Məhkəmə qərarları › İş №3(055)-675/2023

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-675/2023

22.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-675/2023 22.06.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5, Protokol tərtib etmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1967-ci ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Saatlı rayonunun Leninkənd kəndində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta törətməsinə dair Saatlı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Şəxs 21 iyun 2023-cü il tarixdə təxminən saat 13:00 radələrində Saatlı Rayon Məhkəməsinin inzibati binasında uca səslə nalayiq söyüşlər söymüşdür. Buna görə də Şəxs barəsində İXM-in 510-cu maddəsi ilə inzibati xəta haqqında 22 iyun 2023-cü il tarixli MN ******* saylı protokol tərtib olunmuşdur. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş X4 göstərdi ki, polis sahə rəisi vəzifəsində işləyir. Şəxs 22 iyun 2023-cü il tarixdə saat təxminən 13:00 radələrində Saatlı Rayon Məhkəməsinin inzibati binasında uca səslə nalayiq söyüşlər söymüşdür. Bununla əlaqədar Saatlı Rayon Məhkəməsinin inzibati binasında mühafizə xidmətini həyata keçirən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin Sabirabad rayonlararası Mühafizə Şöbəsinin əməkdaşı polis serjantı X6 raportla Saatlı Rayon Polis Şöbəsinə müraciət etmişdir. Bundan sonra tərəfindən Şəxs barəsində İXM-in 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs izahatında göstərdi ki, özünü təqsirli bilir. 22 iyun 2023-cü il tarixdə Saatlı Rayon Məhkəməsində qızı X2 məhkəmə prosesi olmuş, məhkəmə prosesinin nəticəsindən narazı qaldığı üçün hirslənmiş və uca səslə nalayiq söyüşlər söymüşdür. Etdiyi hərəkətlərə görə peşmandır. Sonda məhkəmədən ona köməklik olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid X6 izahatında bildirdi ki,22 iyun 2023-cü il tarixdə saat təxminən 16:00 radələrində Saatlı Rayon Məhkəməsinin inzibati binasında mühafizə xidmətini həyata keçirən zaman keçirilən məhkəmə prosesində tərəf olan X2 atası Şəxs məhkəmə qətnaməsinə etiraz etmiş və uca səslə nalayiq ifadələr işlətmişdir. Ona görə də, Saatlı RPŞ-yə raportla müraciət etmiş və Şəxs barəsində İXM-in 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında şahid X8 və X7 da digər şahid X3 izahatına uyğun izahat verdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, şahidləri, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək və iş materiallarını tədqiq edərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməllər düzgün olaraq İXM-in 510-cu maddəsi ilə tövsif olunmuşdur. Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar yoxdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. İnzibati xəta haqqında işin məhkəmə iclasında tədqiq olunmuş hallarını, habelə Şəxs İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İşin hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində İXM-in 510-cu maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbs etmənin əvvəli 22 iyun 2023-cü il tarixdən saat 13:15 dəqiqədən hesablansın. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar