Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 3(055)-674/2025 08.08.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, 03 may 2025-ci il tarixli 27716022 saylı inzibati tənbeh vermə haqqında qərardan X2 tərəfindən verilmiş şikayətə baxaraq, Müəyyən e t d i m: X2 tərəfindən məhkəməyə daxil olmuş inzibati tənbeh vermə haqqında qərardan şikayətdə göstərilmişdir ki, 03 may 2025-ci il tarixdə Binə Ticarət Mərkəzinin qarşısında 80 manat cərimə edilmişdir. İşin baxılmağa hazırlanması zamanı inzibati xəta haqqında toplanmış materialları tədqiq edərək hesab edirəm ki, 03 may 2025-ci il tarixli 27716022 saylı inzibati tənbeh vermə haqqında qərardan X2 tərəfindən verilmiş şikayət geri qaytarılmalıdır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması qərardad qəbul edilir. İşin baxılmağa hazırlanması zamanı müəyyən olundu ki, şikayət natamam yazılmış, hansı orqanın və vəzifəli şəxsin qərarından şikayət verilməsi göstərilməmiş, şikayət verilən qərarın surəti şikayətə əlavə edilməmişdir. Həmçinin də, “Asan Pay” ödəniş portalından axtarış aparılarkən şikayətdə qeyd olunan 03 may 2025-ci il tarixli 27716022 nömrəli protokol (qərar) aşkar edilmədi. Buradan da göründüyü kimi, işin baxılmağa hazırlanması zamanı sənədlərdə natamamlıqlar və ziddiyyətlər aşkar olunmuş və həmin materialların tamamlanaraq məhkəmənin icraatına qəbul edilməsi qeyri-mümkün olmuşdur. Odur ki, 03 may 2025-ci il tarixli 27716022 saylı inzibati tənbeh vermə haqqında qərardan X2 tərəfindən verilmiş şikayət X1 qaytarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 may 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məsəlləsinin 109, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: 03 may 2025-ci il tarixli 27716022 saylı inzibati tənbeh vermə haqqında qərardan X2 tərəfindən verilmiş şikayət geri qaytarılsın. Qərardaddan apellyasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №3(055)-674/2025
Saatlı Rayon Məhkəməsi Qərardad — İş №3(055)-674/2025
08.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver