Məhkəmə qərarları › İş №3(055)-68/2023

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-68/2023

03.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-68/2023 03.02.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X6, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X5 iştirakı ilə, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X9 tərəfindən qəbul edilmiş 18 noyabr 2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X9 tərəfindən qəbul edilmiş 18 noyabr 2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinərək 1000 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X6 izahatında göstərdi ki, barəsində olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X9 tərəfindən qəbul edilmiş 18 noyabr 2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarla razı deyil və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinərək 1000 manat məbləğində cərimə edilməsi qanunsuzdur. Belə ki, 05 noyabr 2022-ci il tarixdə o, bir neçə nəfər dostu ilə birlikdə ov etmək məqsədilə İmişli rayonu ərazisində yerləşən “Sarı Su” Ovçuluq Təsərrüfatına getmişdir. Ovçuluq təsərrüfatının ərazisinə daxil olarkən həmin təsərrüfatı mühafizə edən polis əməkdaşları həm silahların sənədlərini, həm də ovçuluq biletlərini yoxlayaraq onların əraziyə daxil olmalarına icazə vermişlər.Onlar əraziyə daxil olduqdan az sonra, hətta ov belə etməmiş Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin səlahiyyətli əməkdaşları yaxınlaşaraq onların qanunsuz ov etdiklərini bildirmişlər. O və dostları buna etiraz edərək ovçuluq biletləri və silahların sənədlərinin mühafizə polisinin əməkdaşları tərəfindən yoxlanıldıqdan sonra əraziyə buraxıldıqlarını bildirmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin səlahiyyətli əməkdaşları onlara məxsus olan ovçuluq biletləri və silahların sənədlərini yoxladıqdan sonra geri qaytamış, onlardan izahat almış və barələrində protokol tərtib edərək getmişlər. Ona görə də göstərdiklərinin nəzərə alınıb barəsində olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X9 tərəfindən qəbul edilmiş 18 noyabr 2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında işə xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X8 izahatında göstərdi ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X9 tərəfindən qəbul edilmiş 18 noyabr 2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanunidir. Belə ki, qeyd edilən tarixdə əməkdaşı olduğu idarənin səlahiyyətli şəxsləri tərəfindən X6 və onunla birlikdə olan digər şəxslərin izahatı alınmış və onlar izahatında “Sarı Su” Ovçuluq Təsərrüfatının ərazisinə qanunsuz daxil olduqlarını və bu halın bir daha təkrarlanmayacağını bildirmişlər. Əlavə olaraq bildirir ki, şəxsin ovçuluq biletindən əlavə onun konkret ərazidə, konkret vaxtda ov etmək üçün 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfində icazəsi olmalıdır. Halbuki belə bir icazə də yoxdur.Odur ki, şikayətin təmin edilməməsini xahiş etdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X9 tərəfindən tərtib edilmiş 18 noyabr 2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinərək 1000 manat məbləğində cərimə edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinə əsasən ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Həmin Məcəllənin 75.0-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir; inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) (75.0.3); inzibati xəta törətmiş şəxs (75.0.2); inzibati xəta törətməkdə şəxsin təqsiri (75.0.3); inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar (75.0.4); inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı (75.0.5); inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar (75.0.6); işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait (75.0.7). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 27 yanvar tarixli 30 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində ovçuluğun aparılması” Qaydalarının 4.2-ci bəndinə əsasən müvafiq icazə olmadan ovçuluq təsərrüfatlarının ərazisində ov etmək, balıq ovlamaq və bu əraziyə ov alətləri ilə gəlmək qadağandır. Həmin Qaydaların 4.33-ci bəndinə əsasən ovçuluq təsərrüfatlarının rejimini pozmaqda müqəssir olan şəxslər mövcud qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar. “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun 3.0.3-ci maddəsinə görə ovçuluq dedikdə quruda və suda təbii sərbəstlik və yarımsərbəst şəraitində daimi, müvəqqəti və köçəri yaşayan, habelə təsərrüfat subyektləri tərəfindən yetişdirilib ov yerlərinə buraxılan suda-quruda yaşayanların, xəzdərililərin, sürünənlərin, quşların və məməlilərin (bundan sonra - vəhşi heyvanların) izlənilməsi, təqib edilməsi, tutulması və vurulması üzrə fəaliyyət növü başa düşülür. Həmin Qanunun 3.0.2-ci maddəsinə əsasən ovçuluq təsərrüfatı dedikdə təbii sərbəstlik və yarımsərbəst şəraitində yaşayan və ya yetişdirilən vəhşi heyvanların ayrı-ayrı növlərinin qorunması və artırılması, habelə onların yetişdirilib ov yerlərinə buraxılması və ovçuluq məqsədilə təşkil edilmiş mühafizə rejimli təsərrüfat subyekti başa düşülür. Həmin Qanunun 13.1-ci maddəsinə görə ovçuluq bileti ovçuluq fəaliyyətini həyata keçirmək üçün hüquq verən sənəddir. Ovçuluq bileti müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. Ovçuluq biletinin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur. Həmin Qanunun 14.1-ci maddəsinə görə ov etmək üçün icazə ovçuluq fəaliyyətinin həyata keçirilməsinə icazə verən hüquqi sənəddir və ov obyektlərinin hər növünə ayrıca verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 27 yanvar tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində ovçuluğun aparılması” Qaydalarının 2.4-cü bəndinə görə ov mövsümündə ov edilməsinə ərazinin epizootik durumundan asılı olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müəyyən edilən günlərdə yol verilir. Ovçulara ovun yalnız bu günlər ərzində ov obyektlərinin hər növünə ayrıca verilən ov etmək üçün icazədə göstərilən normaya uyğun ov etməyə icazə verilir. Ov etmək üçün icazədə ov obyektlərinin növü, ovlama üsulu və yeri, norması (sayı), ovun vaxtı, icazənin müddəti və şərtləri göstərilir. Ov etmək üçün icazədə göstərilən normada (sayda) əldə edilən ov məhsulları ovçulara məxsusdur. Göstərilən normadan (saydan) artıq əldə edilən ov məhsulları ovçulardan geri alınır və onlara qarşı qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlər görülür. Məhkəmədə işin halları araşdırılarkən müəyyən edildi ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində göstərilən inzibati xətanı törətməsi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X9 tərəfindən qəbul edilmiş18 noyabr 2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarda öz təsdiqini tapmışdır. Həmçinin X1 orqan tərəfindən izahatı alınan zaman inzibati xəta törətməsini etiraf etmişdir. Digər tərəfdən qanunvericiliyin müddəlarından göründüyü kimi, ovçuluq bileti əldə etmək ova icazə verilməsi demək deyil. Ova çıxmaq üçün ov icazəsi, yəni lisenziya əldə edilməlidir. Buradan görünür ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş X3 təqsiri tam sübuta yetirilir və belə olan halda şikayətin digər dəlillərinə münasibət bildirilməsinə də zərurət yoxdur. X3 şikayətinin mahiyyəti onun baş vermiş inzibati xətadan özünü müdafiə və ya ona tətbiq edilən inzibati cərimədən yayınmaqdan ibarətdir. Belə olan halda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X9 tərəfindən qəbul edilmiş 18 noyabr 2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanunidir, işin faktiki hallarına uyğundur və iş üçün əhəmiyyətli hallar sübuta yetirilmiş, inzibati məsuliyyəti müəyyən edən qanunun norması düzgün tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə görəinzibati xəta haqqında işüzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X9 tərəfindən qəbul edilmiş 18 noyabr 2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şikayət təmin edilməsin. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X9 tərəfindən qəbul edilmiş 18 noyabr 2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan30 (on) gün müddətində Saatlı rayon Məhkəməsi vasitəsi iləŞirvan Apellyasiya Məhkəməsinəşikayət və ya protest verilə bilər. Hakim: Mirlətif Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar