylı icra sənədi üzrə “Mercedes Benz 906 KA 35 Yük” modelli, **-GP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin satışdan əldə olunan gəlirin ½ hissəsi olan 12000 manatı və "xxxx" ASC-dən götürülmüş 10000 manat kreditin ½ hissəsi olan 5000 manatı, birgə nikah dövründə əldə olunmuş cəmi 17000 manatı, iddia qaldırılarkən ödənilmiş 50 manat mediasiya xərcini, 91 manat hüquqi yardıma görə xidmət haqqını tələbkar X1 xeyrinə və ekspertiza tədqiqinin dəyəri olan 100 manatı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödəməlidir. O, icra sənədi üzrə olan birgə nikah dövründə əldə olunmuş “Mercedes Benz 906 KA 35 Yük” modelli, **-GP- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 20000 manata satmış, lakin hazırki vaxtadək tələbkara 6400 manat ödəmiş, lakin icra sənədi üzrə qalan 10841 manat borcunu ödəməmişdir. Belə ki, özünə icarəyə “Qazel” markalı maşın götürərək iş qurub qazanc əldə edərək tələbkarın borcunu qaytarmaq istəmiş, amma işi alınmamışdır. Bu səbəbdən də icra sənədi üzrə ödənilməmiş qalan 10841 manat borcunu ödəyə bilmir, hazırda da həmin borcu ödəmək iqtidarında deyildir. Ona görə də, göstərdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş X1 etibarnamə üzrə nümayəndəsi anası- Nümayəndə izahatında göstərdi ki, Saatlı Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli 2(055)-41/2024 saylı icra sənədinə əsasən Şəxs birgə nikah dövründə əldə olunmuş “Mercedes Benz” markalı avtomobili 20000 manat satmış, öz adına olmasa da, başqa şəxsin adına “Qazel” markalı maşın almış və hazırki vaxtadək də tələbkara 6400 manat pul ödəmişdir. Lakin, Şəxs aldığı “Qazel” markalı avtomobili başqa şəxsin adında olmasından istifadə edərək həmin avtomobili özü satıb punu götürmüş, qızı Gülnisə Tağıyevaya heç bir ödəniş etməmişdir. Bundan sonra tələbkar X1 çoxsaylı şikayətlərinə və icra məmurunun tələbinə baxmayaraq Şəxs müxtəlif bəhanələr gətirərək borcu ödəmir. Ona görə də, icra sənədinin icra olunmasını tələb edir. İşdə olan Saatlı Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli 2(055)-41/2024 saylı icra sənədinin surətindən görünür ki, Şəxs birgə nikah dövründə əldə olunmuş “Mercedes Benz 906 KA 35 Yük” modelli, **-GP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin satışından əldə olunan gəlirin ½ hissəsi olan 12000 manat və "xxxx" ASC-dən götürülmüş 10000 manat kreditin ½ hissəsi olan 5000 manat, cəmi 17000 manat, iddia qaldırılarkən ödənilmiş 50 manat mediasiya xərci, 91 manat hüquqi yardıma görə xidmət haqqı alınaraq tələbkar X1 xeyrinə və ekspertiza tədqiqinin dəyəri olan 100 manat alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. İşdə olan icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Saatlı Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli 2(055)-41/2024 saylı icra sənədi 24 iyun 2024-cü il tarixdə Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icraatına qəbul edilmiş və icraata başlanılmışdır. İşdə olan 24 iyun 2024-cü il tarixli bildirişdən görünür ki, Saatlı Rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclu Şəxs bildiriş göndərilərək Saatlı Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli 2(055)-41/2024 saylı icra sənədində göstərilən tələbin 10 gün müddətində icra edilməsi bildirilmişdir. İşdə olan 25 iyul 2024-cü il tarixli aktdan görünür ki, Saatlı Rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclu Şəxs Saatlı rayonu Qara Nuru kəndindəki yaşayış yerinə baxış keçirilərkən tələbin yönəldilə biləcəyi borcluya məxsus əmlakın olmaması müəyyən edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərər çəkmiş şəxsin nümayəndəsini dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Saatlı Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli 2(055)-41/2024 saylı icra sənədi üzrə borclu Şəxs tərəfindən icra məmurunun qanuni tələbləri yerinə yetirilməmiş və hazırki vaxtadək icra sənədi üzrə 10841 manat borc ödənilməmiş qalmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanı törətməsi özünün etirafı, zərər çəkmiş şəxsin nümayəndəsinin izahatı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alıb ona cərimə cəzasının tətbiqini kifayət saymayaraq barəsində müəyyən müddətə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təyin ediləcək inzibati həbs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan, yəni bir ayadək müddətə inzibati həbsin dörddə birindən az olmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli bu gündən, yəni 16 dekabr 2024-cü il tarixdən saat 17:00 dəqiqədən hesablansın. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar