Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-663/2025 06.08.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1996-cı ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Saatlı rayonu Xanlarkənd kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Saatlı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 06 avqust 2025-ci il tarixli MN ******* nömrəli protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs 19 iyun 2025ci il tarixdə Saatlı Rayon Məhkəməsinin qarşısında keçmiş qaynatası Zərərçəkmiş şəxs qəsdən döymüşdür. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş X2 göstərdi ki, polis sahə rəisi vəzifəsində işləyir. Şəxs 19 iyun 2025-ci il tarixdə Saatlı rayon Məhkəməsinin qarşısında keçmiş qaynatası Zərərçəkmiş şəxs qəsdən döymüşdür. Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş və barəsində İXM-nin 157-ci maddəsi inzibati qaydada tədbir görülməsi üçün qərar Saatlı RPŞ-nin İTB-nə göndərilmişdir. Qərar əsasında onun tərəfindən Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə onu Saatlı Rayon Məhəkməsinə övladı ilə görüşlə bağlı məhkəmə prosesinə baxılmışdır. Həmin vaxtı zalda mübahisə yaranmışdır. Prosesdən sonra onlar binadan çıxmış və məhkəmənin qarşısında küçdə olarkən keçmiş qaynatası Zərərçəkmiş şəxs onun anası Zenfira Rzayevanın üzərinə gələrək onu təhqir etmiş və sağ qolundan tutaraq dartmışdır. Həmin vaxt o, onlara yaxınlaşıb anası Zərərçəkmiş şəxs əlindən almış və bundan sonra anası Zenfira Rzayeva bu barədə Azərbaycan Respublikası DİN-in «102» xidmətinə müraciəti etmiş və Saatlı RPŞ-nə ərizə ilə müraciət etmişdir. Həmin vaxtı o, keçmiş qayınatası Zərərçəkmiş şəxs bağazandan tutmamış, onu vurmamışdır. Sonda iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə qızının müraciəti ilə bağlı onları Saatlı Rayon Məhkəməsinə çağırmışlar. Məhkəmədən çıxarkən qızının keçmiş əri Anar onların əyləşdiyi avtomobilə yaxınlaşaraq əlini pəncəədən içəri salmış və onun boğazından yapışmış, təpiklə avtomobilin sol hisəsinə vurmuşdur. Bundan sonra o, avtomobildən yerə düşmüş və qızının keçmiş əri Anar tərəfindən döyülməsi barədə Azərbaycan Respublikası DİN-in «102» xidmətinə məlumat vermişdir. Daha sonra yaşadığı evə polis əməkdaşları gəlmiş, bununla bağlı ərizə ilə müraciət etmişdir. Şəxs ilə barışmamışdır. Ona inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş edir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyinin 19 iyun 2025-ci il tarixli 107 saylı rəyindən görünür ki, 1976-cı il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi ekspertizasına əsasən və ilk məlumatı nəzərə alıb aşağıdakı nəticəyə gəlirəm. a/ Müayinə zamanı akar edilmiş xəsarət boynun sol yan səthində qançır küt əşyanın təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2025-ci il tarixə uyğun gəlir, sağlamlığa zərrə vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Xəsarət müayinə olunanın göstərdiyi şəraitdə əmələ gələ bilərdi. İş materiallarına əlavə olunmuş 30 iyun 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Saatlı rayon Polis Şöbəsinin İTB-yə verilməsi qərara alınmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin dispozisiyasına görə döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanı törətməsi zərərçəkmiş şəxslərin izahatları, ekspert rəyləri, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alıb barəsində inzibati cərimə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir
Məhkəmə qərarları › İş №3(055)-663/2025
Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-663/2025
06.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver