Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-659/2023 07.06.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X7, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X3 və onun qanuni nümayəndəsi X1 iştirakı ilə xx.xx.1989-cu ildə Saatlı rayonunun Krasnoselski kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Saatlı rayon Soltanabad kəndində qeydiyyatda olmaqla Saatlı rayonunun Qara Nuru kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Saatlı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 07 iyun 2023-cü il tarixli MN ******* nömrəli protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs 07 may 2023cü il tarixdə Saatlı rayonunun Qara Nuru kəndində X5 döymüşdür. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, o, 07 may 2023-cü il tarixdə yaşadıqları Saatlı rayonunun Qara Nuru kəndində evdə olduğu zaman oğlu X2 oynayarkən aralarında mübahisə olmasını eşidib onlara yaxınlaşaraq Əlican Turalı döydüyündən Əlicanı tənbeh etmək məqsədilə qulağını burmuş, lakin döyməmişdir.Bunu eşidən Əlicanın anası Səadət onun barəsində polisə şikayət etmişdir. Əlicanın qulağını bursa da, onu vuraraq döymədiyini bildirərək bu halın nəzərə alınmasını və ona köməklik edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 qanuni nümayəndəsi X1 iştirakı ilə dindirilərkən izahatında göstərdi ki, 07 may 2023-cü il tarixdə Saatlı rayonunun Qara Nuru kəndində küçədə uşaqlarla oynayarkən onunla həmyaşıd olan Tural onun ünvanına nalayiq sözlər dediyi üçün Turalın əlindən tutaraq sıxdığı zaman Tural ağlamışdır. Bundan sonra Turalın anası Günay ona yaxınlaşaraq qulağından tutaraq burmuş və baş nahiyəsinə bir dəfə sillə ilə vurmuş, o da bu barədə anası Səadət demişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 qanuni nümayəndəsi X6 izahatında göstərdi ki, 07 may 2023-cü il tarixdə Saatlı rayonunun Qara Nuru kəndində oğlu Əlican küçədə oynayarkən Tural oğlunun ünvanına nalayiq ifadələr işlətdiyi üçün oğlu Əlican Turala yaxınlaşaraq onun əlindən tutub sıxmış, bu zaman Tural ağlamışdır. Bundan sonra Turalın anası Günay onun oğlu Əlicana yaxınlaşaraq qulağından tutaraq burmuş və baş nahiyəsinə bir dəfə sillə ilə vurmuşdur. Oğlu Əlican bu barədə ona dedikdən sonra o, Günay barəsində polisə şikayət etmişdir. Hazırda Şəxs şikayətçidir. İş materiallarına əlavə olunmuş 15 may 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Saatlı Rayon Polis Şöbəsinin İTB-nə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyinin 08 may 2023-cü il tarixli 124 saylı rəyindən görünür ki, X4 müayinə zamanı aşkar edilmiş xəsarətlər – alın nahiyəsində, sağ qulağın xarici seyvanının sırğalıq hissəsində qançırlar küt əşyanın /əşyaların/ təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri 07 may 2023-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarına əlavə olunmuş 07 iyun 2023-cü il tarixli arayışdan görünür ki, Şəxs son bir il ərzində inzibati məsuliyyətə cəlb olunmamışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin dispozisiyasına görə döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanı törətməsi işdə iştirak edən şəxslərin izahatı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs himayəsində azyaşlı uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hal olaraq qəbul edir. İnzibati xətanın yetkinlik yaşına çatmayan şəxsə qarşı törədilməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran haldır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alıb barəsində inzibati cərimə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(055)-659/2023
Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-659/2023
07.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver