Məhkəmə qərarları › İş №3(055)-656/2025

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-656/2025

18.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-656/2025 18.08.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X6, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X5 Xidməti 6 saylı X3 nümayəndəsi X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs «Saatlı Rayon Mərkəzi Xəstəxanası» X13 (bundan sonra – “Saatlı RMX” PHŞ) nümayəndəsi X2 iştirakı ilə, “Saatlı RMX” PHŞ-in barəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X5 Xidməti 6 saylı X1 daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, Müəyyənetdi: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 28 iyul 2025-ci il tarixli MN ******* nömrəli protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, “Saatlı RMX” PHŞ 16-28 iyul 2025-ci il tarixdə xəstəxanada formalaşan maye tullantılarının kənara təyinatsız axıdılması nəticəsində “Saatlı RMX” PHŞ tərəfindən Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclası zamanı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X5 Xidməti 6 saylı X3 nümayəndəsi X9 izahatında göstərdi ki, idarə tərəfindən aparılan nəzarət tədbiri zamanı əraziyə baxış keçirilərkən “Saatlı RMX” PHŞ-nin fəaliyyəti zamanı formalaşan maye tullantılarının boru vasitəsilə yaxınlıqdakı xəndəyə axıdılması və nəticədə Azərbaycan Respublikası Su Məcəlləsinin tələblərinin pozulduğu aşkar edildiyindən idarənin əməkdaşları tərəfindən “Saatlı RMX” PHŞ barəsində Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol qanuni və əsaslıdır. Odur ki, “Saatlı RMX” PHŞiin İXM-nin 262.2.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs «Saatlı Rayon Mərkəzi Xəstəxanası» X13 nümayəndəsi X7 izahatında göstərdi ki, “Saatlı RMX” PHŞ-də tullantı suların axıdılması üçün rayon üzrə kanalizasiya sistemi olmadığı üçün hal-hazırda xəstəxanada mövcud olan mərkəzləşdirilmiş kanalizasiya sistemi vasitəsilə rayonun yaxın ətrafda olan yaşayış binalarını və həyət evlərinin tullantı suların axıdıldığı drenaj sisteminə axıdılır. Eyni zamanda, tullantı suların axıdılması üçün şambo və təmizləyici qurğunun tikilməsinə və quraşdırılmasına görə "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X13 "İnnovasiya və Təchizat Mərkəzi" X13ə müraciət edilmişdir. Növbəti ildə vəsait ayrılacağı halda şambo və təmizləyici qurğu tikiləcəkdir. İşdə olan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X5 Xidməti 6 saylı X3 28 iyul 2025-ci il tarixli, 001213 saylı aktından görünür ki, əraziyə baxış keçirilməsi zamanı “Saatlı RMX” PHŞ-nin fəaliyyəti zamanı formalaşan maye tullantılarının boru vasitəsilə yaxınlıqdakı xəndəyə axıdılması müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası “TƏBİB” PHŞ “Saatlı RMX” PHŞ-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, “Saatlı RMX” PHŞ-nin fəaliyyəti zamanı formalaşan maye tullantılar boru vasitəsilə yaxınlıqdakı drenaj sisteminə axıdılır. İşdə olan videogörüntülərin əks olunduğu diskə baxış keçirilməsi zamanı “Saatlı RMX” PHŞ-nin fəaliyyəti zamanı formalaşan maye tullantılarının boru vasitəsilə yaxınlıqdakı xəndəyə axıdılması müəyyən edilmişdir. Məhkəmə protokol tərtib etmiş orqanın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsini dinləyib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə hesab edir ki, “Saatlı RMX” PHŞ Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən tullantı suları - istehlakçıların istifadə edərək çirkləndirdiyi sular, sənaye texnologiyası ilə əlaqədar olaraq çirklənmiş sular, həmçinin yaşayış məntəqəsində insanların fizioloji qalıqları (ifraz maddələri) ilə qarışmış mayelər, baş vermiş qəzalar zamanı ətraf mühitə və kanalizasiya sisteminə atılan şərti təmiz sulardır. Azərbaycan Respublikası Su Məcəlləsinin 103-cü maddəsinə əsasən su kəmərlərindən, kanallardan və digər su sistemlərindən özbaşına su götürdükdə, habelə içməli, məişət, texniki və tullantı suları kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıtdıqda vəzifəli şəxslər, fiziki və hüquqi şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, maddi, inzibati və cinayət məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 1.2.5-ci bəndinə əsasən tullantı suları istehlakçıların istifadə edilərək çirkləndirdiyi, sənaye texnologiyası ilə əlaqədar olaraq çirklənmiş sular, həmçinin yaşayış məntəqəsində insanların fizioloji qalıqları (ifraz maddələri) ilə qarışmış mayelər, baş vermiş qəzalar zamanı ətraf mühitə və kanalizasiya sisteminə atılan şərti təmiz sulardır. Həmin Qaydaların 9.1-9.2-ci bəndlərinə əsasən tullantı suları yalnız kanalizasiya şəbəkəsi vasitəsilə axıdılmalıdır. İstehsalat tullantı sularının axıdılmasına aid məsələlərin həlli hər bir halda STKM (su təchizatı və kanalizasiya müəssisəsi) tərəfindən təmin olunmalıdır. Şərti təmiz sular təsərrüfat-məişət kanalizasiya sisteminə STKM ilə bağlanılmış müqaviləyə əsasən və kanalizasiya şəbəkələrinin və təmizləyici qurğularının gücü, həmçinin axıdılan suyun həcmi nəzərə alınmaqla axıdıla bilər Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsinə görə içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, qanunla maye tullantıların kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılması qadağan olunmuş və buna görə məsuliyyət nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə müəyyən olunduğu kimi qanunun göstərilən tələbi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan «“Saatlı RMX” PHŞ tərəfindən pozulmuşdur, yəni “Saatlı RMX” PHŞ-nin fəaliyyəti zamanı formalaşan maye tullantılarının axıdılması ilə əlaqədar su təchizatı və kanalizasiya müəssisəsi ilə hər hansı müqavilənin bağlanması və həmin suların kanalizasiya şəbəkəsi vasitəsilə axıdılması halları aşkar olunmamış, əksinə qanunvericiliyin tələbləri pozularaq həmin tullantı sularının boru vasitəsilə yaxınlıqdakı xəndəyə axıdılması təsdiq olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs “Saatlı RMX” PHŞiin qeyd olunan inzibati xətanın törədilməsində təqsiri tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs “Saatlı RMX” PHŞ-in məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs «“Saatlı RMX” PHŞ haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, təqsirinin dərəcəsini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimənin aşağı həddinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, Qəraraaldı: «Saatlı Rayon Mərkəzi Xəstəxanası» X15 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə təqsirli bilinərək 2000 (iki min) manat məbləğində cərimə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar