Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-7/2023 23.01.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə xx xxxxxx 1982-ci ildə Saatlı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, Saatlı rayonu Dədə Qorqud kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Saatlı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsi nin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Məhkəməyə daxil olmuş 28 dekabr 2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolda və əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs 01 sentyabr 2022-ci, 01 sentyabr 2022-ci və 28 sentyabr 2022-ci il tarixlərdə “NİSSAN PRİMERA” markalı **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol hərəkəti qaydaları əlehinə olan inzibati xətanı törətdiyi üçün EQ 11193889, EQ 11193890 və EQ 11534139 nömrəli inzibati xəta haqqında protokollar əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci, 328.1-ci və 328.1-ci maddələri ilə hər bir protokol üzrə müvafiq qaydada 50 manat, 10 manat və 10 manat cərimə olunması barədə qərarları qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. İnzibati xəta törətmiş Şəxs işin baxılmasının yeri və müddəti vaxtında bildirilmiş, lakin Şəxs üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə baxılmasının təxirə salınması haqqında ondan məhkəməyə vəsatət daxil olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə inzibati xəta törətmiş şəxs Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Materiala əlavə edilmiş inzibati xəta haqqında 01 sentyabr 2022-ci, 01 sentyabr 2022-ci və 28 sentyabr 2022-ci il tarixli EQ 11193889, EQ 11193890 və EQ 11534139 saylı protokollarda Şəxs yuxarıda göstərilən inzibati xətaları törətməsi bir daha təsdiq olunur. İnzibati xəta törətmiş Şəxs əməlində məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar yoxdur. Materiala əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edirəm ki, Şəxs 01 sentyabr 2022-ci, 01 sentyabr 2022-ci və 28 sentyabr 2022-ci il tarixlərdə “NİSSAN PRİMERA” markalı **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol hərəkəti qaydaları əlehinə olan inzibati xətanı törətdiyi üçün EQ 11193889, EQ 11193890 və EQ 11534139 nömrəli inzibati xəta haqqında protokollar əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci, 328.1-ci və 328.1-ci maddələri ilə hər bir protokol üzrə ayrı-ayrılıqda müvafiq qaydada 50 manat, 10 manat və 10 manat cərimə olunması barədə qərarları qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməməsi təsdiq edildiyindən onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin tərkibi vardır və o, həmin maddə ilə təqsirli bilinərək maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: xx xxxxxx 1982-ci ildə Saatlı rayonunda doğulmuş, Saatlı rayonu Dədə Qorqud yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: İxtiyar Abuşov
Məhkəmə qərarları › İş №3(055)-7/2023
Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-7/2023
23.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver