Məhkəmə qərarları › İş №3(055)-644/2024

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-644/2024

19.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-644/2024 19.12.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Protokol tərtib etmiş şəxs X2, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxx 1977-ci ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, "xxxx" ASC-də mexanik işləyən, Saatlı rayonunun Əhmədbəyli kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Saatlı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 20 dekabr 2024-cü il tarixli MN ******* nömrəli protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs 27 oktyabr 2024-cü il tarixdə Saatlı rayonunun Əhmədbəyli kəndində bacısı oğlu Zərərçəkmiş şəxs döymüşdür. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş X4 göstərdi ki, polis sahə rəisi vəzifəsində işləyir. Şəxs 27 oktyabr 2024-cü il tarixdə Saatlı rayonunun Əhmədbəyli kəndində şəxsi münasibətlər zəminində bacısı oğlu Zərərçəkmiş şəxs döymüşdür. Bu səbəbdən də tərəfindən Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, hazırda ailə üzvləri ilə birlikdə Bakı şəhərində yaşayır. 26 oktyabr 2024-cü il tarixdə sinif yoldaşının övladının toy mərasimində iştirak etmək üçün Saatlı rayonuna gəlmişdir. 27 oktyabr 2024-cü il tarixdə isə xəstə atasını ziyarət etmək üçün ata evinə getmişdir. Həyətdə atası ilə görüşüb söhbət edərkən bacısı oğlu Zərərçəkmiş şəxs ona yaxınlaşıb həyətdən çıxmağı tələb etmiş və üzərinə hücum edib yumruq və təpik atmışdır. O da həmin vaxt əsəbiləşib özünü müdafiə etmək məqsədilə Mehdinin sinəsindən itələmiş və sonuncu yerə yıxılmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs döyməmiş, vurmamışdır.Güman edir ki, Mehdi həmin vaxt xəsarət almışdır. Əməlindən peşmandır. Zərərçəkmiş şəxslə barışmaq istəyir. Sonda məhkəmədən ona köməklik olunmasını xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs qanuni nümayəndəsi X1 iştirakı ilə izahat verərək göstərdi ki, Şəxs onun dayısıdır. 27 oktyabr 2024-cü il tarixdə bacıları ilə birlikdə babasına məxsus evdə olarkən səs gəldiyini görüb həyətə düşmüş və bu zaman dayısı Şəxs həyətə gəldiyini görüb ona yaxınlaşıb nə üçün gəldiyini soruşmuşdur. Bu zaman Bayram onun yaxasından tutub sifət nahiyəsinə yumruqla vurmuş və onu yerə çırpmışdır. Nəticədə xəsarətlər almışdır. Hazırda Şəxs ilə barışmamış və ondan şikayətçidir. İş materiallarına əlavə olunmuş 25 noyabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Saatlı Rayon Polis Şöbəsinin İTB-yə verilməsi qərara alınmışdır. İşdə olan məhkəmə-tibbi ekspertizasının 28 oktyabr 2024-cü il tarixli, 259 saylı rəyindən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər burnun tinində, sağ çiyin qurşağı proyeksiyasında, sağ əlin üst səthində sıyrıqlar, sağ təpə alın nahiyəsində, boynun sol yan səthində qançırlar küt əşyanın/əşyaların təsirindən əmələ gəlmişdir. Əmələ gəlmə müddəti 27 oktyabr 2024-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Xəsarətlər müayinə olunanın göstərdiyi şəraitdə əmələ gələ bilərdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin dispozisiyasına görə döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərərçəkmiş şəxsə xəsarət yetirməməsi barədə göstərdiklərini məhkəmə özünümüdafiə kimi qiymətləndirir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun inzibati xətanı yetkinlik yaşına çatmayan şəxsə qarşı törətməsi onun məsuliyyətini ağırlaşdıran haldır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal hesab edirəm. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halların olmasını və təqsirinin dərəcəsini nəzərə alıb barəsində inzibati cərimə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 350 (üç yüz əlli) manat məbləğində cərimə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar