Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-677/2025 11.08.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, xx xxxxxx 1965-ci il tarixdə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Saatlı şəhəri Cavanşir küçəsi, ev 13-də qeydiyyatda və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Saatlı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M ü ə y y ə n e t d i m: Məhkəməyə daxil olmuş 08 avqust 2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolda və əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs 20 aprel 2025-ci il tarixdə “VAZ 21013” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanı törətdiyi üçün EQ 27440721 nömrəli protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1ci maddəsi ilə 50 manat cərimə olunması barədə qərarı qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 53.8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İş materiallarına əlavə edilmiş elektron məhkəmə informasiya sistemində olan məlumatdan görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs 03 aprel 2021-ci il tarixdə vəfat etmişdir. İXM-nin 109.2-ci maddəsinə görə bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53 və 109-cu maddələrini rəhbər tutaraq, Qəraraaldım: Şəxs barəsində 08 avqust 2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Saatlı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Qərardan apellyasiya şikayəti və ya protesti verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №3(055)-677/2025
Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-677/2025
11.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver