Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-676/2023 22.06.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxx 1988-ci il tarixdə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Saatlı rayonu, Smadakənd kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Saatlı Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq , məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 22 iyun 2023-cü il tarixli MN ******* nömrəli protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs Saatlı Rayon Məhkəməsinin 20 fevral 2012-ci il tarixli 2(055)-22/2012 saylı icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərinə əməl etməmiş və hazırda üzərində ödənilməmiş 27000 manat borc qalmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Saatlı Rayon Məhkəməsinin 18 yanvar 2012-ci il tarixli 2(055)-22/2012 saylı qətnaməsi üzrə verilmiş 20 fevral 2012-ci il tarixli icra sənədinə əsasən 48000 manat borcun, iddia qaldırılarkən ödənilmiş 20 manat dövlət rüsumunun, cəmi 48020 manat pul ondan alınıb tələbkar X1 verilməlidir. O, 3-4 il bundan əvvəl borcundan 21100 manatın tələbkara qaytarmış, həmin vaxt tələbkarla aralarında razılaşma olduğundan icra sənədinin icrası dayandırılmış, lakin tələbkar 2023-cü ilin fevral ayından yenidən ondan qalan 26900 manat borcunu tələb etməyə başlamışdır. O, heç bir yerdə işləmədiyindən, pensiya almadığından və borca yönəldiləsi əmlakı olmadığından 26900 manat borcunu ödəmək iqtidarında deyildir. Ona yenidən tələbkarla danışıb razılığa gəlmək üçün 10 gün vaxt verilərsə tələbkarla razılığa gələ bilər. Ona görə də göstərdiklərinin nəzərə alınıb ona köməklik edilməsini məhkəmədən xahiş etdi. İşdə olan icraata başlama haqqında 08 fevral 2023-cü il tarixli qərardan və bildirişdən görünür ki, Saatlı Rayon Məhkəməsinin 20 fevral 2012-ci il tarixli 2(055)-22/2012 saylı icra sənədi üzrə icraata başlanılmış və borclu Şəxs 10 gün müddətində icranı könüllü təmin etmək üçün bildiriş göndərilmişdir. İşdə olan 10 aprel 2023-cü il tarixli borclu Şəxsun izahatından və aktdan görünür ki, Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən borclu Şəxs qalan borcunu qaytarmadığı halda məsuliyyət daşıyacağı izah edilmiş və Şəxs yaşadığı ünvanda tələbin borca yönəldilə biləcəyi hər hansı əmlak müəyyən edilməmişdir. İşdə olan Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Elşən Məmmədovun 22 may 2023-cü il tarixli xəbərdarlığından və 30 may 2023-cü il tarixli borclunun məcburi gətirilməsi haqqında qərarından görünür ki, Saatlı Rayon Məhkəməsinin 20 fevral 2012-ci il tarixli 2(055)-22/2012 saylı icra sənədi üzrə borclu Şəxs qalan 27000 manat borcun qaytarılması üçün son xəbərdarlıq edilmiş və borclu Şəxs məcburi qaydada Saatlı Rayon İcra və Probasiya Şöbəsinə gətirilməsi qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən edilmiş sosial müavinət və təqaüd haqqında arayışdan görünür ki, Şəxs sosial müavinət və təqaüd alması barədə məlumat mövcud deyildir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Saatlı Rayon Məhkəməsinin 20 fevral 2012-ci il tarixli 2(055)-22/2012 saylı icra sənədi üzrə cəmi 48020 manat borcdan borclu Şəxs tələbkar X1 21000 manat ödəmiş, qalan borcunu isə ödəməkdən yayınaraq icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, bununla bağlı borclu Şəxs icra məmurunun məcburi gətirmə qərarı əsasında Saatlı Rayon İcra və Probasiya Şöbəsinə gətirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri özünün etirafı, zərər çəkmiş şəxsin izahatı tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alıb ona cərimə cəzasının tətbiqini kifayət saymayaraq barəsində müəyyən müddətə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təyin ediləcək inzibati həbs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan, yəni bir ayadək müddətə inzibati həbsin dörddə birindən az olmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli bu gündən, yəni 22 iyun 2023-cü il tarixdən saat 13:00 dəqiqədən hesablansın. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(055)-676/2023
Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-676/2023
22.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver