Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-646/2024 20.12.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X3, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1968-ci ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Saatlı rayonu Azadkənd kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Saatlı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 20 dekabr 2024-cü il tarixli MN ******* nömrəli protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs 05 noyabr 2024-cü il tarixdə Saatlı rayonu Azadkənd kəndində kəndlisi Zərərçəkmiş şəxs döymüşdür. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş X6 göstərdi ki, polis sahə rəisi vəzifəsində işləyir. Şəxs 05 noyabr 2024-cü il tarixdə Saatlı rayonu Azadkənd kəndində yaşayan Zərərçəkmiş şəxs döymüşdür. Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş və barəsində İXM-nin 157-ci maddəsi inzibati qaydada tədbir görülməsi üçün qərar Saatlı RPŞ-nin İTB-nə göndərilmişdir. Qərar əsasında onun tərəfindən Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, Saatlı rayonu Azadkənd kəndində yaşayır. Saatlı rayon Azadkənd kəndində yerləşən Lenin adına su kanalından həyətyanı sahəsinə şəxsi olaraq su kanalı çəkmişdir. X1 və oğlu Zərərçəkmiş şəxs həmin kanaldan icazə verməmişdir ki, həyətinə su aparsın. xx.xx.2024-cü il tarixdə təxminən 14 radələrində Qurbanov Savadxan və oğlu Zərərçəkmiş şəxs onun yaşadığı ünvana gələrək ondan icazəsiz öz həyətyanı sahəsinə suyu açmışlar. O, onlara, “məndən icazəsiz suyu açmayın” demişdir. Bu səbəbdən aralarında mübahisə yaranmış, onu vurmaq istəmişlər, lakin o, geri çəkildiyi üçün vura bilməmişlər. Savadxan da oğlu Sərxan onu və ailə üzvlərini söyüb təhqir etmişlər. Həmin vaxtı o, Zərərçəkmiş şəxs sillə ilə vuraraq döyməmişdir. Sonda iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Saatlı rayon Azadkənd kəndində yaşayan qonşusu və dayısı olan X2 ilə 21 ildir ki, aralarında həyətyanı sahələrini suvarmaq üstündə mübahisələri vadır. Dayısı Maqudun yaşadığı ünvandan həyətyanı sahəsindən su kanalı keçir. Həmin su kanalından onun həyətyanı sahəsin su gəlir. xx.xx.2024-cü il tarixdə saat təxminən 09 radələrində Maqsudun həyətinə atası X4 ilə bir yerdə gedərək suyu açmışlar ki, həyətyanı sahəsində əkdiyi arpanı suvarsınlar. Dayısı Maqsud həmin suyu bağlamış, o, bir daha suyu açmışdır. Bundan sonra dayısı suyu birdə bağlamış, o, arpanı suvara bilməmişdir. Bu vaxt dayısı Maqsuda, “suyu bağlama arpanı suvarıram” demişdir. Bu səbəbdən aralarında mübahisə yaranmış, dayısı Maqsud onu və ailə üzvlərinu söyüb təhqir edərək üstünə cumub sillə ilə sağ sifət nahiyəsinə bir dəfə vurmuşdur. Bundan sonra o, bu barədə DiN-nin 102 xidmətinə məlumat vermişdir. Hazırda Maqsuddan şikayətçidir. Lakin onun həbs olunmasını istəmir. İş materiallarına əlavə olunmuş 16 noyabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Saatlı rayon Polis Şöbəsinin İTB-yə verilməsi qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyinin 06 noyabr 2024-cü il tarixli 263 saylı rəyindən görünür ki, 1984-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi ekspertizasına əsasən və ilk məlumatı nəzərə alıb aşağıdakı nəticəyə gəlirəm. Müayinə zamanı aşkar edilmiş xəsarətlər-üst dodaqda səthi yara, qansızma küt əşyanın təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2024-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Xəsarətlər müayinə olunanın göstərdiyi şəraitdə əmələ gələ bilərdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin dispozisiyasına görə döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanı törətməsi zərərçəkmiş şəxslərin izahatı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alıb barəsində inzibati cərimə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(055)-646/2024
Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-646/2024
20.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver