Məhkəmə qərarları › İş №3(055)-690/2025

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-690/2025

25.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-690/2025 25.08.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X5 oğlunun iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin rəis müavini Pərvin Səfərəliyevin 16 iyul 2025-ci il tarixli, 16/1-1-23370 saylı inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən 24 aprel 2025-ci il tarixli EQ 27527544 saylı inzibati tənbeh vermə haqqında qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə təqsirli bilinərək 600 manat məbləğində cərimə edilmişdir. X3 şikayətlə məhkəməyə müraciət edərək barəsində olan 24 aprel 2025-ci il tarixli EQ 27527544 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Saatlı Rayon Məhkəməsinin 19 iyun 2025-ci il tarixli, 3(055)-413/2025 saylı qərarı ilə EQ 27527544 saylı inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi və həmin inzibati xəta haqqında işin yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməsi barədə qərar qəbul olunmuşdur. Bundan sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin rəis müavini Pərvin Səfərəliyevin 16 iyul 2025-ci il tarixli, 16/1-1-23370 saylı qərarı ilə yenidən yuxarıda qeyd edilən əmələ görə X3 600 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. X3 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin rəis müavini Pərvin Səfərəliyevin 16 iyul 2025-ci il tarixli, 16/1- 1-23370 saylı qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X3 şikayətini müdafiə edərək göstərdi ki, xx.xx.2025-ci il tarixdə 01:29 radələrində etibarnamə ilə idarə etdiyi “DAF FT XF 105.460” yük markalı, **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində quraşdırılmış elektron tǝrǝzi vasitəsi ilə onun icazə verilmiş maksimum kütlə 40 ton olduğu halda onun yükü 40.090 kq ola-ola əsassız olaraq ona 600 (altı yüz) manat məbləğində cərimə yazılmışdır. Halbuki, yükü gətirən zaman müvafiq qaydada xx.xx.2025-ci il tarixdə saat 22:31 radələrində yük maşınını çəkdirən zaman çəkisi 40090 kq müəyyən edilmişdir. Lakin buna baxmayaraq ona xx.xx.2025-ci il tarixdə 01:29 radələrində DİN Baş X6 İdarəsi tərəfindən əsassız olaraq çəkisini limiti keçmiş kimi 43020 kq olduğu müəyyən edilmişdir. Əldə etdiyi müvafiq çəki sənədlərindən də görünür ki, onun çəkisi 40 tonu keçməmişdir. O, da bu qərara istinadən maksimum 40 tonu keçməmək şərti ilə yükdaşıma fəaliyyəti ilə daim məşğul olmuşdur. Amma buna baxmayaraq ona 40090 kq çəkiyə görə əsassız cərimə yazılmışdır. O bundan sonra şikayətlə Saatlı Rayon Məhkəməsinə müraciət edərək barəsində olan 24 aprel 2025-ci il tarixli EQ 27527544 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Saatlı Rayon Məhkəməsinin 19 iyun 2025-ci il tarixli, 3(055)- 413/2025 saylı qərarı ilə EQ 27527544 saylı inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi və həmin inzibati xəta haqqında işin yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməsi barədə qərar qəbul olunmuşdur. Bundan sonra 16 iyul 2025-ci il tarixli, 16/1-1-23370 saylı qərarla yenidən yuxarıda qeyd edilən əmələ görə X3 600 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Odur ki, AR DİN BDYPİ-nin rəis müavini Pərvin Səfərəliyevin tərəfindən qəbul edilmiş 16 iyul 2025-ci il tarixli, 16/1-1-23370 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, inzibati xəta haqqında qərarı qəbul etmiş DİN BDYPİ-nin rəis müavini Pərvin Səfərəliyev məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında qərarı qəbul etmiş AR DİN BDYPİ-nin rəis müavini Pərvin Səfərəliyevin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş DİN BDYPİ tərəfindən qəbul edilmiş № 16/1-123370 nömrəli, xx.xx.2025-ci tarixli inzibati xəta haqqında qərardan görünür DİN BDYPİ-nin rəis müavini Pərvin Səfərəliyev tərəfindən “DAF” markalı, **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobillə törədilən yol hərəkəti qayda pozuntusuna görə xüsusi texniki vasitənin Baş X7 İdarəsinin mərkəzi informasiya sisteminə ötürülmüş məlumatı əsasında vətəndaş X3 barəsində çıxarılmış EQ 27527544 saylı inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilərək inzibati xəta haqqında işə yenidən baxılması ilə bağlı Saatlı Rayon Məhkəməsinin müvafiq qərarı əsasında qeyd olunan işə baxılaraq müəyyən edilib ki, inzibati xəya haqqında işə yenidən baxılarkən xətanın AYNA tərəfindən quraşdırılmış elektron tərəzi sisteminin məlumatlarına əsasən çıxarıldığı və qərarın sənədləşdirilməsində qanunvericiliyin tələblərinin pozulması hallarına yol verilməməsi aşkar olunmuşdur. Belə ki, qeyd olunan nəqliyyat vasitəsi üçün yüklə birlikdə ümumi çəkisi 40 ton təyin olunduğu halda, elektron tərəzinin göstəricilərinə əsasən həmin vaxt bu göstərici 43 tonu aşdığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə vətəndaş X3 barəsində 600 (altı yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilib. Məhkəmə qərardan şikayət vermiş şəxsi dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 57-ci maddəsinin 1-ci bəndinə əsasən daşınan yükün kütləsi və yüklərin oxlar üzrə paylanması istehsalçı müəssisənin həmin nəqliyyat vasitəsinin növü üçün müəyyən etdiyi kəmiyyətlərdən artıq olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli, 104 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi” Qaydasının 4.1-ci bəndinə əsasən iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin avtomobil yolları ilə hərəkət etməsinə nəzarət Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin qaydanın 4.2-ci bəndinə əsasən hərəkətdə olan iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini ölçən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin elektron tərəziləri və foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələri ilə, habelə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş halda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nəzarət məntəqələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanılmaqla, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları ilə birgə xüsusi ölçü alətləri, cihazları və tərəzilər vasitəsilə yoxlanılır. Həmin qaydanın 4.2-1-ci bəndinə əsasən bütün elektron tərəzilər və foto və ya video qeydiyyat funksiyalarına malik texniki vasitələr, habelə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazələrin verilməsi ilə bağlı Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “AYNA” informasiya sistemi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin mərkəzi informasiya sisteminə inteqrasiya edilməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli, 104 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrlərinin 2 nömrəli cədvəlində ikioxlu dartıcı üçoxlu yarımqoşqu ilə nəqliyyat vasitələrində icazə verilən ümumi kütlə 40 tondur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəxslər altı yüz manat məbləğində cərimə edilir. Məhkəmədə işin halları araşdırılarkən müəyyən edildi ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “AYNA” informasiya sisteminin elektron tərəzisi, foto və video qeydiyyat funksiyalarına malik texniki vasitələrin məlumatları ilə təsdiq olunur. İnzibati xəta haqqında işə yenidən baxılarkən də həmin məlumatlar əsas götürülərək X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin rəis müavini Pərvin Səfərəliyevin 16 iyul 2025-ci il tarixli, 16/1- 1-23370 saylı qərarı ilə təqsirli bilinərək 600 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Məhkəmə həmin məlumatları daha mötəbər sübut kimi qəbul edərək hesab edir ki, Baş X7 İdarəsinin № 16/1-123370 nömrəli, xx.xx.2025-ci tarixli inzibati tənbeh vermə haqqında qərarı qanunidir, işin faktiki hallarına uyğundur və iş üçün əhəmiyyətli hallar sübuta yetirilmişdir, inzibati məsuliyyəti müəyyən edən qanunun norması düzgün tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin rəis müavini Pərvin Səfərəliyevin inzibati tənbeh vermə haqqında qərarı əsaslı olduğundan X2 verdiyi şikayət təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin rəis müavini Pərvin Səfərəliyevin 16 iyul 2025-ci il tarixli, 16/1-1-23370 saylı inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Qərardan apellyasiya şikayəti və ya protesti verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar