Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-649/2024 23.12.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə 22 avqust 1985-ci il tarixdə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Saatlı rayonu Mircəlalkənd kəndində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Saatlı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 23 dekabr 2024-cü il tarixli MN ******* nömrəli protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, 22 sentyabr 2024-cü il tarixdə Saatlı rayonu Mircəlalkənd kəndində Şəxs təmiz çəkisi 1,19 qram narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan özü istifadə etmək məqsədi ilə əldə edərək üstündə saxlamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, 2-3 ildir narkotik vasitə olan qurudulmuş marixunadan istifadə edir. 22 sentyabr 2024-cü il tarixdə həmkəndlisi Allahşükür Abdullayevdən bir ədəd polietilen kəsiyi bükümündə olan qurudulmuş marixunanı 50 manata almış, iki gün müddətində həmin marixuanadan özü istifadə etmiş, qalan az miqdarda marixaunanı isə üstündə saxlamışdır. Lakin, yaşadığı Saatlı rayonu Mircəlalkənd kəndində olarkən Saatlı RPŞ-nin əməkdaşları tərəfindən saxlanıldıqdan sonra özü könüllü olaraq Allahşükür Abdullayevdən aldığı və üstündəki narkotik vasitə olan qurudulmuş marixunanı polis əməkdaşlarına təqdim etmişdir. Hazırda böyük uşağının nişanlı olmasının və gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verməsinin nəzərə alınaraq ona cərimə cəzasının verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 30 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Saatlı rayon Polis Şöbəsinin İTB-nə verilməsi qərara alınmışdır. Həmçinin həmin qərarda qeyd edilmiş məhkəmə-bioloji ekspertizasının 26 sentyabr 2024-cü il tarixli 18/828 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “..Şəxs üzərində...” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi-1,19 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın ekspert tədqiqatı nəticəsində qalıq qalmış 1,17 qramı işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduğundan iş üzrə maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Saatlı RPŞ-yə məsul saxlanışa verilmişdir. İş materiallarında olan Saatlı Rayon Polis Şöbəsinin 23 dekabr 2024-cü il tarixli, 102/2- 18096 saylı arayışından görünür ki, Saatlı rayonu Mircəlalkənd kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Şəxs son bir il ərzində inzibati məsuliyyətə cəlb olunmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 22 sentyabr 2024-cü il tarixdə Saatlı rayonu Mircəlalkənd kənd sakini Şəxs yaşadığı kənddə, həmkəndlisi Allahşükür Abdullayevdən bir ədəd polietilen kəsiyi bükümündə olan qurudulmuş marixunanı satış məqsədi olmadan özü istifadə etmək məqsədi ilə 50 manata aldıqdan sonra bir hissəsindən istifadə etmiş, Saatlı rayon polis əməkdaşları tərəfindən 24 sentyabr 2024-cü il tarixdə saxlanıldıqdan sonra üstündə saxladığı qalan az miqdarda hissəsini, yəni təmiz çəkisi 1,19 qramını könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ nömrəli Qanununa, həmin qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 21 noyabr 2023-cü il tarixli, 961-İİQ nömrəli Qanununa və həmin qanunlarla təsdiq edilmiş 1ci siyahıya əsasən qurudulmuş marixuananın (kannabisin) xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 5 qramdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanunsuz olaraq satış məqsədi olmadan əldə etdiyi və saxladığı narkotik vasitə olan qurudulmuş marixuananın (kannabisin) təmiz çəkisi 5 qramdan az olmuşdur, yəni aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananın (kannabisin) çəkisi xeyli miqdardan az olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin dispozisiyasına görə qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibi yaranır. Həmin Məcəllənin 206-cı maddəsinin qeyd hissəsinin ikinci bəndinə əsasən bu maddədə “az miqdarda” dedikdə, narkotik vasitələrin və psixotrop maddələrin müvafiq qanunla müəyyən edilmiş xeyli miqdarından aşağı miqdar başa düşülür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanı törətməsi özünün etirafı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alıb cərimə cəzasının tətbiqini kifayət saymayaraq barəsində müəyyən müddətə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilməsi müəyyən olunub. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təyin ediləcək inzibati həbs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan, yəni iki ayadək müddətə inzibati həbsin dörddə birindən az olmamalıdır. İş üzrə maddi sübut olan və Saatlı rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan və təmiz çəkisi 1,17 qram qurudulmuş marixuana məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: 22 avqust 1985-ci il tarixdə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Saatlı rayonu Mircəlalkənd kəndində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək bir ay müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli bu gündən, yəni 23 dekabr 2024-cü il tarixdən saat 13:00 dəqiqədən hesablansın. İş üzrə maddi sübut olan və Saatlı rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan və ümumi təmiz çəkisi 1,17 qram qurudulmuş marixuana məhv edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №3(055)-649/2024
Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-649/2024
23.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver