Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-689/2025 21.08.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxx 1966-cı il tarixdə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Saatlı rayonu Qaracalar kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Baş Dövlət Yol Polis İdarəsinin Yol-Patrul Xidməti Alayından daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 05 avqust 2025-ci il tarixli, İXP ******* nömrəli protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, 05 avqust 2025-ci il tarixdə saat 20:45 radələrində sutkanın qaranlıq vaxtı Hacıqabul-Horadiz yolunun 66-cı km-də Saatlı rayonu Qaracalar kənd sakini Şəxs məxsus olan bir baş iri buynuzlu heyvan asfalt örtüklü magistral avtomobil yolundan ötürülərkən həmin yolda öz hərəkət zolağında Horadiz istiqamətində hərəkətdə olan Zərərçəkmiş şəxs etibarnamə ilə idarə etdiyi “Mercedes Benz E-270 CDİ” minik markalı, **-GV-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsinə dəymiş və baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində avtomobilə ümumilikdə 3135 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, 05 avqust 2025-ci il tarixdə saat 20:45 radələrində sutkanın qaranlıq vaxtı ona məxsus olan bir baş iri buynuzlu heyvanını oğlu və həyat yoldaşı suvarmaq üçün Hacıqabul-Horadiz yolunun Saatlı rayonu Qaracalar kəndi ərazisindən keçən asfalt yoldan keçirərkən həmin yolda sürətlə hərəkətdə olan “Mercedes Benz E-270 CDİ” minik markalı, **-GV-*** dövlət qeydiyyat nişanlı avtomobil onun heyvanını vurmuşdur. Avtomobili idarə edən şəxs əyləcdən istifadə etsə də, avtomobil sürətli gəldiyi üçün onun heyvanına dəymiş və heyvanı yerindəcə ölmüşdür. Odur ki, baş vermiş hadisədə özünü təqsirli bilmir, hesab edir ki, heyvanını sahibsiz halda asfalt yola çıxarmamışdır və heyvanın ölməsi nəticəsində ona da 2500 manat ziyan dəymişdir. Ona görə də ona köməklik edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs göstərdi ki, 05 avqust 2025-ci il tarixdə saat 20:45 radələrində sutkanın qaranlıq vaxtı Hacıqabul-Horadiz yolunun 66-cı km-də Saatlı rayonu Qaracalar kəndi ərazisində öz hərəkət zolağında Horadiz istiqamətində etibarnamə ilə idarə etdiyi “Mercedes Benz E-270 CDİ” minik markalı, **-GV-*** dövlət qeydiyyat nişanlı avtomobillə saatda 60 km sürətlə hərəkətdə olarkən qarşı tərəfdən gələn qoşqulu “Kamaz” markalı yük maşınının arxa hissəsindən qəfildən bir baş iri buynuzlu heyvan çıxaraq onun etibarnamə ilə idarə etdiyi avtomobilin ön sol hissəsinə dəymişdir. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində xəsarət alan olmasa da, idarə etdiyi avtomobilə 2035 manat məbləğində əzilmiş və yararsız hala düşmüş ehtiyat hissələrinə və 1100 manat məbləğində təmir işlərinə görə, ümumilikdə 3135 manat məbləğində maddi ziyan dəymiş və hazırki vaxtadək həmin ziyan məbləği ödənilməmişdir. Ona görə də, göstərdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş yol nəqliyyat hadəsəsinin sxemindən görünür ki, 05 avqust 2025-ci il tarixdə saat 20:45 radələrində sutkanın qaranlıq vaxtı Hacıqabul-Horadiz yolunun 66-cı km-də Saatlı rayonu Qaracalar kənd sakini Şəxs özünə məxsus olan bir baş iri buynuzlu heyvanın asfalt örtüklü magistral avtomobil yolundan keçirərkən həmin yolda öz hərəkət zolağında Horadiz istiqamətində hərəkətdə olan Zərərçəkmiş şəxs etibarnamə ilə idarə etdiyi “Mercedes Benz E-270 CDİ” minik markalı, **-GV-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sol hissəsinə dəymişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş “Sərxan” avtoservis tərəfindən verilmiş 06 avqust 2025-ci il tarixli, SA 126 nömrəli ziyan aktından və dəymiş maddi ziyanın siyahısından görünür ki, “Mercedes Benz E-270 CDİ” minik markalı, **- GV-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiiş ziyan - qırılmış, deformasiyaya uğrayaraq yarasız vəziyyətə düşmüş hissələrin və tələb olunan materialların dəyəri 2035 manat, avtomobilin əvvəlki vəziyyətə salınması, təmiri, rənglənməsi və hadisə yerindən təmir sexinə daşınması üçün tələb olunan xidmət haqqı məbləği 1100 manat, ümumilikdə 3135 manat təşkil etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərər çəkmiş şəxsi dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 05 avqust 2025-ci il tarixdə saat 20:45 radələrində sutkanın qaranlıq vaxtı Hacıqabul-Horadiz yolunun 66-cı km-də Saatlı rayonu Qaracalar kənd sakini Şəxs məxsus olan bir baş iri buynuzlu heyvan asfalt örtüklü magistral avtomobil yolundan ötürülərkən həmin yolda öz hərəkət zolağında Horadiz istiqamətində hərəkətdə olan Zərərçəkmiş şəxs etibarnamə ilə idarə etdiyi “Mercedes Benz E-270 CDİ” minik markalı, **-GV-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsinə dəymiş və baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində avtomobilə ümumilikdə 3135 manat maddi ziyan dəymişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinin tələbinə görə bu Məcəllənin 338.4, 338.4-1 və 338.5-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanı törətməsində təqsiri zərər çəkmiş şəxsin izahatı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alıb barəsində inzibati cərimə tənbehinin aşağı həddinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: xx xxxx 1966-cı il təvəllüdlü Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 100 (bir yüz) manat məbləğində cərimə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya protesti verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №3(055)-689/2025
Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-689/2025
21.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver